Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:55 - 23.07.2019  
Əli Kərimli hakimiyyətdən ortaqlıq təklifi aldığını etiraf etdi - iddialar və cavablar
Tarix: 8-05-2019, 08:39 | Bölmə: Xəbərlər » Siyasət

AXCP sədri Əli Kərimlinin hakimiyyətlə vaxtıilə əməkdaşlıq etdiyi barədə zaman-zaman ən müxtəlif şəxslər tərəfindən açıqlamalar olub. Bir zamanlar onun ən yaxın adamları sırasında olmuş keçmiş silahdaşlarından da bu tipli açıqlamalar dəfələrlə verilib. Bu günlərdə Əli Kərimlinin sabiq müavini, BAXCP sədri Qüdrət Həsənquliyev də müsahibəsində yenidən Əli Kərimlinin illər öncə hakimiyyətlə sövdələşməyə getməsindən danışıb. 

Əli Kərimli hakimiyyətdən ortaqlıq təklifi aldığını etiraf etdi - iddialar və cavablarƏli Kərimli isə mayın 6-da Azadlıq Radiosuna böyük müsahibə verib. Müsahibədə də diqqət çəkən məqamlardan biri Əli Kərimlinin 2000-ci ildə parlamentə necə düşdüyü, hakimiyyətdən ona və partiyasına ortaqlıq təklifi gəldiyi ilə bağlı açıqlamalarıdır. 

"Bu yaxınlarda Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin səs yazısı yayıldı. Deyir ki, bu gün bizim imkanlarımız yoxdur, ona görə də biz AXCP ilə Milli Şura ilə əməkdaşlıq edirik, onların imkanlarından yararlanırıq. Amma qırmızı xəttimizi də müəyyənləşdirmişik. Doğrudanmı Əli Kərimli meydanı, qapını açıq qoyub ki, onun imkanlarından onun meydanından başqaları da istifadə eləsin.

Bu nə verir ki, sizə?” sualına cavabında Əli Kərimli Tale Bağırzadənin gizlində yazılmış səs yazısının detallarını izah edib və onun məxfi planlarına haqq qazandırıb: "Tale Bağırzadə deyir ki, biz onların media resurslarından istifadə edirik. Həmin gizli səs yazısında Tale Bağırzadə öz tərəfdarları ilə balaca bir çevrədə danışır və orada deyir ki, biz müxalifətin media imkanlarından da istifadə edirik sözümüzü deməkdən ötrü. Burada bir əcaib nə isə görmürəm. Tale Bağırzadə yeni siyasətə başlamış, heç bir KİV-i olmayan ictimai-siyasi xadimdir və deyir ki, müxalifətə yaxın olan KİV-lərdən öz fikirlərimizi yaymaq üçün istifadə edirik. Burada qeyri-adi bir şey yoxdur. Qırmızı xətlə bağlı və "dini liderimizi seçmişik" söhbəti ilə bağlı dediklərinə gəlincə, bu sirr deyil və tək Tale Bağrzadəyə aid deyil bu fikir... Bu məsələni siyasətə gətirib guya ki, Azərbaycanda böyük bir kəsimi az qala vətən xaini elan etmək hökumətin iftirasıdır. Biz hər bir vətəndaşımıza sahib olmalıyıq. Tale Bağırzadəni mən yaxşı tanımıram. Açıq etiraf etmək edirəm. Hökumət Nardaran olayını düzəldib bizi də bu işə qoşana qədər ümumiyyətlə heç tanımırdım. Mən adamla məhkəmədə tanış olmuşam... Bir ara hökumətdəkilər beyinlərinə yerləşdirmişdilər ki, nəyin bahasına olur-olsun məni həbs eləsinlər. Bilmirəm bu fikirlərindən daşınıblar yoxsa daşınmayıblar”.

"Bu münasibət Əli Kərimlinin əvvəllər hakimiyyətlə və ya hakimiyyətdə kimlərləsə iş birliyinin olmasının nəticəsi deyilmi? Sanki bir əməkdaşlıq olmuşdu və pozulmuşdu. Vaxtıilə 2000-ci ildə hakimiyyətdəki islahatçı qanadla müxalifətdə bəzilərinin əməkdaşlığı haqqında danışılırdı.

Bu sövdələşmənin baş tutmadığının, yoxsa, nəyin nəticəsidir ki, sizə bu münasibət var?” sualına cavabında isə AXCP sədri 2000-ci ildə hakimiyyətdən ona yüksək səviyyədə əməkdaşlıq təklifi edildiyini etiraf edib: " Mən o vaxt demişəm ki, bəli, 2000-ci il üçün hökumətin əsas rəqibi öndə olan fiqurlar İsa Qəmbər və Etibar Məmmədovdur, Əli Kərimlinin hələ 35 yaşı var, rəhbərlik elədiyi partiya parçalanıb, mən onlardan az təhlükəliyəm. Ona görə onları parlamentə buraxmadılar, bizim parlamentə keçməyimizə mane olmadılar. Ondan sonra hökumətə elə gəldi ki, əgər bizim parlamentə düşməyimizə mane olmayıblarsa, deməli bizimlə daha dərin əməkdaşlıq edə bilərlər və biz buna borcluyuq. Mənə əməkdaşlıq təklif olundu. Yüksək səviyyədə, beynəlxalq vasitəçilərin iştirakı ilə. Təfsilatını isə təbii ki, deməyəcəyəm, axı mən siyasətçiyəm. Beynəlxalq səviyyədə təklif olunmuşdu, çox yüksək təkliflər oldu, özümlə də bağlı. O alınmayandan sonra Qüdrət Həsənquliyev bir təşəbbüsdə etdi, təzədən guya hökumətlə bizim bir koalisiya yaratmağımız məsələsi ortaya çıxdı, söhbət Xalq Cəbhəsinə beş nazirliyin verilməsindən gedirdi. Əli Kərimlinin spiker olmağından söhbət gedirdi. Mən bu qədər böyük təkliflərdən imtina etmişəm. Xalq Cəbhəsinin Rəyasət Heyəti buna şahiddir. Bizim 4 saatlıq müzakirələrimiz gedib. 17 nəfərin iştirakı ilə Rəyasət Heyətində 4 saat müzakirə aparmışıq və mən demişəm ki, partiyamıza bu təklif olur ki, hökumətlə əməkdaşlıq edək, koalisiyaya girək, mən bunu qəbul eləmirəm, amma partiyanın Rəyasət Heyəti bunu məqbul bilsə mənsiz özünüzə sədr seçib bu yolu gedərsiz. İki nəfər istisna olmaqla bütün Rəyasət Heyəti mənə dəstək verdi.

Biz o zaman qərar verdik və müxalifətdə qaldıq. Bu bizim seçimimiz olub”.

Əli Kərimli vurğulayıb ki, yaşadığı məhrumiyyətlər də öz seçiminin nəticəsidir və buna görə də peşman deyil.

Əli Kərimlinin bu iddialarına Qüdrət Həsənquliyev münasibət bilidirib. Musavat.com ölkə mediasında yayılan həmin münasibəti də oxucularının diqqətinə çatdırır.

Qüdrət Həsənquliyev Əli Kərimlinin iddialarının gülməli olduğunu deyib və qeyd edib ki, Kərimli çoxdan ciddiliyini itirib: "...Onun iqtidarla ən yüksək səviyyədə, həm parlament, həm də Prezident Administrasiyası səviyyəsində birbaşa ciddi əlaqələrinin olduğu halda iqtidar bu təklifi niyə mənim vasitəmlə ona çatdırmalıydı?! Rəyasət Heyətində heç vaxt belə bir müzakirə olmayıb”.

BAXCP sədri bildirib ki, Elçibəy Bakını tərk edəndən sonra Əli Kərimli Milli Məclisə, mərhum prezident Heydər Əliyevin yanına gedib və Avropa ölkələrindən birinə səfir göndərilməsini xahiş edib: "Amma rədd cavabı aldı. Onun ana müxalifət kimi qalması daha məqsədəuyğun hesab olunmuşdu. Yenə desəydi ki, mənə vitse-spiker vəzifəsi təklif olunmuşdu, bəlkə də kimsə inanardı. Seçkini udan partiya başqa partiya sədrini necə spiker seçə bilər?! Dünya buna gülməzdimi? Bu onun həmin müsahibədə dediyi kimi, balaca oğluna özündən düzüb, qoşub danışdığı nağıllardan biridir”

Qüdrət Həsənquliyev Kərimlinin Etibar Məmmədovu müdafiə etməsinin səbəbləri barədə söylədiklərini də cəfəngiyat adlandırıb: "Kərimlinin ən ciddi tərəfdarı, hazırda ABŞ-da yaşayan Qorxmaz Əsgərovun " Ayının əmisi oğlu” adlı "Azadlıq" qəzetinin internet səhifəsində dərc olunmuş məqaləsini oxuyun və başa düşəcəksiniz ki, Əli Kərimli Milli Demokratiya İnstitutunun diqtəsi ilə eyni iqtidarda təmsil olunduğu İsa Qəmbəri yox, həmin iqtidarın devrilməsində müstəsna xidmətləri olan Etibar Məmmədovu müdafiə edib.

Məqsəd isə iqtidara xidmət etmək üçün İsa Qəmbərin səslərini parçalamaq olub. Yox, seçkidən sonra özünü sığortalamaq üçün qələbə münasibətilə təbrik etdiyi İsa Qəmbərin həmin düşərgənin öncülü olmasını başa düşməyibsə vay bu gün də onun arxasınca gedənlərin halına. Yaxşı olardı Qarabağın itirilməsi hesabına hakimiyyətə gəlmək istəyən Əli Kərimli "Key West”danışıqları ərəfəsində ABŞ səfirinin tövsiyyəsilə AXCP-təyin olunmuş mitinqini niyə təxirə salmasından danışsın?”.

Xəbər 1126 dəfə oxunub






Oxşar xəbərlər

Abşeronun "kraliça"sı gender bərabərliyini pozur?
GDU-nun elmi katibi rektorla Cehun Bayramovu üz-üzə qoydu - QALMAQAL
Az.TV-də "sədr bilməcəsi"... – Arif Alışanovun postu 7 aydır ki, boşdur?
Oqtay Şirəliyevin "ŞƏRİKLİYİ" Kardiologiya İnstitutunu məhv edir
Cəbhədə vəziyyət gərginləşib
Rüfət Aslanlı İstanbulda 30 milyonluq sarayda yaşayır
Daha bir güləşçimiz qızıl medal əldə edib
“ELÇİBƏY KQB AGENTİ OLA BİLMƏZDİ…” - Rəsul Quliyev
Bu gün Milli Mətbuat Günüdür
Fəttah Heydərov Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib
Çeju - Dünyanın 7 təbiət möcüzəsindən biri - VİDEO
"SOCAR"ın sabiq əməkdaşı NZS-də torpaq qalmaqalı yaşayır - GİLEY
ADAU 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
Asif Mərzili: “Hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub…”
Bakı-2019: Azərbaycan yığması paraddan keçib
“Qocaltma” proqramında geriyə yol yoxdur!
Leyla Yunus anormallığına CAVAB - VİDEO
Elçibəyi müdafiə etməyən Əli Kərimovun susqunluğunun ÜÇ SƏBƏBİ
Gəncə Dəmiryolu vağzalında yanğın olub
Oğrular həmkəndlisi çıxdı - Qusarda
Davudoğlu gizlinləri açdı - Ərdoğana açıq İTTİHAMLAR
“Jurnalist təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa,.” Qulu Məhərrəmli
Masazırda "BMW" 5 maşını vurdu, bir sürücü isə vəhşicəsinə döyüldü + VİDEO
Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15418] initstartout [0.00015] initstartin [0.00089] calstart [0.00995] calend [0.00059] topnewsend [0.00374] rsssend [0.00000] ehgend [0.04082] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09734]