Analitik material: Ukraynanın şoumen prezidenti

  • 22 apr 2019, 20:27
Vladimir Zelenski Ukraynanın prezidenti seçildi. Bu gözlənilən idi. Bütün rəy sorğuları seçkinin birinci və ikinci turundan əvvəl Zelenskinin xeyrinə idi.
Bu haqda "Atlas" Araşdırmalar Mərkəzinin Ukraynada keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı analitik materialında qeyd edilib.
Petro Poroşenkonun məğlub olmasının səbəblərinə toxunan materialda qeyd edilib ki, ölkəyə başçılıq etdiyi müddətdə iqtisadiyyatdakı və sosial sahədəki ağır problemləri həll edə bilmədi, milli pul vahidi dəyərdən düşdü:
"Petro Poroşenko prezident seçiləndə Ukraynanı dağılmış vəziyyətdə qəbul etmişdi. Krım artıq ilhaq olunmuş, Donbasın yarısından çoxu işğal olunmuşdu. Bundan başqa ordu və təhlükəsizlik sistemi dağılmışdı. Çünki, keçmiş prezident Viktor Yanukoviçin dövründə Ukrayna ordusunun və təhlükəsizlik isteminin idarəetməsi Rusiya kəşfiyyatının nəzarətində idi. Yanukoviç ölkəni tərk edən kimi həm ordu, həm də təhlükəsizlik sistemi dağıldı. Odur ki, Poroşenkonun prezident vəzifəsində ilk işi ordunu və təhlükəsizlik sistemini qurmaq oldu. Poroşenko buna ağır əziyyətlə nail oldu.
Buna baxmayaraq, Petro Poroşenko iqtisadiyyatdakı və sosial sahədəki ağır problemləri həll edə bilmədi, milli pul vahidi dəyərdən düşdü. Ukraynanın borcları artdı, dağılmış sənayeni bərpa etmək mümkün olmadı. Petro Poroşenkonun dövründə Ukraynanı tərk edənlərin də sayı artdı. Bundan başqa yeni qurulan Ukrayna ordusu Donbasda ağır məğlubiyyətlərlə üzləşdi, ordu Debaltsevo məntəqəsində ağır itkilər verdi. Poroşenko insanların çox arzuladığı oliqarxik sistemə son qoya bilmədi. Bəlkə də bu onun imkanı xaricində idi. Çünki birincisi özü də oliqarxdır və əlindəki maliyyə imkanlarından imtina edə bilməzdi. İkincisi Ukraynada oliqarxik sistem müstəqillik illərindən qurulub və bunu neytrallaşdırmaq ən güclü prezidentin belə imkanı xaricindədir. Oliqarxlar öz adamları vasitəsilə ölkədə mümkün olan hər şeyə nəzarət edirlər. Bütün bunlar Poroşenkonun reytinqinə mənfi təsir etdi".
Vladimir Zelenski qələbə azanmasına gəlincə, "Atlas" Araşdırmalar Mərkəzi hesab edir ki, bu ukraynalıların böyük əksəriyyətinin mövcud idarəetmədən və siyasətçilərdən bezməsi ilə bağlıdır:
"Zelenski artist və yumoristik proqramın aparıcısı kimi məşhurluq qazanıb. Zelenskinin yeganə üstünlüyü onda idi ki, nə qədər əcaib səslənsə də, siyasətçi deyil. Ukraynalıların böyük əksəriyyəti mövcud idarəetmədən və siyasətçilərdən beziblər, çünki verilən vədlər yerinə yetirilməyib. Ona görə də vətəndaşlar yeni simaya üstünlük verməyə qərar verdilər. Birinci turdan sonra Poroşenko rəqibindən geri qalırdı, ancaq kiçik ehtimal var idi ki, prezident debatda fərqi aradan qaldıracaq. Alınmadı. Əksinə artist debatda Poroşenkonu zəif nöqtələrdən vurdu".
Bundan sonra nə baş verəcək? Zelenskinin daxili və xarici siyasəti necə olacaq?
Materialda bu suallara aşağıdakı cavablar verilib:
"Birincisi, Vladimir Zelenski oliqarxik sistemi dəyişə bilməyəcək. Bu onun əlində deyil. Əksinə Zelenskiyə kənardan dəstək verən oliqarx İqor Kolomoyski sürgündən qayıdıb yenidən "iş başına” keçəcək. O biri oliqarxlar da fəallaşacaqlar.
İkincisi, Vladimir Zelenskinin dağılmış iqtisadiyyatı düzəltmək üçün milyardlarla dollar investisiyalara ehtiyacı var. Çətin ki, Qərb dövlətləri və beynəlxalq maliyyə instituları həmin milyardları yeni prezidentə versinlər. Poroşenko qərbpərəst siyasətinə rəğmən, istədiyi investitiyaları ala bilmədi. Zelenski isə Qərb üçün qara qutudur. Digər tərəfdən Zelenskinin iqtisadi proqramı haqqında da məlumat yoxdur.
Üçüncüsü, Vladimir Zelenskinin Krım və Donbass siyasəti bəlli deyil. Əlbəttə, Zelenski Krımın ilhaqını və Donbassın işğalını qəbul etmir. Ancaq Zelenski Poroşenkonun Rusiya ilə bağlı sərt siyasətini davam etdirməyə də bilər. Məsələn, Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenski ilə görüşmək istəyə bilər. Əgər Zelenski Putinin təklifinə müsbət yanaşsa iki hadisə baş verəcək. Ukrayna millətçiləri küçələrə axışacaq və ölkədə növbəti qarşıdurma yaranacaq. Bundan başqa Zelenskinin Rusiya ilə dialoqa başlaması Ukraynanın xarici siyasətində ciddi korrektəyə səbəb olacaq ki, Kremlə də elə bu lazımdır. Rusiyaya qarşı bütün sanksiyalar Ukrayna torpaqlarının parçalanmasına görə həyata keçirilir. Əgər Ukraynanın yeni prezidenti bunu həzm etməyə hazırlaşacaqsa Qərbin Rusiyaya qarşı sanksiyalarının aktuallığı azalacaq. Bu bir sıra Avropa dövlətinin də arzusudur. O da aydındır ki, Vladimir Zelenski torpaqları güc yolu ilə geri qaytarmağa hazır deyil. Zelenski müharibə istəmir. Prezidentin bu zəifliyi orduda və təhlükəsizlik orqanlarında ona qarşı gizli etirazı artıracaq.
Dördüncüsü, Vladimir Zelenski Avropa İttifaqına üzvlüyü qarşısına hədəf qoysa da, NATO ilə bağlı fərqli siyasət yürüdə bilər. Poroşenkonun NATO-ya üzvlük hədəfi birmənalı idi. Zelenski NATO-ya üzvlük hədəfindən yayına bilər ki, bu da Kremlin xeyrinə olacaq.
Beşincisi, Vladimir Zelenskinin ən zəif tərəflərindən biri də onun parlamentdə fraksiyasının olmamasıdır. Ali Radanın böyük səlahiyyətləri var. Ukranyada oktyabr ayında parlament seçkisi keçiriləcək. Zelenski oktaybra qədər hazırki yüksək reytinqini qoruya bilsə, rəhbəri olduğu "Xalqın xidmətçisi” hərəkatını parlamentdə yüksək təmsilçiyini təmin edəcək. Ancaq ona qədər Ukraynada proseslər tərs də gedə bilər. Ukrayna xalqının hər dəfə seçdiyi prezidentlərdən gözləntiləri böyük olduğu kimi onlardan üz döndərmələri də uzun çəkmir. Bunu Ukraynanın yaxın tarixdə örnəkləri az deyil. Zelenskiy siyasətçi olmayan üstünlüyü onun əleyhinə çevrilə bilər. Zelenskinin siyasətdə təcrübəsinin olmaması və komandasındakı fiqurların yanlış qərarları ona baha başa gələ bilər. Onu da unutmayaq ki, Ukraynadakı parlament seçkisinə Rusiya da ciddi hazırlaşır, Ukraynadakı tərəfdarlarının və siyasi qruplarının təmsilçilik hüququnu artırmağı qarşısına məqsəd qoyub".
"Biz Zelenskinin Cənubi Qafqaz və Azərbaycan siyasəti haqqında da düşünmək məcburiyyətindəyik. Ukrayna GUAM-ın üzvü kimi Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında yük daşımaçılığı artır. Ukraynanın keçmiş prezidentlərinin Azərbaycana müsbət münasibətləri olub və Azərbaycanın dəyərini anlayırdılar. Petro Poroşenko Azərbaycana rəsmi səfər etmişdi. İlham Əliyev onunla yaxın münasibətlər qurmuşdu. Yeni prezidentin də bu əlaqələri davam etdirilməsi vacibdir. Bunu Zelenskiyə onun müşavirləri və təyin edəcəyi yeni xarici işlər naziri də anladacaq. Onlar Zelenskinin Azərbaycana ilk rəsmi səfərini də hazırlayacaqlar. Əsas odur ki, Zelenskinin artist dostları arasında ermənilərin çoxluq təşkil etməsinə baxmayaraq, yeni prezident ölkəsinin Cənubi Qafqazdakı maraqlarının Azərbaycanla strateji əməkdaşlıqdan keçdiyini qəbul etsin", - materialda sonda qeyd edilib.
Ekspert Kamran Sultanlı isə qeyd edib ki, Zelenskinin qalib gələcəyi ehtimalı olduqca böyük idi. Ukrayna xalqı artıq ənənəvi siyasi elitalardan, siyasətçilərdən bezdiyi üçün, Zelenskini prezident seçdi. Ukraynalılar olduqca siyasi cəhətdən aktivdirlər.Ukrayna xalqı, sol düşünüb sağa səs verir. Belə ki, sol düşüncəyə uyğun olaraq daha çox dövlətdən fəaliyyət gözləyirlər. Buna görə də, xalqın gözündə bir şəxsin qalxdığı kimi, enmə ehtimalı da olduqca yüksəkdir. Zelenski verdiyi vədləri yerinə yetirməlidir, lakin bu heç də asan deyil.
Poroşenko ölkədə bir sıra işlər gördü. Ukrayna dini cəhətdən müstəqil oldu, demokratiya istiqamətində ciddi nəticələr əldə edildi, məhz bunun nəticəsidir ki, bu gün Ukrayna Qərb demokratiyalarında olduğu kimi prezidenti məğlub etdirdi və uduzan tərəf məğlubiyyəti qəbul edərək, rəqibini təbrik etdi. Bu Postsovet məkanında nadir hadisələrdən biridir. Buna görə Ukraynaya təbrik düşür. Zelenskinin iqtisadi, siyasi proqramının necə olacağı hələ bəlli deyil. Üstəlik 3 fiqur Ukrayna siyasi sferasına geri dönəcək. Saakaşvili, Koluiminski ölkə xaricindən ölkəyə geri dönəcək. Zelenski çıxışlarından birində, qeyd etmişdi ki, Donbasın həlli üçün hər şey edəcək. Krımla bağlı ciddi vədlər verməyib. Zelenski bilir ki, Krım artıq Rusiya öz ərazisi sayır. Krımı Rusiyadan almaq əsla mümkün deyil, buna görə Donbasa fokuslanmağa çalışır. Poroşenko Donbasda muxtariyyətin verilməsinə qarşı idi və ölkənin unitar qalmasına, kəskin şəkildə NATO və AB-a doğru istiqamətlənməsinə dəstək idi. Zelenski bildirmişdi ki, biz dost olmayan şərq qonşumuzla problemləri həll etməliyik. Sual yaranır Zelenski münaqişəni necə həll edəcək və ya danışıqları necə aparacaq. Poroşenko Putinlə açıq olaraq danışmırdı, Qərb dövlətləri vasitəçilik edirdi. Əgər Zelenski açıq Putinlə görüşsə, bu Ukraynada mühafizəkar cəbhəni Zelenskiyə qarşı qaldıra bilər: "Lakin ölkənin kursunu dəyişə biləcəyinə inanmıram. Ukrayna daha rusyönümlü ola bilməz. Amma buna baxmayaraq Rusiya ilə kompromislər mümkündür. Rusiyaya lazım olan Ukraynada özünə yaxın şəxsi ya Radada, ya da prezidentliyə gətirməklə siyasi prosesləri öz xeyrinə dəyişsin. İtaliya, Almaniya, Avstriya, Çexiya kimi rus lobbisinin güclü olduğu dövlətlər Ukraynanın Rusiya ilə barışmasını istəyirlər. Çünki bu sanksiyalar onlara da zərər yetirir və bu sanksiyalar, Ukraynanın özünə 20 mlrd dollar ziyan vurur. Rusiya artıq neft ixracını Ukraynaya dayandırdı. Qaz ixracını da dayandırsa, Ukrayna bir az üşüyəcək.
Zelenski yəhudi əsillidir, ermənilərlə yaxşı əlaqələrə malik şəxsdi. Lakin Azərbaycanla ümumi əlaqələri qoruyacaq. Buna baxmayaraq Poroşenkodan fərqli olaraq Zelenski Qarabağa açıq yox ümumi dəstək verə bilər. Çünki Poroşsenko qatı antirus olduğundan Qarabağa açıq dəstək verirdi. Lakin Zelenski buna getməyə bilər. Zelinski investisiya cəlb etməyə çalışmalı, korrupsiyanın qarşsını almalı, isşizliyi həll etməli və ordunun gücünü qorumalıdır. Poroşenko dövründə ordu sıfırdan yığılıb və 2016-17-ci ildə Ukrayna silah ixracına görə dünyada ilk onluğa girmişdi. Amma Poroşenko korrupsiya, işsizliyin qarşısını ala bilmədi, əhalinin yarısı Macarıstan, Polşa, Rusiyaya işləməyə gedirdi. Ukrayna əhalisinin sayı 10 milyon azalıb. Bu ciddi demoqrafik problemdi. Zelenskini bunları həll edəcəyi və necə edəcəyi ciddi sual doğurur. Zelenski yəhudidir ola bilər, yəhudi əsilli iş adamlarından investisiya cəlb etmək marağında ola, lakin bunun üçün Qərbin icazəsi lazım olacaq. Rusiyadan alsa, qınaq obyektinə tuş gələ bilər. Zelenski prezident seçilsə də, Ali Radanın dəstəyinə ehtiyacı var. Ali Radada onunla ittifaqa getməkdə ən real namizəd, Timoşenkodur. Timoşenkonun baş nazir olmaq ehtimalı da var. Timoşenkonun keçmişi kirlidir. Vaxtilə o Rusiya ilə Ukrayna maraqlarına uyğun olmuyan qaz müqaviləsini imzalamışdı, həbsdə yatıb. Timoşenko Ukraynanı paritetdən (parlament-prezident) parlament idarə üsuluna keçirmək istəyir. Yəhudi əsilli iş adamı, İsraildə yaşayan Koluiminskinin də böyük ehtimal geri qayıdacaq. Saakaşvilinin harda mövqe tutacağı bəlli deyil. Rusiya isə indidən oktyabrdaki daha önəmli seçkilər olan radaya hazırlaşacaq. Rusiya Boyko-Medvedçuk tandemini Rada da daha çox mövqe qazanmasına çalışacaq. Dilidant Zelenskinin qocaman Putin qarşsında hansı gedişlər edəcəyini və Şərqi Avropanın qəlbi sayılan Ukraynanın gələcək taleyini zaman müəyyən edəcək”.
Oxşar xəbərlər