Prezident Şri-Lankalı həmkarına başsağlığı verib

  • 22 apr 2019, 13:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya başsağlığı məktubu göndərib.

AZƏRTAC-ın  xəbərinə görə, başsağlığı məktubunda deyilir:

"Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyirik”, - deyə dövlətimizin başçısı məktubda qeyd edib.

Azərbaycan Prezidenti baş vermiş faciə ilə əlaqədar Şri-Lanka Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şri-Lanka xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Oxşar xəbərlər