AXH-nin parçalanması reallaşır - daha bir ayrılıq toplantısı...

  • 22 apr 2019, 13:00

Azərbaycan Xalq Hərəkatı daxilindəki iki narazı qrupdan biri hazırda VİP qərargahında idarə heyətinin toplantısını keçirir. Toplantını hərəkatın dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı aparır.

Çıxış edən T.Abbaslı bildirib ki, idarə heyətinin bütün üzvlərinə iclasda iştirak üçün xəbər verilib. Dönəm sədri 8 nəfər idarə heyəti üzvünün iclasda iştirak etdiyini söyləyib.

BAB sədri Elşad Musayev bunları deyib: "Müəyyən qədər yol gəldik, xeyli səhvlər buraxdıq. Xalqa müəyyən ümidlər verdik. Buradakı hər kəsin zəhməti oldu. Amma faktiki hərəkat parçalanıb. Barışıq ortamı yaratmaq üçün əlimizdən gələni etdik, amma alınmadı. Hamı bilsin ki, mən Xalq Hərəkatından istefa verirəm. Bundan sonra hər hansı bir dəstəyim lazım olacaqsa, mən hazıram. Kiminlə yol gəldiksə, hər birinizə təşəkkür edirəm. Haqqınızı halal edin".

E.Musayevin bu qərarı idarə heyəti üzvlərinin narazılığına səbəb olub. Rəhim Qazıyev, Mətləb Mütəllimli və Qurban Məmmədov kimi üzvlər öz etirazlarını açıq şəkildə büruzə veriblər. Əhməd Oruc və Tahir Abbaslı E.Musayevin istefasının qəbul olunmamasını təklif edib.

Etirazlara baxmayaraq, BAB sədri iclası tərk edib.

Toplantı davam edir. /Musavat.com/

 

Oxşar xəbərlər