Paşinyan Azərbaycanı bu səbəbə görə müharibəyə çəkir

  • 21 apr 2019, 23:50

Qarabağda Ermənistanın ümid bağladığı iki qüvvə

Erməni KİV-ləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada keçirilmiş görüşünü İrəvan üçün vaxt udmaq cəhdi adlandırıblar.

İstiPress-in məlumatına görə, Nikol Paşiyana yaxınlığı ilə seçilən "1in.am” portalı görüşə həsr etdiyi məqaləsində qeyd edib ki, görüş Ermənistanın yeni hakimiyyətinə Qarabağ məsələsində "inqilabın kapitallışdırılmasının yetərli səviyyəsini təmin etmək üçün zaman fəzasında uduş qazandıracaq ki, bu, Ermənistana çox vacibdir”.

Yəni məqalədən belə çıxır ki, inqilabdan sonra ermənilər Qərbdə təbliğat aparacaqlar və onları Erməistanın qərb dəyərləri ilə yaşadığını inandıracaqlar. Yəni Qərbdə buna qarşılıq verib, Qarabağ məsələsini ərazi bütövlüyü prinsipi çərçivəsində həll etməyi tələb etməkdən vaz keçəcək.

Dolayısı ilə ermənilər nə vaxtsa Qərbin dəstəyi ilə Qarabağ məsələsini Kosovo variantı ilə həll etməyə ümid edirlər. Xatırladaq ki, Serbiyanın hüquqi ərazisi olan Kosovo 1999-cu ildə NATO-nun müdaxiləsi və serb şəhərlərini bombalaması nəticəsində Serbiyanın nəzarətindən çıxarıldı, daha sonra NATO yaxını olan 70 ölkə Kosovonun müstəqilliyini tanıdı. Beləliklə, Avropada ikinci alban dövləti yaradıldı. Ermənilər də iddia edirlər ki, gələcəkdə Ermənistan Avropa ailəsinin üzvü olacaq və Qarabağı da Kosovo varinatında Azərbaycandan qoparacaq. Hələ ki, Madrid prisipləri çərçivəsində danışıqlar aparmaqla Rusiyanı yola verir.  

Paşinyanın və kabinetinin üzvü, müdafiə naziri David Tonoyanın son günlər işğalçı bəyanatlar səsləndirməsini nəzərə alan politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli İstiPress-ə müsahibəsində erməni KİV-lərinin bu cür yazılarını Azərbaycanı təxribata çəkmək niyyəti sayır: "Onlar bu cür yazılarla Azərbaycanı müharibəyə sövq etməyə çalışırlar. Yəqin ki, Rusiyada onlara müharibə zamanı arxalarında durmağa söz veriblər. Onlar düşünürlər ki, müharibə olarsa, Rusiyanın dəstəyi ilə Azərbaycana qələbə çala bilərlər. Amma Azərbaycan bu variantdan belə qorxmamalıdır, gec-tez bu, baş verəcək. Yəni ölkə bütün sahələrdə müharibə variantına hazır olmalıdır”,- deyə Qabil Hüseynli vurğulayıb.

Qabil Hüseynli rusiyalı ermənipərəst şərhçi Stanislav Tarasovun "Regnum”da görüşlə bağlı yazdığı məqalədə səslənən fikirlərə də rəy bildirib. Tarasov 2016-cı ildə təklif edilmiş Lavrov planının Moskvada yenidən gündəmə gəldiyini bildirir. Həmin plana görə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 rayonu Azərbaycana qaytarır, əvəzində Türkiyə və Azərbaycan Ermənistana gedən yolları açır. Dağlıq Qarabağın statusu məsələsi qeyri-müəyyən müddətə təxirə salınır:

"Status müzakirəsi olmazsa, bu variant bizim üçün əlverişlidir. Amma bölgəyə kənar qüvvələrin sülhməramlı kimi gətirilməsinə icahzə verə bilmərik. Bu, bizim müharibə hüququmuzun yox olması deməkdir, Müharibə hüququnu həmişə əlimizdə saxlamalayıq. Həm də Rusiya ilə danışıqlar aparıb nail olmalıyıq ki, münaqişəyə KTMT-nin müdaxiləsi sıfra endirilsin”,- deyə Qabil Hüseynli bildirib.        

Oxşar xəbərlər