Azərbaycan XİN Şri-Lankada törədilən terror aktlarını pisləyib

  • 21 apr 2019, 15:28

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şri Lankada çoxsaylı günahsız insan ölümü və yaralanması ilə nəticələnən kilsə və otellərdə törədilmiş dağıdıcı terror aktlarını pisləyib.

XİN terror qurbanlarının ailələrinə və Şri Lanka xalqına başsağlığı verib, yaralıların tez bir zamanda sağalmasını diləyib.

Qeyd edək ki, bu gün Şri-Lankada paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Partlayışlar nəticəsində ən azı 185 nəfər ölüb. Sonra daha iki partlayışın törədildiyi açıqlanıb.

Oxşar xəbərlər