Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:56 - 23.07.2019  
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Tarix: 16-04-2019, 08:46 | Bölmə: Xəbərlər » Siyasət

Tural Abbaslı: "...Mən təşkilatın yaxşı perspektivini görmürəm”

Azərbaycan Xalq Hərəkatı dağıla bilərAzərbaycan Xalq Hərəkatı təsis edildiyi gündən bir qarmaqarışığın, gərginliyin burulğanındadır.  Təşkilat son dövrlər kövrək notlar üzərindədir və qurumun idarə heyətinin üzvləri arasında fikir ayrılıqları, münasibətlərdə narazılıq müşahidə olunur. Xüsusən də İsgəndər Həmidovun Tural Abbaslı ilə qarşıdurması AXH-də vəziyyəti ağırlaşdırıb. Belə görünür ki, daha bir müxalifət birliyi dağılmaq üzrədir, ömrü o qədər çox olmayacaq, bəlkə də son baharını yaşayır. Necə ki, əvvəl yaranan birliklər, bloklar da eyni aqibətlə üzləşiblər, içindən dağılıblar.

"Mən idarə heyətindən istefa verməmişəm. Sadəcə, fəaliyyətimi dondurmuşam ki, verilən qərarlara təsirim olmasın”.

Bu sözləri "Yeni Müsavat”a İngiltərədə yaşayan Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin (İH) üzvü Qurban Məmmədov bildirdi. Onun sözlərinə görə, idarə heyətinin qərarlarına uyğun olaraq, AXH-də qalıb-qalmayacağını seçim edəcək: "Mən mübarizəmi yenə davam etdirəcəyəm. Lakin Xalq Hərəkatının İdarə Heyətindən istefa verib-verməmək iclasdan sonra bilinəcək. Mən ümid etmirəm ki, orada Tural Abbaslının çıxarılması məsələsi qoyulacaq”.

Azərbaycan Xalq Hərəkatı dağıla bilərAXH İH-nin üzvü, AĞ Partiya sədri Tural Abbaslı isə bildirdi ki, bu qurum həssas bir dönəmin içindədir: "Bu vəziyyəti sınma nöqtəsi adlandıra bilərik. Əgər bu zamanı ağrısız, itkisiz keçirə bilsək, fəaliyyətini davam etdirəcəyik, gəldiyi kimi davam eləsə, mən təşkilatın yaxşı perspektivini görmürəm”.

T.Abbaslının sözlərinə görə, bəzi məsələlər partiya sədrlərini narahat edir: "Onlar həllini tapmalıdır. Ancaq mən o qədər də nikbin deyiləm. O ki qaldı mənim oradan çıxarılmağıma, başda İsgəndər Həmidov olmaqla, istənilən adamın məsələsini qaldıra bilərəm, istənilən adam da mənim məsələmi ortaya qoya bilər. Sadəcə, əsaslandırma olmalıdır. Biz partiyada müzakirələr aparmışıq, ola biləcək hadisələr və ona uyğun atılmalı addımlar barədə qərarımız hazırdır. Mənim idarə heyətində qalacağımı zaman və şərtlər göstərəcək. Bizə də xoş deyil ki, təsisçilərindən olduğum Xalq Hərəkatının işini yarımçıq qoyaq. Amma bəlli reallıqlar var”.

Xəbər 888 dəfə oxunub






Oxşar xəbərlər

Abşeronun "kraliça"sı gender bərabərliyini pozur?
GDU-nun elmi katibi rektorla Cehun Bayramovu üz-üzə qoydu - QALMAQAL
Az.TV-də "sədr bilməcəsi"... – Arif Alışanovun postu 7 aydır ki, boşdur?
Oqtay Şirəliyevin "ŞƏRİKLİYİ" Kardiologiya İnstitutunu məhv edir
Cəbhədə vəziyyət gərginləşib
Rüfət Aslanlı İstanbulda 30 milyonluq sarayda yaşayır
Daha bir güləşçimiz qızıl medal əldə edib
“ELÇİBƏY KQB AGENTİ OLA BİLMƏZDİ…” - Rəsul Quliyev
Bu gün Milli Mətbuat Günüdür
Fəttah Heydərov Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib
Çeju - Dünyanın 7 təbiət möcüzəsindən biri - VİDEO
"SOCAR"ın sabiq əməkdaşı NZS-də torpaq qalmaqalı yaşayır - GİLEY
ADAU 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
Asif Mərzili: “Hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub…”
Bakı-2019: Azərbaycan yığması paraddan keçib
“Qocaltma” proqramında geriyə yol yoxdur!
Leyla Yunus anormallığına CAVAB - VİDEO
Elçibəyi müdafiə etməyən Əli Kərimovun susqunluğunun ÜÇ SƏBƏBİ
Gəncə Dəmiryolu vağzalında yanğın olub
Oğrular həmkəndlisi çıxdı - Qusarda
Davudoğlu gizlinləri açdı - Ərdoğana açıq İTTİHAMLAR
“Jurnalist təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa,.” Qulu Məhərrəmli
Masazırda "BMW" 5 maşını vurdu, bir sürücü isə vəhşicəsinə döyüldü + VİDEO
Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11297] initstartout [0.00012] initstartin [0.00054] calstart [0.00664] calend [0.00037] topnewsend [0.00264] rsssend [0.00000] ehgend [0.00714] tagsstart [0.00042] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09506]