QAT müharibə tələbi ilə imza toplamağa başlayır

  • 02 apr 2019, 19:18

Qarabağ Azadlıq Təşkilatının (QAT) İdarə heyətinin iclasında hazırkı vəziyyətə dair məsələlər müzakirə olunub, bir sıra məsələlərə dair qərarlar qəbul edilib. Ömürlük məhbusalar və girovlarla bağlı fikir mübadiləsi edilib, müəyən faktlarla bağlı məlumat verilib. Mitinq və Beynəlxalq Qarabağ Forumunun keçirilməsi ilə bağlı təşkilatın mövqeyi formalaşdırılb. Vyana görüşü və digər aktual məslələrə münasibət bildirilib.

Qurumun mətbuat xidmətindən musavat.com-a daxil olan məlumata görə, idarə heyətinin qəbul etdiyi digər qərarda göstərilir ki, Azərbaycan qanunlarına uyğun olaraq, Dağlıq Qarabağ danışıqlarının dayandırılması və torpaqlarımızın işğaldan azdad edilməsi üçün hərbi əməliyyatların başlanması tələbi ilə 40 min və daha çox imzanın toplanmasına başlanılsın və Milli Məclisə təqdim olunsun, eyni zamanda Azərbaycan prezidenti və Ali baş komandana müharibənin başlanması tələbi ilə petisyanın kütləvi şəkildə imzalanmasına start verilsin.

İcalsdan sonra canlı yayında Aprel döyüşlərinin ildönümünə həsr olunmuş ictimai dinləmələr keçirilib.

Oxşar xəbərlər