Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:03 - 13.11.2019  
Vyana görüşü də bitdi – NƏTİCƏSİZ
Tarix: 30-03-2019, 22:34 | Bölmə: Xəbərlər » Siyasət

Qərb müharibə istəmir və münaqişənin dondurulmasının tərəfdarıdır. Azərbaycana isə işğal edilmiş ərazilərini qaytarmaq lazımdır...

Vyana görüşü də bitdi – NƏTİCƏSİZXəbər verildiyi kimi, Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında təkbətək görüş olub.

Vyanada keçirilən danışıqların ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri, habelə ATƏT-in Minsk Qrupu həmsədrləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, görüş pozitiv və konstruktiv atmosferdə keçib və iki liderə müvafiq mövqelərini açıqlamaq imkanı verib. Onlar tənzimləmə prosesinin bir neçə əsas məsələlərinə və konkret ideyalara dair fikir mübadiləsi aparıblar. İki lider davamlı sülh üçün mühitin yaradılmasının və münaqişənin dinc həlli istiqamətində aparılan danışıqlar prosesində əməli addımlar atılmasının mühümlüyünü vurğulayıb.

Düşənbədəki danışıqları yada salan liderlər atəşkəsə və birbaşa kommunikasiya mexanizminə sadiq qaldıqlarını bir daha təsdiqləyiblər. Onlar habelə humanitar sahədə bir neçə tədbirin işlənməsi barədə razılığa gəliblər.

İlham Əliyev və Nikol Paşinyan xarici işlər nazirlərinə yaxın gələcəkdə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşməyi tapşırıblar. Onlar habelə öz aralarındakı birbaşa dialoqu davam etdirəcəklərini deyiblər.

Araşdırmaçılar belə hesab edirlər ki, ATƏT-in  Minsk Qrupu həmsədrləri indiki vəziyyətdə münaqişəni danışıqlar yolu ilə həll edilməsi prosesinin dalana dirəndiyini anlayırlar. Çünki Azərbaycanın və Ermənistanın mövqelərini yaxınlaşdırmaq mümkün deyil. Ona görə də, belə şəraitdə həmsədrlərin yeganə vəzifəsi bölgədə nisbi sabitliyin və atəşkəsin qorunmasını davam etdirməkdir. Həmsədrlər Vyana görüşü başa çatan kimi danışıqların davam etdirilməsi zəruriliyini vurğulayıblar.

Vyana görüşündən çıxan əsas nəticə budur ki, Ermənistanın baş naziri əvvəlki kimi danışıqlarda münaqişənin həlli mexanizmlərini müzakirə etməkdən yayınır. Onun başlıca məqsədi mövcud status-kvonun saxnanılmasına nail olmaqdan ibarətdir. Paşinyan danışıqları sıfır nöqtəsinə qaytarmaq istəyir. Rəsmi Bakı münaqişənin tənzimlənməsi zamanı ərazi bütövlüyünün təmin edilməsi, Dağlıq Qarabağ ətrafındakı rayonların qısa zaman ərzində boşaldılmasını tələb edir.  Vyana görüşündə bu problemlər öz həllini tapmadı.

Vyana görüşündən əvvəl Paşinyan Müdafiə Nazirliyində qapalı toplantı keçirdi. Paşinyan böyük ehtimalla ordu daxilindəki vəziyyətdən narahatdır. Hərbçilərlə siyasi elita  arasında münasibətlər sistemində ciddi problemlər var. Hərbçilərin hərbi hissəni tərk edərək etiraza baş vurmaları müharibə vəziyyətində olan dövlət üçün ciddi siqnaldır. İrəvandakı "Əsgər anaları” komitəsi də fəallığını azaltmır, gənclərin Dağlıq Qarabağda xidmətinə etiraz edir. Ermənistanın təmas xəttində nə qədər çox itkisi olarsa, bu, Ermənistan ordusunda və cəmiyyətində daha çox təlatümlərin səbəbi ola bilər.

Nikol Paşinyan danışıqlar formatının dəyişməsi ideyasından da əl çəkməyib. Təsadüfi deyil ki, Vyanada səfərindən öncə o separatçıları sakitləşdirmək üçün onların təmsilçisi Bako Saakyanla telefonla danışıb. Paşinyan Qarabağ separatçılarından və ölkəsindəki "Qarabağ klanından” ehtiyat edir. Təsadüfü deyil ki, Vyana görüşündən əvvəl atəşkəs pozuldu, hər iki tərəfdən itki oldu. Atəşkəsi birinci ermənilər pozdular və azərbaycanlı hərbçini şəhid etdilər. Görünən budur ki, separatçılar Paşinyana etibar etmirlər. Ona görə də atəşkəsi zaman-zaman pozurlar.

Bu arada, Ermənistanın müdafiə naziri David Tonoyan bəyan edib ki, "ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu "yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləyib. "Amerikanın səsi” xəbər verir ki, Tonoyan bunu Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edərkən deyib.

"Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, "ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni "yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür” – deyə Tonoyan sərsəm bəyanatla çıxış edib.

D.Tonoyan onu da bildirib ki, bundan sonra Ermənistan hücum bölmələrinin sayını artıracaq: "Biz bu "xəndək vəziyyətindən”, daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz, hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq”.

Tonoyanın bəyanatından da görünür ki, proses yaxın zamanlarda belə də davam edəcək. Deməli, Bakının savaş variantı barədə danışmaq hüququnu özündə saxlayır.

Ehtimal etmək olar ki, növbəti görüşə qədər bu proses davam edəcək. Yəni hər iki tərəf atəşkəsə əməl edəcək. Gələn aydakı görüş də nəticəsiz qalsa, Vyana görüşünün əhəmiyyəti itəcək. Hazırda iyunun sonundakı növbəti görüşü gözləməkdən başqa yol qalmır.

Qərb dövlətləri Cənubi Qafqazda müharibə olmasında maraqlı deyillər, sabitlik istəyirlər. Çünki regionda gərginlik onlara da sərf etmir. Enerji və digər resurslar burada mühüm rol oynayır. Amma Azərbaycanın enerji layihələrindən daha çox torpaqlarının işğaldan azad edilməsində israrlıdır. Qərbin hazırda problemləri çoxdur. Onsuz da İraq, Suriya və digər yerlərdə müharibə ocaqları var. Cənubi Qafqazda da bir müharibə ocağı yaransa, Qərb üçün asan olmayacaq. Azərbaycan və Ermənistan arasındakı müharibənin nə ilə nəticələnəcəyini indidən düşünmək elə də çətin deyil. Çünki bu proseslərdə Rusiyanın da marağı nəzərə alınacaq. Bu baxımdan Qərb müharibə istəmir və münaqişənin dondurulmasının tərəfdarıdır. Azərbaycana isə işğal edilmiş ərazilərini qaytarmaq lazımdır.../MƏNBƏ -SPUTNİK/

Xəbər 1287 dəfə oxunub






Oxşar xəbərlər

ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli
Əli İnsanovun müxalifətlə bir araya gəlməsinə etirazlar
Gəncə sakini kanalizasiya quyusuna yıxılıb
Müsavatın mitinq məktubuna meriyadan cavab verildi
Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
İnam Kərimov Vaşinqtonda - KT sahəsində əməkdaşlıq
9 nəfərə "Əməkdar jurnalist” adı verildi (SƏRƏNCAM)
Xaçmazın yeni icra başçısı niyə hoteldə qalır?
Oktay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi - VİDEO
Azərbaycanlı Rusiyada vəzifəyə seçilib
Həzi Aslanova yeni vəzifə verildi
Eldar Əzizov icra başçılarını yanına topladı
Müsavat Partiyasının mitinqlə bağlı müraciəti cavablandırılıb
Nardaranlı Mirseymuru öldürən Çeçenistanda gizlənir - İDDİA
Gülalıyevin həyat yoldaşı: "Oqtay komadadır"
Tacir gileyləndi: “Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir”
Vilayət Eyvazov Sumqayıtda şikayətçiləri qəbul edəcək
Avropa bankları “Visa” və “MasterCard”dan imtina edir
DİQQƏT İNAM KƏRİMOVA! Aqrar mütəxəssis hazırlığı bu naziri də maraqlandırmırsa nə etməli...?!
Gəncədə yarıtmaz baş həkimin izi və yolu hara uzanır? - Şok Detallar
Milli Şuranın üzvü olan generalla bağlı şok faktlar - İNTİM SƏS YAZISI
Sinaqoqda terror aktı planlaşdıran şəxs saxlanılıb
Prezident “Azərxalça”ya iki milyon manat ayırdı
Uzun illərdir icra başçısı postunda işləyənlər – SİYAHI
İngiltərə MN 500-dən çox zirehli transportyor alır
Teymur Rəcəbov Qran-Pri turnirinə heç-heçə ilə başlayıb
İran kanalında azərbaycanlılar təhqir olundu
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
"SOCAR" Adnan Əhmədzadəyə yeni vəzifə verdi
Bürclər 5 noyabr
APOEL – “Qarabağ” matçı ona tapşırıldı
“Fondpulu” tələb edən sinif rəhbəri cəzalandırıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25076] initstartout [0.00018] initstartin [0.00069] calstart [0.00920] calend [0.00053] topnewsend [0.00396] rsssend [0.00000] ehgend [0.00615] tagsstart [0.00059] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.22943]