Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:45 - 19.04.2019  
2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər -
Tarix: 18-03-2019, 09:52 | Bölmə: Xəbərlər » Siyasət

Okeanın o tayından verilən incə mesaj; 2019 konfliktin həllində "qırılma ili” ola bilər; işğalçını sülhə məcburetmə ssenariləri masa üzərində

2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər - Keçən həftə Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistanda səfərdə oldu. Ondan təxminən 10 gün öncə isə o, Bakıda idi və səfər zamanı iki ölkənin strateji tərəfdaşlıq əlaqələrinin ruhuna uyğun mövqe bildirmişdi. Zurabişvilinin xüsusən də "Azərbaycan və Gürcüstan eyni dərəcədə işğaldan əziyyət çəkir” bəyanatı diqqət çəkmiş, təqdir olunmuşdu.

Təəssüf ki, Gürcüstanın dövlət başçısının Bakıda nümayiş etdirdiyi prinsipiallığı İrəvanda görmədik. "Regional münaqişələrin hamısı ölkələrin ərazi bütövlüyü əsasında həllini tapmalıdır” bəyanatını onun dilindən eşitmədik. Zurabişvili yalnız Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin Abxaziya və Cənubi Osetiya separatçıları ilə dostluğundan dolayı Ermənistan rəhbərliyinə etirazını bildirdi. Yəni sırf öz ölkəsinin ərazi bütövlüyündən yana narazılıq ifadə elədi. Bundan əlavə, İrəvanda o, Azərbaycanı və Türkiyəni incidəcək daha bir addım atdı: saxta soyqırım abidəsini ziyarət edib, ora əklil qoydu. Halbuki, buna o, məcbur deyildi...

Bu da indi Azərbaycan və Türkiyənin hesabına ayaqda qalan Gürcüstanın ikiüzlü mövqeyi. Zurabişvilinin səfəri bir daha göstərdi ki, Azərbaycan və Türkiyə dost-müttəfiq seçimində olduqca diqqətli olmalıdır. Ancaq o da var ki, azərbaycanlılara qarşı vuruşmuş erməni hərbi canisinə Axalkalikidə büst qoyulmasına hələ də seyrçi qalan qonşu və yaxın Gürcüstanla müqayisədə uzaq ABŞ-ın Qarabağla bağlı mövqeyi bizdən ötrü qat-qat böyük önəmdədir.

Təqdirəedicidir ki, ABŞ-ın xarici siyasət idarəsi sayılan Dövlət Departamentinin dünyada insan haqlarının 2018-ci ildəki vəziyyətinə dair yaydığı hesabatında Ermənistanı işğalçı adlandıran bənd yer alıb. Həmin bənddə deyilir: "Separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əksər hissəsini və ona bitişik 7 rayonu nəzarətdə saxlamaqda davam edirlər”.

2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər - Bu, diplomatik dildən tərcümədə sülh danışıqları səmərə verməzsə, Bakıya ABŞ-ın "vur!” iznidir. Hər halda, ABŞ-ın da qəbul elədiyi BMT Nizamnaməsinə görə, ərazisi işğala məruz qalan ölkə istənilən üsulla öz ərazi bütövlüyünü bərpa eləmək haqqına sahibdir. Üstəgəl, BMT Təhlükəsizlik Şurasının 1992-93-cü illərdə Dağlıq Qarabağa dair qəbul elədiyi və Ermənistanı işğalçı kimi tanıyan 4 qətnamə (822, 853, 874 və 884) var və heç kim onları ləğv eləməyib. Avropa Parlamentinin (Avropa Birliyinin əsas qurumu), Avropa Şurasının (AŞ PA), NATO Parlament Assambleyasının, habelə İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmamaq Hərəkatının Bakıya "vur!” rüsxəti verən analoji sənəd-qətnamələri də öz yerində.

Doğrudur, Dağlıq Qarabağdakı kriminal rejimin başçısı Bako Saakyan vaxtaşırı ABŞ-a da səfərlər edir, Konqresdə sülənir. Habelə, bəzi ermənipərəst konqresmenlər işğal altındakı Qarabağa zaman-zaman qanunsuz səfərlər ediblər. Lakin bizim üçün ən vacibi ABŞ-ın rəsmi dövlət mövqeyidir. Rəsmi Vaşinqton isə Azərbaycanlın ərazi bütövlüyünə hörmətini mütəmadi şəkildə bəyan edib, bunu sənədlərdə əks etdirib, separatçı bölgədə indiyədək keçirilən heç bir "seçki”nin, "referendum”un legitimliyini tanımayıb. Dövlət Departamenti isə bu il də öz sənədində Dağlıq Qarabağ və ətraf 7 rayonun erməni işğalı altında olduğunu təsbit edib.  

Bundan əlavə, ötən ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda olarkən açıq mətnlə bildirdi ki, əgər baş nazir Nikol Paşinyan ölkəsinin rifahını, Rusiya asılılığından və blokadadan qurtulmasını istəyirsə, o zaman öncəliklə Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmalı, Qarabağ məsələsində dönüşə nail olmalıdır. Analoji tələb bu ilin yanvarında prezident Donald Trampın Paşinyana göndərdiyi təbrik məktubunda yer almışdı...

*****

Söz yox ki, Azərbaycan sonsuzadək Ermənistanın ərazilərimizdən çıxmasını gözləməyəcək. Bakı milyardlar xərcləyib aldığı müasir silahları, döyüş sistemlərini yalnız vitrinə qoyub paslatmaq və ya yalnız hərbi təlimlərdə və hərbi paradlarda nümayiş etdirmək niyyətində deyil. Bu silahlar ərazi bütövlüyümüzü bərpa eləmək üçün alınıb. Ermənistan tezliklə sülhə gəlməzsə, Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü təmin eləməyə tam hazırdır. Silahlı Qüvvələrimizin keçən həftə başa çatan, sırf hücum taktikasının cilalanmasına hesablanmış növbəti 5 günlük möhtəşəm təlimi düşmənə bu xüsusda daha bir sanballı ismarışdır.

Azərbaycan Ordusunun üstün gücü əcnəbi hərbi və siyasi analitiklər tərəfindən də etiraf olunur. Məsələn, hərbi təlimlərin davam etdiyi günlərdə (11-15 mart) ölkəmizdə olmuş rusiyalı tanınmış tarixçi-analitik Oleq Kuznetsov ordumuzun bütün gücünə şahid olduğunu söyləyib (axar.az). Onun sözlərinə görə, işğalçı Ermənistan Müdafiə Nazirliyinin Azərbaycandakı təlimlərə kəskin reaksiya verməsinin səbəbini yalnız bir sözlə şərh etmək olar "Qorxu!”

"Bu təlimlər birmənalı şəkildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu üzərində böyük hərbi-texniki üstünlüyə malik olduğunu göstərdi. Hazırda Azərbaycan Silahlı Qüvvələri yüksək texnologiyalı silahlara sahibdir. Ən əsası, Bakının bu cür müasir silah növlərinə sahib olmaqla yanaşı, bu texnikadan dəqiq şəkildə istifadə etmək qabiliyyətinə sahib olmasıdır. Manevrlərin miqyası göstərir ki, Azərbaycan Ordusu Ermənistanın sülhə və ya işğal olunmuş ərazilərin geri qaytarılması üçün danışıqlar prosesinə məcbur edilməsinin son elementlərini işləyib hazırlayır” - ekspert vurğulayıb.

Tarixçi-analitikin qənaətincə, son təlimlərin ideyası Dağlıq Qarabağın azad edilməsi uğrunda müharibə ssenarisinin işlənib hazırlanması olub. "İrəvanda bunu hərbi təhdid kimi qəbul edirlər. Ancaq rus ekspert kimi mənim fikrimcə, bu, Azərbaycan tərəfinin Ermənistana sonuncu sülhməramlı jesti, danışıqlar masasına əyləşmək üçün ucadan çağırışıdır. Bu gün üçün danışıqların gündəmində sadəcə, bir şey dayanır: Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağda yaşayacaq erməni əhalinin siyasi azadlıqlarının təmin edilməsi”.

Bu xüsusda 2019 doğrudan da Qarabağ məsələsi üçün "qırılma ili” ola bilər. Bunun böyük sülhün xeyrinə olacağı, yoxsa böyük müharibəni labüd edəcəyi isə Ermənistan iqtidarının seçimindən asılı olacaq. İstənilən halda, düşməni sülhə məcburetmənin hər iki ssenarisi artıq masa üzərindədir. Bakının masası üzərində... 

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 700 dəfə oxunub






Oxşar xəbərlər

Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM
Varşava Universitetində Azərbaycan tarixi tədris edilir — FOTOLAR
Ziyafət Əsgorovun qızının toyundan - VİDEOLAR
Türkmənistan Rusiyaya qaz nəqlini bərpa edib
Özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı - Foto
Balotelli Fransa çempionatının ən yaxşısı seçilib
Azərbaycanda vərəmin müalicəsi neçəyədir?
Talıb Talenin atası bugün Göygöl rayonunda dəfn edilib
Şamaxıda gölün bəndi niyə uçub? – RƏSMİ
Binəli Yıldırım: “İstanbulda seçki murdar olub”
Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” yaradılıb
İlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏR
AXH-nin toplantısında növbəti qalmaqalı: “Çıxarın, o səs yazılarını ortaya...”
“Araz” marketin müdiri intihar etdi
Xətaidə “Eskobar” ləqəbli narkobaron və dəstəsi yaxalandı - FOTOLAR
Azərbaycanda dron “problemi” – Deputat razılaşmır
“Xəzri” sistemi Ukraynada tərəfdaş sırasını genişləndirir
“Ruzigar”a 30 sutka həbs cəzası verilib
DİM-də vakant yerlər üçün müsabiqə elan olunub
ABŞ dövlət katibinin müavini Azərbaycanda səfərdədir
Dünyanın 40 ölkəsindən 800-dək uşaq Türkiyəyə gəlib
Gürcüstanda Nəriman Nərimanovun yubileyi qeyd olunub - FOTO
Bankların kredit faizləri gündəmdədir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18252] initstartout [0.00014] initstartin [0.00063] calstart [0.00836] calend [0.00047] topnewsend [0.00339] rsssend [0.00000] ehgend [0.02568] tagsstart [0.00057] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14324]