Əli İnsanov siyasətə qayıdacaqmı? - Məhbəsdə "YOX" azadlıqda "HƏ"

  • 17 mart 2019, 16:29
Xəbər verildiyi kimi, prezident İlham Əliyevin imzaladığı ƏFV sərəncamı ilə həbsdən azad olunan ən qocaman siyasi məhbus, sabiq səhiyyə naziri Əli İnsanov da azadlığın əvəzolunmaz sevincini dadıb. 

Keçmiş nazir 12 saylı cəzaçəkmə müəssisəsindən çıxar-çıxmaz gələcək planları barədə jurnalistlərin ilk suallarını cavablandırarkən bildirib ki, Azərbaycandan kənarda yaşamaq fikri yoxdur. O deyib ki, həmişə Azərbaycanda yaşayıb və yaşamağa da davam edəcək.

Bu, gözlənilən idi, o xeyli yaşlaşıb, yüksək ambisiyaları, xaricdə yaşamaq həvəsi, ölkəsini tərk etməyə isə qəlbində daşıdığı ciddi məcburiyyətləri yoxdur. Yəni, Əli İnsanov bundan sonra da öz həyatını öz doğma vətənində davam etdirəcəksə, bu qərar ən doğal və sevindiricidir. Bəs, sabiq səhiyyə şefinin siyasətə qayıdışı necə, mümkündürmü?"..
Bu sualı Əli İnsanov hələ həbsdə ikən cavablandırmışdı. Onun üçün siyasətin tam bitdiyini bəyan etmişdi. Siyasətlə məşğul olmayacağını özü belə dəfələrlə elan etmişdi. Amma azadlığa çıxan kimi bu cümləsi əks diqqət çəkir: - "Siyasətdən heç vaxt ayrılmayacam"...
Əli İnsanovun həm yaşının sanbalına, həm ağır xasiyyətinə və özəl siyasi baxışlarına nəzər etsək, qayıtmayacağı məntiqi ortadadır. Amma, Azərbaycan siyasətinin və siyasətçilərin "cazibəsi", cəmiyyətimizdəki bugünkü qaynama effektləri ən az olan bircə ehtimalı da yüksəldə, doğrulda bilər...
Bircə bunu deyim - Əgər sabiq baş doktor Əli İnsanov fikrini dəyişdirib sürətlə siyasətə qayıtsa, (həmişə əks ehtimal var - O.N) bütün müxalif liderləri hakimiyyəti dəstəkləyən siyasətçilər qədər məhz bu personanın sanbalı və aranjman siyasi fikirləri ətrafında mütləqi-dövrə vuracaq. Azı, ona görə ki, Əli İnsanov hələ siyasi düşüncə və fikirləri tam aşılanmayan, çürüdülməyən, şəxsiyyəti isə tam mənada xərclənməyən, məhbəsdə sındırıla bilməyən sabiq oliqarx məmurlardandır...
Məncə, Əli İnsanovun siyasi "qayıdış - dəyişim" taktikası baş verərsə, özünün bütün əmmaları ilə iqtidar və müxalifət düşərgələrinə də, plüralist cəmiyyət arzulayan hər birimizə də yeni qalıcı təntənə gətirəcək...
Yaşayaq və görək, hələ, daha nələr olacaq...

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər