Prezident ailə üzvləri ilə Od çərşənbəsində - FOTO

  • 06 mart 2019, 05:18
Prezident İlham Əliyev və ailə üzvləri Od çərşənbəsini qeyd ediblər.

Lent.az-ın xəbərinə görə, prezidentin qızı Leyla Əliyeva bununla bağlı şəkilləri özünün "instagram” səhifəsində paylaşıb.

Leyla Əliyeva hər kəsin bayramını təbrik edib, hamıya möhkəm can sağlığı, xoşbəxtlik və sevgi arzu edib.

Qeyd edək ki, Od çərşənbəsi Novruzun ikinci çərşənbəsidir. Qədim Azərbaycan adətlərinə görə, Od çərşənbəsində hər evdə ocaq qalanar, ailə üzvləri ocağın ətrafına toplaşıb, xoş arzularını çatdırarlar. 

 

Oxşar xəbərlər