Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u

  • 19 fev 2019, 19:47

Fevralın 18-də AXCP üzvü Rövşən Quliyev saxlanılıb. Onun həbsinin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib. Ancaq AXCP sədri Əli Kərimli nədənsə əl-ayağa düşüb, ciddi narahatlıq keçirməyə başlayıb. O, özünün facebook səhifəsində yazıb ki, AXCP-nin veteran üzvlərindən, uzun müddət partiyanın Rəyasət Heyətində təmsil olunmuş, peşəkar iqtisadçı Rövşən Quliyev dünən həbs olunub. "Həbs zamanı Rövşən bəyin evində axtarış olub, kompüterini də aparıblar. Aydındır ki, iş siyasidir. Ancaq paradoks ondan ibarətdir ki, Rövşən bəy artıq uzun illərdir heç bir siyasi fəaliyyətlə məşğul deyil. Rövşən bəy ağır xəstədir, məhz səhhətində yaranmış ciddi problemlə bağlı 4-5 il bundan qabaq partiyanın Rəyasət Heyətindən və ümumiyyətlə siyasətdən gedib. Son 4-5 il ərzində Rövşən bəy və ailəsi yalnız onun müalicəsi ilə məşğul olub...”
O, R.Quliyevi təcili azad etməyə çağırıb.

İlkin iddialar bundan ibarətdir ki, iş heç də siyasi deyil, Kərimlinin bu məsələdə təşvişə düşməsi də təsadüfi sayılmamlıdır. İnformasiyaya görə Rövşən Quliyev Əli Kərimlinin "qara kassasının” elementlərindən biridir. Onun müxtəlif yollarla AXCP sədrinə pul daşıyan şəxslərdən biri olduğu deyilir.

Görünür, Əli Kərimlinin dərhal əl-ayağa düşməsi də məhz bu səbəbdəndir. O, dərhal bunun "siyasi iş” olduğu bəyanatını verir, Rövşən Quliyevin ağır xəstə olmasını xüsusi qabardır və iddia edir ki, R.Quliyev səhhətində yaranmış problemlərə görə 4-5 il öncə Rəyasət Heyətindən və ümumiyyətlə siyasətdən gedib.

Amma ilkin araşdırmalar zamanı bəlli olur ki, Rövşən Quliyev heç də siyasətdən 4-5 il öncə ümumiyyətlə getməyibmiş. Belə ki, AXCP-nin özünün 18 sentyabr 2016-cı il tarixdə yaydığı bəyanatda göstərilir ki, Rövşən Quliyev Milli Şuranın 17 sentyabr 2016-cı il mitinqində iştirak edib və bundan 1 gün sonra saxlanılıb... Onun adı saxlanılanlar siyahısında 39-cu sırada qeyd edilib: "39. Rövşən Quliyev – AXCP fəalı, evdən gəlib aparıblar, yeri məlum deyil.”...

Və Rövşən Quliyevin saxlanıldıqdan dərhal sonra ağır xəstə olması iddiasının səsləndirilməsi də təəccüblüdür. Veteran AXCP üzvü hər zaman partiyanın guruldayan, aktiv üzvlərindən biri kimi tanınıb...

Əli Kərimlinin Rövşən Quliyevin həbsi məsələsində xüsusi narahatlığı həm də ondan aydın olur ki, 2 gündür siyasi gündəmi Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Bakıya qəfil gəlişi, MŞ-nı "iqnor” etməsi məşğul edib. Əli Kərimli bundan yazmaq əvəzinə, Rövşən Quliyevin işi üzərində baş sındırır...

Deməli, məsələ birbaşa onun özünün maddi maraqlarına toxunur.

Onu da nəzərə çatdıraq ki, hazırda Əli Kərimliyə Rusiyadan pul daşıdığına görə tutulan bir qrup şəxsin məhkəməsi gedir.

Oxşar xəbərlər