Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:52 - 16.02.2019  
Gürcüstan azərbaycanlıları ayaqda - gözlər rəsmi Tiflisdə
Tarix: 11-02-2019, 11:02 | Bölmə: Xəbərlər » Siyasət

Erməni canisinə qoyulan büstlə bağlı etirazlar davam edəcək; qonşu ölkə iqtidarı çıxılmaz durumda

Gürcüstan azərbaycanlıları ayaqda - gözlər rəsmi TiflisdəGürcüstanda Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulması ilə bağlı baş qaldıran narazılıq səngimək bilmir. Həm Azərbaycan tərəfin, həm də Gürcüstanda yaşayan soydaşlarımızın etirazı durmadan artır.

Fevralın  8-də büstün götürülməsi tələbi ilə Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası keçirilib. Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da iştirak ediblər.

Tiflisdəki aksiyanın təşkilatçılarından olan Sevinc Hümbətova "Yeni Müsavat”a açıqlamasında möhtəşəm aksiya keçirdiklərini söylədi: "Aksiyada gürcü veteranları və ictimai şəxslər də iştirak etdi. Aksiya tək azərbaycanlıların deyil, həm də gürcülərin problemi olduğunu cəmiyyətə çatdırdıq. Bu da aksiyamızın demokratik və möhtəşəm keçməsinə nədən oldu. Ümid edirik ki, tez bir zamanda məqsədimizə nail olacağıq. Məqsədimizə nail olmaq uçun isə o büst oradan götürülməlidir”.

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, büstlə bağlı məsələnin düşünülmüş bir təxribat olduğunu isbat etməyə ehtiyac yoxdur: "Hər şey gün kimi aydındır. Gürcüstanın mövcud hakimiyyətinin mövqeyi də həmçinin... Hər halda büst yabanı bitki deyil ki, kimsənin xəbəri olmadan bitsin. Büstlə bağlı ideyanın yarandığı gündən məsələdən Gürcüstanın mövcud hakimiyyətinin xəbəri olub. Separatçının büstünün açılışında da hakimiyyəti nümayəndələri, deputatlar iştirak ediblər. Hər şey bu qədər birmənalıdır. Bütün baş verənlərin fonunda nümayiş etdirdiyimiz reaksiya da yetərli deyil. Söhbət rəsmi Bakının münasibətindən getmir. Azərbaycanın bir dövlət olaraq səbirli davranışını anlamaq olar. Rəsmi Bakı öz mesajlarını verib və nəticəni gözləyir. Amma Azərbaycan ictimaiyyətinin və Gürcüstanda yaşayan soydaşlarımızın reaksiyası yetərli deyil. Gürcüstanda yaşayan soydaşlarımızla bağlı geridə qalan zaman ərzində buraxdığımız boşluqlar öz sözünü deyir.

Gürcüstan hakimiyyəti soydaşlarımızın təşkilatlanmalarına mane olmaq üçün Qamsaxurdiyadan üzü bu yana əlindən gələni edib. Hazırda bəzi region dövlətlərində, o cümlədən, İran və Türkiyədən olan dini-siyasi qüvvələrin Gürcüstanda yaşayan soydaşlarımıza təsir imkanları kifayət qədər yüksəkdir. Rəsmi Tiflis bilərəkdən belə qüvvələrin Gürcüstandaki soydaşlarımıza təsir imkanlarının genişləndirilməsinə göz yumub ki, onları mümkün qədər Azərbaycandan ayırsın. Digər tərəfdən, biz soydaşlarımızla yanaşı Gürcüstan cəmiyyəti ilə də işləyə bilməmişik. Halbuki bunun üçün ciddi imkanlar olub. İndiki şəraitdə Gürcüstandakı bütün ictimai resursları hərəkətə gətirmək lazımdır. Gürcüstanın siyasi qüvvələrini bu prosesə dəstək vermələrini təşkil etmək lazımdır. Rəsmi müstəvidə problemin müzakirəsini hələlik diplomatik çərçivədən çıxarmaq doğru olmaz. Hakim partiyada təmsil olunan azərbaycanlı deputatlar əsasən öz korporativ maraqlarından çıxış edən adamlardır. Onlardan cəsarət gözləməyə dəyməz. Ümumiyyətlə, İvanaşviliyə və onun partiyasına bağlı olan bir kimsəyə güvənmək olmaz. Bu deputatların susması da sübuta yetirir ki, büstlə bağlı təxribat qismən də ”Gürcü Arzusu"nun özündən qaynaqlanır".

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bunları dedi: "Gürcü hakimiyyəti sözün əsil mənasında azərbaycanlılara qarşı ”toxmaq" rejiminə keçməyə başlayıb. Bu, hadisəyə qədər biz gürcüləri Azərbaycana qarşı əsassız ərazi iddialarından, Borçalı mahalının gürcüləşdirilməsi cəhdindən, Qamsaxurdiya məntiqsizliyindən yaxşı tanıyır. Bu onların etdikləridir. Azərbaycan tərəfi isə bunun müqabilində Rusiya qışın ortasında gürcüləri soyuqdan donduranda, taxılı kəsib acından öldürəndə, onları xilas etdi. Amma görünür ki, indiki hakimiyyət artıq başqa maraqlar güdür və bunun kökündə Avropadakı erməni lobbisinin gürcü hakimiyyətinə etdiyi maliyyə dəstəyi dayanır. Azərbaycan tərəfinin təzyiq göstərmək üçün alternativ variantları mövcuddur.

Gürcüstan azərbaycanlıları ayaqda - gözlər rəsmi TiflisdəAmma hesab edirəm ki, bunu gürcü hakimiyyəti özü çözəcək. Sadəcə, düşünülməmiş addım atan gürcü iqtidarı vəziyyətdən çıxış yolunu tapa bilmir. Əks halda, ermənilərin şantajı ilə üz- üzə qalırlar. Üstəgəl, burda gürcü hakimiyyəti baş qaldırmış Cavaxetiya xofunu dəf etmək üçün bunu güzəşt yolu kimi gördü. Başqa bir məsələ isə Ermənistan-Gürcüstan yolunun Rusiyanın da iştirakı ilə birgə istismara verilməsidir. Gürcülər ticari qazanclarına görə bu əxlaqsızlığa yol verdilər. Qaldı Azərbaycan tərəfinə. Biz ilk yaxşı polis kimi o addımı atdıq ki, qazın qiyməti bahalaşdı. Amma problem həllini tapmasa, sırada sanksiyalar ola bilər.

Və Azərbaycanın bircə ciddi addımi nəfəs aparatına qoşulmuş gürcü iqtisadiyyatını yanı üstə qoya bilər. Amma hadisələrin də o həddə qədər inkişafını proqnoz etmirəm. Təkcə yarım milyon etnik azərbaycanlı ən böyük təzyiq vasitəsi ola bilər. Gürcü hakimiyyəti tərəfindən azərbaycanlılar siyasi həyatdan kənarlaşdırılmış bir toplumdur. Təəssüf ki, milli azlıq kimi soydaşlarımız səslərini kifayət qədər eşitdirə bilməyiblər. Bu da öncəliklə siyasi passivlikdən irəli gəlir. Parlamentdə təmsil olunan azərbaycanlı deputatlar da məhz həmin toplumun nümayəndələridirlər. Bu baxımdan onlardan məsələ ilə bağlı xüsusi bir çıxış, aktivlik gözləmək yersiz olardı. Bu məsələnin yeganə çıxış yolu Azərbaycan tərəfin siyasi iradəsidir. Buradan hər hansı bir tələb edilsə, orada bu tələbi həyata keçirmək üçün siyasi qüvvə tapmaq mümkündür".

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Xəbər 401 dəfə oxunub






Oxşar xəbərlər

"Bakı-xəbər"in müxbiri Göygöl Məhkəməsində öz "ipi"nə dolaşdı
Moskvada azərbaycanlı güllələnərək qətlə yetirilib
Azərbaycanda milli sosial şəbəkə yaradıldı
Şəbnəmə ərindən 380 minlik hədiyyə EV
Soçidə üçtərəfli sammit: Putin, Ərdoğan və Ruhani
Bakıya yağış, rayonlara leysan yağacaq
ABŞ ərəb koalisiyasından çıxır
“Damlanın sevgilisi sabiq nazirin vəzifəli qohumudur”
Tələbələrin təqaüdləri artırıldı (SƏRƏNCAM)
Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib
Azərbaycanda korrupsiya daha çox tikinti sahəsindədir?
Söyün Sadıqovun həbsinin GİZLİNLƏRİ
ABŞ və Çin liderləri görüşüə bilər
“Sosial medianın gətirdiyi fəsadlar bizi narahat edir”
İsgəndər Həmidov Qarabağ komitəsindən NİYƏ istefa verdi?
Ən yüksək qazanclı basketbolçular onlardır
Avropa İttifaqı Səudiyyə Ərəbistanının terrorla mübarizəsindən narazıdır
Gürcüstanın Azərbaycana 7,8 milyon dollar borcu var
YAP-da QHT nümayəndələri ilə görüş keçirilib
Qarabağ mitinqinə icazə verilmədi - Sonrası
DTX-nin həbs etdiyi casus - hansı məqsədlə istifadə ediləcəkdi?
Türkiyədə "Xocalı Parkı" AÇILDI
Abel Məhərrəmov Almaniyaya aparıla bilər
Məşhur modeldən iddialı pozlar – Fotolar
Makedoniyanın adı dəyişdi - RƏSMİ
Belçikada tətilə görə bütün hava limanları bağlanıb
“Xaricdə oturum iznini qucaqda oturum izni zənn edənlər” - Deputat
"Dağlıq Qarabağ Azərbaycanın bir parçasıdır"
Azərbaycan Prezidenti mediaya xoş münasibətini ifadə edib
Əli Həsənov könüllülər hərəkatından yazdı
Söyün Sadıqov həbs olundu
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsi - TAM VİDEO
AB Aşqabada kredit vermədi-Xəzər üçün
QOROSKOP - 12 fevral
Tramp İranı fars dilində təndiq etdi
ÇAQQAL DƏRİSİ VƏ CANAVAR SƏSİ... (yuxulu hekayə)
Prezident kimlərə GENERAL rütbəsi verdi- FOTO
Koreyalı taksi sürücüsü özünə od vurdu
Milli Məclisin ən yaşlı deputatları - SİYAHI
Zahid Oruc STM-in sədri təyin edilib - SƏRƏNCAM
Gürcüstan azərbaycanlıları ayaqda - gözlər rəsmi Tiflisdə
KİVDF-yə ayrılan milyonlar və bağlanan qəzetlər… – Bəs 10 il ərzindəki 100 milyon hara getdi? (ARAŞDIRMA)
Azərbaycan səmasında NAMƏLUM OBYEKT – VİDEO
MAAŞ ARTIMI KİMLƏRƏ ŞAMİL EDİLƏCƏK?
Sumqayıtda 25 yaşlı gənc intihara cəhd edib
DTX maddi xarici xüsusi xidmət orqanlarına işləyən şəxsi həbs edib – FOTO
Gəncədəki "Çökək Hamam" "VEGO" Otelin cəngindən xilas olacaqmı ? - GİLEY
Tural Abbaslı: “Qarabağın adına layiq mitinq təşkil edəcəyik”
Sürücülərin nəzərinə! – Yeni qaydalar gəldi
Model çılpaq fotosunu paylaşdı – FOTOLAR
QOROSKOP – 11 fevral
Qurudulmuş xurmanın FAYDALARI
“Prezidentin bu sərəncamı inqilabi addımdır”
Azərbaycan cüdoçuları Parisdə 2 medal qazanıb
Həbib-Konor döyüşü Hamburqda təkrarlandı -VİDEO
ABŞ Hindistana 4 "Chinook" helikopterini təhvil verib
Əfqanıstan prezidenti "Taliban"a ofis verməyə hazırdır
Jurnalist Bəhruz Quliyevə və mühacir söyüşcüllərə səsləndi: "Təhqirlərinizi durdurun!"
İkram Rəhimov həbsdən şikayət yazdı - ŞOK İTTİHAMLAR + CAVAB
Vəkil: “Onları güllələmək lazımdır”
Əli Həsənov reaksiya verdi: "Jurnalistin müalicəsi nəzarət altındadır"
Qulu Məhərrəmli: "Azərbaycanda müstəqil və tənqidçi media sıradan çıxarılıb"
Mühacir jurnalist Müsavat başqanından istefa tələb edir - SENSASİON İDDİALAR
Natiq Qocamanın xanımı prezidentə müraciət edib
Ötən gün borclu kimi axtarışda olan 50 nəfər saxlanılıb
İki Əliyev və bir Azərbaycan! - Deputatın yazısı
Təhsil ekspertləri və iş adamı ADAU-da olub
Kapitalizm dünyasında hegemon kimdir - solçular, yoxsa sağçılar?
​Avropada türk düşmənçiliyi hardan qaynaqlanır?
Prezident Administrasiyasına ən çox şikayət edənlər - SİYAHI

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14082] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.00688] calend [0.00041] topnewsend [0.00318] rsssend [0.00000] ehgend [0.01965] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10954]