Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:30 - 23.10.2019  
Əli Həsənov XXII Avrasiya İqtisadi Zirvə toplantısında - FOTOLAR
Tarix: 7-02-2019, 09:52 | Bölmə: Xəbərlər » Siyasət

Fevralın 6-da İstanbul şəhərində XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb.

Əli Həsənov XXII Avrasiya İqtisadi Zirvə toplantısında - FOTOLARMərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan hər il olduğu kimi, geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz Şahbazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri daxildir.

Toplantıda 40-a yaxın ölkənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, sabiq prezidentlər, deputatlar, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edirlər. Builki tədbir "Gələcək üçün məsuliyyət” devizi altında keçirilir.

İki gün davam edəcək toplantıda texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular diqqət mərkəzindədir.

Tədbir Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib. Filmdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətlərinə dair kadrlar da yer alıb.

Zirvə toplantısının açılışında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.

Məktubda bildirilir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin ənənəvi olaraq hər il təşkil etdiyi belə toplantılar Avrasiya regionunun dayanıqlı inkişafına, dövlətlər və xalqlar arasında dostluq və etimad mühitinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan Respublikası Avrasiyada qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, hər bir ölkənin təbii və iqtisadi potensialının, kommunikasiya imkanlarının xalqlarımızın mənafeyi naminə məqsədyönlü şəkildə istifadə olunması siyasətinə sadiqdir. Biz daim bölgənin inkişafı üçün daha əlverişli zəmin yaradan mütərəqqi ideyaları, nəhəng enerji və nəqliyyat layihələrini dəstəkləyir, bu istiqamətdə region dövlətləri, o cümlədən qardaş Türkiyə Respublikası ilə birgə çalışırıq. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun, ötən il isə Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) istifadəyə verilməsi, eləcə də İzmirdə "STAR” neft emalı zavodunun açılması çoxşaxəli müştərək fəaliyyətimizin möhtəşəm nəticələrini əyani şəkildə nümayiş etdirir.

Qeyd edilir ki, Azərbaycan təhlükəsizlik, humanitar inkişaf, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə də bölgə dövlətləri ilə ikitərəfli və çoxtərəfli formatlarda yaxından əməkdaşlıq edir. Bununla belə, Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddiaları və işğalçılıq siyasətinə görə indiyədək həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi regionumuzun rifahı və əmin-amanlığına yönəlmiş səylərə çox ciddi təhdidlər törədir. Tamamilə aydındır ki, bu münaqişə beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həll edilmədən bölgənin davamlı inkişafı və təhlükəsizliyinin təmin olunması mümkün deyil.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver çıxışının əvvəlində ulu öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib. O deyib ki, Azərbaycan indiyə qədər keçirilən 22 zirvə toplantısının hamısında fəal şəkildə iştirak edib. Ölkəmizin bu Zirvə toplantılarının keçirilməsində həmişə təşkilatçı kimi iştirak etdiyini vurğulayan A.Suver buna görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə şəxsən təşəkkür edib. O vurğulayıb ki, Avrasiyada sülhü, təhlükəsizliyi, əməkdaşlığı, xüsusilə də enerji, nəqliyyat sahələrində əlaqələri Azərbaycan qədər dəstəkləyən ikinci dövlət, Azərbaycan Prezidenti qədər dəstəkləyən ikinci Prezident yoxdur.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım bu Zirvə toplantısının Avrasiya regionu daxil olmaqla bütün dünyada sülhə, təhlükəsizliyə, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlığa töhfə verdiyini söyləyib. O, sülhün, rifahın, təhlükəsizliyin bölgəmizin və bütövlükdə dünyamızın xoşbəxt gələcəyi üçün önəmli şərtlər olduğunu bildirib. Terrorun, müharibənin, ədalətsizliyin olmadığı bir dünyada yaşamaq üçün əməkdaşlığın vacibliyini qeyd edib.

Binəli Yıldırım deyib ki, biz Avrasiya ölkələri olaraq xalqlarımızın və dövlətlərimizin gələcəkdə davamlı inkişafını təmin etmək məqsədilə hər bir sahə üzrə əməkdaşlıq etmək məcburiyyətindəyik. İqtisadi baxımdan tarixi İpək Yolunun yenidən canlandırılmasının əhəmiyyətini vurğulayan TBMM-in sədri bu baxımdan Azərbaycanın, Türkiyənin və Gürcüstanın birgə həyata keçirdiyi layihələrin, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Türkiyə parlamentinin sədri gələcəkdə dünyada süni intellektin daha da inkişaf edəcəyini bildirib. O qeyd edib ki, hazırda mövcud olan sahələrin bir çoxu gələcəkdə aradan qalxacaq və onları rəqəmsal texnologiyalar əvəz edəcək. Buna görə də gələcək inkişafı təmin etmək üçün indidən rəqəmsal texnologiyalar sahəsinə investisiyaların yatırılması önəmlidir.

Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avrasiya İqtisadi Zirvəsinin fəaliyyətini uzun illərdir sülh və dialoqu təşviq edən uğurlu əməkdaşlıq formatlarından biri kimi qiymətləndirib. Bu sammitlərin qloballaşma dövründə yeni çağırışların müzakirə edildiyi bir platforma kimi Avrasiya regionunda əməkdaşlığın inkişafına töhfələr verdiyini qeyd edib. Bildirib ki, builki sammitin "Gələcək üçün məsuliyyət” devizi altında keçirilməsini zəruri edən amillər hər kəsdən Avrasiya məkanında təhlükəsizliyin, siyasi sabitliyin, inkişaf və tərəqqinin təmin olunması, mədəniyyətlərarası, dinlərarası dialoqun davamlılığı üçün məsuliyyət və əməkdaşlıq tələb edir.

Nazir dövlətlərarası münasibətlərdə və geosiyasi proseslərdə böyük rolu olan enerji amilinin hazırda texnologiyaların inkişafı ilə yeni bir məzmun qazandığını söyləyib. O, Azərbaycanın hər zaman enerji sektorunun inkişafı üçün mütərəqqi ideyaları və innovativ təşəbbüsləri dəstəkləyən siyasət həyata keçirdiyini və ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ən yeni texnologiyaların neft-qaz yataqlarının işlənilməsinə cəlb olunmasına imkan yaratdığını diqqətə çatdırıb. Nazir, həmçinin ölkəmizin neft-qaz potensialı və enerji resurslarının reallaşdırılmasında beynəlxalq enerji şirkətləri ilə birgə həyata keçirilən layihələr barədə məlumat verib.

Pərviz Şahbazov Azərbaycanın enerji sahəsindəki nailiyyətlərində ölkəmizin Türkiyə ilə birgə addımladığını vurğulayıb. "İki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsi sayəsində qaz mənbələri və marşrutlarının şaxələndirilməsi ideyası gerçəkləşir, TANAP-ın, bütövlükdə isə Cənub Qaz Dəhlizinin qlobal enerji təhlükəsizliyindəki bu strateji rolu ölkələrimizin nüfuzunu artırır, enerji sahəsində etibarlı tərəfdaşlar kimi dünyaya tanıdır. Birgə enerji layihələri hər iki ölkəni dünya üçün əhəmiyyətli enerji mərkəzinə çevirir və Avrasiyanın xəritəsini yenidən tərtib edir”, - deyə o bildirib.

Toplantıda, həmçinin Şimali Makedoniya Respublikasının Prezidenti George İvanov, Bosniya və Herseqovina Federasiyasının Prezidenti Marinko Cavara, Sloveniya Baş nazirinin müavini Alenka Bratuşek, Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Gülrü Qayumova, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Silap Velbeqov və başqaları çıxış ediblər.

Rəsmi açılışdan sonra "Rəqəmsal texnologiyaların inkişaf etdirilməsi və insanlığın gələcəyi”, "Su və miqrasiya”, "Qloballaşmanın yeni standartları, populizm, sağlam işbirliyi” mövzularında panel iclaslar keçirilib.

Zirvə toplantısı fevralın 7-də işini davam etdirəcək.

Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər, regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.

Əli Həsənov XXII Avrasiya İqtisadi Zirvə toplantısında - FOTOLAR
Əli Həsənov XXII Avrasiya İqtisadi Zirvə toplantısında - FOTOLAR
Əli Həsənov XXII Avrasiya İqtisadi Zirvə toplantısında - FOTOLAR
Əli Həsənov XXII Avrasiya İqtisadi Zirvə toplantısında - FOTOLAR

 

AzərTAC

Xəbər 1001 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Ramiz Mehdiyevə“Heydər Əliyev” ordenini təqdim edib
Əhmədzadə klanı ŞOKDA - "Meliorasiya ASC" ləğv edilir
ONLAR DA GETMƏLİDİR! Yaşı 70-dən yuxarı olan yüksək vəzifəli məmurlarımızın SİYAHISI
Azərbaycan Prezidenti: "Kadr islahatları labüddür, bu, qaçılmazdır"
Ramiz Mehdiyev vəzifəsindən alındı
Evini satanlar üçün vergilər yeni qaydada hesablanacaq
İqtisadiyyat Nazirliyinin tabeliyində 3 dövlət xidməti olacaq
Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi
Mikayıl Cabbarov İqtisadiyyat naziri oldu
Pentaqon rəhbəri İraqda elan olunmamış səfərdədir
İqtisadiyyat Nazirliyi yenidən təşkil olunsun - TƏKLİF
2020-ci il üçün KİVDF-yə 4 milyon manatdan artıq vəsait ayrılacaq
ADAU "Demokratik.Az"ın xəbərini təkzib edir
İnam Kərimov işçi axtarır - 151 vakansiya var
ADAU-nun Baytarlıq fakültəsindən kompüterlər oğurlandı - YENİLƏNİB - Polis araşdırma başlatdı
Bakı demokratlarının Trampa niyə rəğbəti yoxdur - özləri danışır
Gəncənin icra başçısı ADAU-nun tələbə və müəllimlərinə niyə zibil təmizlətdirir?
“Feminizmin Azərbaycana idxalı istisna deyil” - Deputat
Ərdoğan İranı xəyanətdə ittiham edib
Cavad Zərif Azərbaycana gəldi
Ordumuz 19 yaşlı əsgərini itirib
Serxio Ramos Çempionlar Liqasında rekord vurub
“Maşın”da dopinq qalmaqalı
Prezidentlə Şahin Mustafayevin söhbəti - MƏTN
Vilayət Eyvazov 45 polis leytenantını işə təyin etdi
Əli Həsənova REAL SUAL: "“Prezidentin 5-6 köməkçisi 10 milyon vətəndaşın dərdini necə dinləyəcək?”
Alo, mitinq sifariş vermisiniz?
Sabiqləşən Əli Həsənov bu vəzifələri icra edəcək
Tofiq Yaqublunun səhhəti necədir? AÇIQLAMA
Şahin Mustafayev Baş Nazirin müavini təyin olundu - Haqqında qısa DOSYE
Prezident yaşı 70-i keçənləri istefaya dəvət etdi!
Elmar Vəliyevi ölümdən xilas edən cangüdəni danışdı
Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr
Sürücülük vəsiqəsi barədə – Yeni qayda
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-ya gəlib
"AZƏRSU ASC"-yə qarşı şikayət davam edir - MƏKTUB
Qubada avtomobil oğrusu tutulub
Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25227] initstartout [0.00019] initstartin [0.00068] calstart [0.00922] calend [0.00051] topnewsend [0.00546] rsssend [0.00000] ehgend [0.00608] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.22948]