Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:08 - 22.04.2019  
“İqtidara ən böyük xəyanət içəridən gəlir…” BAXCP sədri
Tarix: 3-02-2019, 15:51 | Bölmə: Xəbərlər » Siyasət

Azərbaycan siyasətində mənəvi dəyərlərin sürətlə aşındığı, "əxlaqlı mübarizə” anlayışının, demək olar ki, aradan qalxdığı bir zamandan keçirik. Söyüş, təhqir, hətta fiziki hesablaşmalara çağırışlar günümüzün ən adi reallıqlarına çevrilib. Bəs, siyasətdə belə yaramaz bir mühitin formalaşması Azərbaycana nə vəd edir?

“İqtidara ən böyük xəyanət içəridən gəlir…” BAXCP sədri"AzPolitika.info”nun əməkdaşı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə bu mövzuda qısa söhbət edib.

- Qüdrət bəy, Azərbaycanda siyasətin eybəcərləşdirilməsi və siyasətçilərin gözdən salınması, siyasi rəqiblərin düşmənə çevrilməsi istiqamətində fəal iş aparılır. Bu, Sizi qorxutmurmu?

– Biz güclü ümumdünya erməni lobbisi və onların xristian həmrəyliyindən çıxış edən tərəfdarları, o cümlədən daxildə hakimiyyətə susamış feodal təfəkkürlü insanların məkrli pozuculuq fəaliyyəti ilə üz-üzəyik. Onların bizə qarşı düşmənçilik siyasətini həyata keçirmələri üçün çoxlu pulları var. Satqınları və gerizəkalı şizofrenikləri isə bütün xalqların sırasından çox da çətinlik çəkmədən tapmaq olar. Hazırda baş verənlər həm də ölkəmizdə mənəvi terror yolu ilə ləyaqətli insanları qorxutmaq, Prezidenti müdafiəsiz qoymaq cəhdidir… Söyüş söyənlər bilirlər ki, dediklərinin on qat artığı onlara qaytarılır, amma ləyaqətlərini satdıqlarından başqa yolları yaxdur.Tapşırıqları icra etməlidirlər. Onların əsas məqsədi mənəvi-siyasi böhran yaratmaqla, torpaqlarımızın işğal altında qalmasını təmin etmək, Prezidenti islahatları dərinləşdirməkdən, kadr islahatlarını davam etdirməkdən çəkindirmək, Azərbaycanda asılı bir feodal dövləti quraraq ölkəmizi uzun illər inkişafdan saxlayacaq birisini hakimiyyətə gətirməkdir. Ölkəmizi qorumaq üçün iqtidarlı-müxalifətli, hamılıqla düşmənlərimizin yeni müstəvidə açdıqları bu savaşa qarşı dayanmağı bacarmalıyıq. Söyüş söyənlərə məğlubiyyət ölkəmizə Qarabağın işğal altına düşməsindən daha çox zərər vura bilər. Çox təəssüf ki, iqtidardakı və müxalifətdəki ləyaqətli insanların mənəvi terrora qarşı dayandığı bir vaxtda iqtidara ən böyük zərbə və xəyanət onun içərisindən gəlir.

- Bu, çox ciddi ittihamdır. Nəyə əsaslanaraq belə ittiham irəli sürürsünüz – konkret ad, misal çəkə bilərsinizmi?

– Elə özümlə bağlı bir fakt söyləyim. Xatırlayırsınızsa Sizin sayta verdiyim açıqlamamda (Bura bax: DEPUTATDAN NAXÇIVANLA BAĞLI ŞOK AÇIQLAMA VƏ TƏKLİFLƏR) qeyd etmişdim ki, Naxçıvanın iqtisadiyyatının inkişaf etdirilməsinə ehtiyac var. Prezident də daim söyləyir ki, iqtisadiyyatımız inkişaf etdirilməlidir və əyalət rəhbərlərinin fəaliyyətinə həm də iqtisadiyyata özəl sərmayənin cəlb olunmasına görə qiymət veriləcəkdir. Prezidentin bu mövqeyinin nəticəsi kim artıq 34 rayon və şəhərin rəhbəri öz işini yeni tələblərə uyğun qurmağı bacardığından dövlət büdcəsindən dotasiya almır, bəziləri isə öz xərclərini tam ödəməklə yanaşı dövlət büdcəsinə milyonlarla vəsait də ödəyirlər. Öz xərclərini tam ödəyə bilməyən digər rayonlara isə cəmi 104 milyon manatdotasiya ayrılır. Naxçıvan MR iqtisadiyyatı isə yerli büdcənin gəlirlərinin cəmi 21,7%-ni təmin edir və dövlət büdcəsindən bütün digər rayonlardan 3 dəfədən çox – 300 milyon 360 min manat dotasiya alır. Bu rəqəmləri deputatlara hökumət təqdim edib. Mən də büdcənin müzakirəsi zamanı imkan olmadığından mətbuatda bu barədə danışmışdım. Mövcud vəziyyəti dəyişmək üçün Naxçıvanın sosial-iqtisadi inkişafına dair Xüsusi Dövlət Proqramının qəbul edilməsinin, Naxçıvanda Azad İqtisadi Zonanın, istehsal və emal müəssiələrinin yaradılması yolu ilə yeni iş yerlərinin açılmasının vacibliyini qeyd etmişdim.

Bundan sonra Naxçıvandan Azad Cabbarov adlı bir nazir və başqa bir vəzifəli şəxs, Prezident və iqtidar partiyası mənəvi terrorla məşğul olanları qınadığı halda, Prezident və ailəsi təhqir olunan zaman susan bu mənfur ünsürlər, sosial şəbəkədə Naxçıvanı təmsil edən deputat olmama baxmayaraq, məni Naxçıvanın "daxili işlərinə” qarışmaqda ittiham edərək siyasi fəaliyyətimə aidiyyatı olmayan yaxınlarımla birlikdə nalayiq formada təhqir etmişlər. Sözün bütün mənalarında böyüklərinə dediklərini mənə ünvanlamışlar. Prezidentin yürütdüyü siyasətə qarşı çıxan bu quduzlaşmış, xaricdən söyüş söyən gədələrdən heç nə ilə fərqlənməyənlər, əslində, ölkə rəhbərliyinə meydan oxuyurlar. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onlar cəzalanmalıdırlar. Vasif Talıbov vaxtı ilə türk vətəndaşı tərəfindən ən ağır formada təhqir olunub ittihamlara məruz qalanda Milli Məclisdə mən onun şərəf və ləyaqətinin müdafiəsinə qalxsam da, yazılı müraciət etməmə baxmayaraq, məni təhqir edənlər barədə heç bir tədbir görmədi, əksinə, həmin şəxsin təltif olunması barədə təqdimat verdi.

Ümid edirəm, bu açıqlamamdan sonra Azərbaycan rəhbərliyi deputatı təhqir edən, iqtidarda olub onun siyasətinə qarşı çıxan həmin şəxsləri cəzalandıracaq, kimsənin ona meydan oxumasına və mərkəzi hakimiyyətin Naxçıvana nəzarəti itirməsinə şübhələrin yaranmasına imkan verməyəcək, söyüş söyənləri qınamağa mənəvi haqqını qoruyub saxlayacaqdır.

Xəbər 1236 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycanlı kriminal avtoritet güllələnərək ÖLDÜRÜLDÜ
Suriyada PKK tərkibində yeni erməni terror qrupu yaradılır
Analitik material: Ukraynanın şoumen prezidenti
Araz Əlizadə: "Dallarına şalvar ala bilmirlər, amma it saxlayırlar"
Pərviz Şahbazov: "Neftin qiyməti qənaətbəxşdir"
Sabah Azərbaycanda intensiv yağış yağacaq
Prezident Şri-Lankalı həmkarına başsağlığı verib
İmişli Rayon İHB-yə yeni müavin təyin olunub
Azərbaycan-Türkiyə birgə hərbi təlim keçirəcək - VİDEO
AXH-nin parçalanması reallaşır - daha bir ayrılıq toplantısı...
Cəbhədə erməni təxribatları davam edir
“Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ
“Bolton planı” “Lavrov planı”na qarşı - Gərginlik
ABŞ-dan bəzi ölkələrə NOTA: "İran neftini almayın!"
Dünyada 263 milyon marixuana istifadəçisi var
Elinanın çantasına psixotrop tabletkanı KİM və niyə qoyub? – Xalidə Bayramovaya AĞIR suallar? + VİDEO
Vladimir Zelenski “exit poll”un nəticələrini şərh edib
Devrilmiş prezidentin evindən 115 milyon dollar pul çıxdı
Zelenski baş prokuroru vəzifəsindən uzaqlaşdıracaq
Eldar Namazov: “Bu, Azərbaycan üçün növbəti siyasi tələdir”
Paşinyan Azərbaycanı bu səbəbə görə müharibəyə çəkir
“Azərbaycanı boğa bilməyənlər...” – Deputatdan açıqlama
Cavid Qurbanova yeni səlahiyyət verildi
Cahangir Əsgərovun qızının milyonları üzə çıxdı
Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb
Zelenski Poroşenkonu yenəcəksə - cinayət işləri açılacaq
Kamal Kılıçdaroğluna Ankarada belə hücum etdilər - VİDEO
10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək
Azərbaycan XİN Şri-Lankada törədilən terror aktlarını pisləyib
Qarabağlı aviasiya marşalının ən böyük sirri... - FOTOLAR
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İkram Rəhimovun məhkəməsində “Hürriyyət”in adı niyə çəkilib? - ŞOK AÇIQLAMA
"Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiqlənib
Xaricdən avtomobil gətirən şəxslər əlavə ödənişlərə məcbur edilir /FAKTLAR
Generaldan proqnoz: "Rusiya parçalanacaq"
"Yasin Quliyevin ABŞ-da oxumasına dəstək olaq" – Qubad İbadoğlu
Baş nazir elektrik enerjisi ilə bağlı qərara dəyişiklik etdi
Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir
ABŞ-da hücum hazırlayan məktəbli qızlar saxlanılıb
Meksikada zavodda yanğın baş verib
"Bacısına dovşan şəkli göndərib"- qanlı hesablaşma
"Yuventus" ardıcıl 8-ci dəfə İtaliya çempionu olub
Xameneyini təhqir edən alimə 13 il həbs cəzası verildi
Əhmədzadələri və quda Rüstəmovu "erməni izi" də vurdu...
2-ci dünya savaşında jurnalist kimi çalışan agent qadın – Fotolar
Bakıda dəhşət – Dayı azyaşlı bacısı qızını zorladı
Nazir müavini Qubada vətəndaşları qəbul edib
Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR
AXH Qarabağ forumu keçirir
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Deputat
Ucqar rayonlara sulu qar və qar yağıb
ADAU-da 4 xarici dildə konfrans keçirilib
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir
Gürcüstan PA-nın rəhbəri istefa verib
Qadın sürücünü təhqir edən Zakir Fərəcovun əmisi oğludur (VİDEO)
Makron PKK/PYD terrorçularını Yelisey sarayında qəbul etdi
Vəhşi it körpəni beşikdən oğurladı - VİDEO
İmamoğlu Ərdoğanı hava limanında qarşıladı- VİDEO
Sənay Qəhrəmanlıya hücum edənə 15 sutka verildi
MKİ direktoru: “İran və Rusiyaya qarşı daha çox pul və vaxt ayırmışıq”
İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur…”
Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17747] initstartout [0.00015] initstartin [0.00066] calstart [0.00842] calend [0.00048] topnewsend [0.00397] rsssend [0.00000] ehgend [0.01850] tagsstart [0.00058] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14466]