Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:56 - 12.12.2019  
Böyük Qarabağ anlaşması, yoxsa böyük müharibə (?)
Tarix: 30-01-2019, 10:13 | Bölmə: Xəbərlər » Siyasət

Son ümidverici görüşlər hələ müharibə təhlükəsinin işğalçı ölkədən uzaqlaşması anlamına gəlmir; avropalı diplomat: "Ermənistan real müstəqillik istəyirsə, Azərbaycanla dil tapmalıdır...”

Böyük Qarabağ anlaşması, yoxsa böyük müharibə (?)2019-cu ilin başa çatmaqda olan ilk ayı Qarabağla bağlı siyasi və diplomatik aktivlik baxımından məhsuldar oldu. Bu ay həm Azərbaycan və Ermənistan rəhbərləri - İlham Əliyev və Nikol Paşinyan, həm də iki ölkənin XİN başçıları - Elmar Məmmədyarov səviyyəsində görüşlər oldu. Müzakirələr saatlarla çəkdi. Xalqları sülhə hazırlamağın vacibliyi bəyan edildi.

Xüsusən də iki ölkə rəhbəri arasında Davosda reallaşan və saat yarım çəkən 3-cü qeyri-formal görüş kifayət qədər rezonans doğurdu, diqqət çəkdi və təhlil edildi. Eyni zamanda işğalçı Ermənistanın bəzi radikal siyasi və ekspert çevrələrində təlaş yaratdı, Nikol Paşinyana qarşı ittihamlara səbəb oldu. 

Maraqlıdır ki, Davos Dünya İqtisadi Forumunun təşkilatçıları İlham Əliyevlə Nikol Paşinyanın 1,5 saatlıq qeyri-rəsmi görüşünü builki forumun başlıca hadisələri sırasına daxil ediblər. Bu barədə Dünya İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən məlumatda deyilir. Belə ki, 2019-cu ilin Davos Forumunda dünyaya təsir edən 33 mühüm hadisənin sadalandığı siyahıya Azərbaycan və Ermənistan liderlərinin görüşü də salınıb.

*****

Azərbaycanla Ermənistan rəsmiləri arasında artan yüksək səviyyəli təmaslar Qərb təhlilçiləri və diplomatlarının da diqqətindədir. Onlar nizamlama prosesin ümidverici ola biləcəyinə inanırlar. Bununla yanaşı, sülh prosesini irəli aparmağın müstəsna olaraq Ermənistanın yeni rəhbərliyindən asılı olduğunu da vurğulamağı unutmurlar.

Məsələn, Avropa Birliyinin önəmli üzv ölkələrindən olan Polşanın Ermənistandakı keçmiş səfiri Yeji Marek Novakovskihesab edir ki, Ermənistanın Azərbaycanla dil tapmaqdan başqa yolu yoxdur (Virtualaz.org). Diplomat ümid etdiyini bildirib ki, Azərbaycan və Ermənistan rəhbərlikləri arasında danışıqlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə impuls verəcək.

"Vacibdir ki, Paşinyan qarabağlı deyil və problemin həllinə yanaşması tam başqadır. Bundan əlavə, Ermənistanın indiki başçısında elektoral dəstək var - əhalinin 60-65 faizi onun siyasətinin tərəfdarıdır. Bu isə o deməkdir ki, onun istənilən cür siyasi manevr üçün imkanı var. Əgər əhali arasında dəstəyi olmayacaqsa, onu da bir vaxtlar Levon Ter-Petrosyanı olduğu kimi aradan götürəcəklər. Avropada artıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardırlar”, - keçmiş səfir deyib.

Diplomat bildirib ki, "Avropa Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu heç müzakirə də olunmur”, lakin bununla birlikdə o hesab edir ki, Dağlıq Qarabağın erməni əhalisi haqqında da düşünmək lazımdır, onun haqları qorunmalıdır. "Münaqişənin elə həll düsturunu tapmaq lazımdır ki, bir tərəfdən Azərbaycan ərazi bütövlüyünü qoruyub saxlasın, digər tərəfdən Dağlıq Qarabağın erməni əhalisinin hüquqları qorunsun. Bu çox çətindir və diplomat güman edir ki, buna görə də, tərəflər siyasi iradə nümayiş etdirməlidirlər”, - deyə o qeyd edib.

Sabiq səfirin sözlərinə görə, son zamanlar prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında keçirilən bir neçə görüş çox əhəmiyyətlidir: "Onlar vasitəçi olmadan, göz-gözə danışıblar. Ümid edirəm ki, onlar maraqlarının təmas nöqtələrini tapıblar. Əgər Nikol Paşinyan və onun hökuməti doğrudan da real müstəqillik istəyirlərsə, Azərbaycanla dil tapmaqdan başqa yolları yoxdur. Eyni zamanda Avropa və ABŞ bu münaqişənin həllində fəal olmalı, məhz onlar problemin həllinin qarantına çevrilməlidirlər. Təəssüf ki, hələlik bu istiqamətdə Qərbin fəal olduğunu demək olmaz. Hələlik yalnız Rusiya burada siyasi fəallıq göstərir, Avropa isə bu məsələyə münasibətini dəyişməlidir. Avropa yalnız öz problemləri ilə məşğul olan varlı yaşlı xalaya bənzəyir. O, hətta pul da verməyə hazırdır ki, təki rahatlığı pozulmasın. Lakin belə olmaz. Əgər Avropa özünü geosiyasi vahid hesab edirsə, fəal olmağa borcludur”.

*****

Əslində Dağlıq Qarabağ məsələsində Rusiyanın da fəallığı hiss olunmur. Hazırda İrəvan-Moskva münasibətləri özünün gərgin dönəmlərindən birini yaşayır və bu fonda konfliktinin həllində Kremlin hansı real addımlar atacağı hələlik bəlli deyil.

Doğrudur, bəzi rus politoloqlar bu günlərdə xeyli irəli gedərək tezliklə, hətta bu yaz Azərbaycan və Ermənistan arasında hansısa anlaşmanın əldə ediləcəyi, Ermənistanın bir neçə rayonu boşaldacağı haqda açıqlamalar veriblər. Lakin belə proqnozlar Azərbaycanda birmənalı qarşılanmır və daha çox, Rusiya prezidenti Vladimir Putinlə erməni baş nazir Paşinyanın münasibətlərindəki mövcud gərginliklə izah olunur, yəni Ermənistan rəhbərliyinə təzyiq cəhdi kimi qiymətləndirilir.

İstənilən halda, Ermənistanın daxili durumunu yaxşı bilən polşalı diplomatın dediyi kimi, əgər Ermənistan real müstəqillik istəyirsə, Azərbaycanla dil tapmaqdan başqa yolu yoxdur.

"Əgər Ermənistan anlasaydı ki, Azərbaycan ərazilərinin işğaldan azad olması ilə bütün region daha çox inkişaf edəcək, Qafqazda bütün strateji infrastruktur və enerji layihələri daha da funksional olardı. Ümid edirəm ki, Ermənistan da anlayacaq ki, bu problemin həlli bütün regionun inkişafı üçün faydalıdır”. Bu sözləri isə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Mətbuat katibi vurğulayıb ki, hər iki tərəf danışıqların formatının yalnız iki rəsmi tərəfdən ? Ermənistan və Azərbaycandan ibarət olması barədə razıdır. "Rəsmi Bakının mövqeyi bu məsələdə aydındır. Danışıqlar uzun illərdir davam edir, indi konkret nəticələrə nail olmaq lazımdır. Bakı münaqişənin həlli prinsiplərini həmişə aydın ifadə edib. Dağlıq Qarabağda qeyri-qanuni yolla yaradılmış qurum dünyanın heç bir dövləti, hətta Ermənistanın özü tərəfindən belə tanınmır. Azərbaycan yalnız onun ərazi bütövlüyünə hörmət edilməsini istəyir”, - o bildirib və qeyd edib ki, münaqişənin həlli yalnız Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazilərinin işğalına son qoyulması və regiona Azərbaycanın tərkibində yüksək muxtariyyət statusunun verilməsi ilə mümkündür. "İrəvanın hələ öz mövqeyinə tam aydınlıq gətirmədiyindən dərhal irəliləyişdən danışmaq tələskənlik olardı” - XİN sözçüsü əlavə edib.

*****

Bir sözlə, həmişəki kimi, "sülh, yoxsa müharibə” seçimi rəsmi İrəvanın, daha doğrusu, Ermənistanın yeni rəhbəri Nikol Paşinyanın əlindədir. O da aydındır ki, atəşkəs rejimi sonsuzadək davam etməyəcək. Dəfələrlə qeyd elədiyimiz kimi, onun sonu ya böyük sülh anlaşması olacaq, ya da böyük müharibə. Obrazlı desək, "nə qədər mamaça olsa da, güc doğana”, yəni Ermənistana düşəcək. Seçim İrəvanındır. 

Siyasət şöbəsi

Xəbər 1211 dəfə oxunub






Oxşar xəbərlər

12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat
Azərbaycanlı modeldən Dubayda seksual – FOTOSESSİYA
Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Ağ Ev: Trampa qarşı ittihamlar yalandır
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?
Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video
Putin prezident olmayacaq - Simonyan
Mənsimov Gülalıyevin oğlunun iddiasına cavab verdi
2018-ci ildə silah satan şirkətlər 420 milyard dollar qazanc əldə ediblər
Lavrov Vaşinqtonda Trampla görüşəcək
Naxçıvan parlamenti də buraxıldı: Ali Məclisə seçkilər keçiriləcək - SƏRƏNCAM
“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”
Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?
“Sevilya” səfərdə heç-heçə oynayıb
Müxalifət olmaq niyə çətinləşib?
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Ağcabədidə ŞOK OLAY
Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.44450] initstartout [0.00027] initstartin [0.00142] calstart [0.01702] calend [0.00099] topnewsend [0.00923] rsssend [0.00000] ehgend [0.01282] tagsstart [0.00085] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.40184]