Demokratik TV
Xəbər lenti
İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ
- 29 yan 2019, 23:36
Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı məmurlara xəbərdarlıq edib.
Ölkə başçısı son 15 ildə görülən işlərdən danışarkən, hələ də bəzi çatışmazlıqların olduğunu diqqətə çatdırıb: "Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır”.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prezident İlham Əliyev konfransda iştirak edir - Yenilənib
Prezidentdən xəbərdarlıq!
Əhəd Abıyevin halı niyə pisləşdi?
Əhəd Abıyev prezidentin tövsiyəsinə əməl etdi
“Çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar"
İcra Başçısı Prezidentin müşavirəsində yatıb - FOTOFAKT
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti