Demokratik TV
"Rədd olsun müxalifət DİKTATURASI!" - Osman Nərimanoğlu
Azərbaycanda yeni siyasi "canlanma" müxalifət düşərgəsində rəqabət və liderlik balansını pozub. 25 ildən artıqdır eyni şüarları kütləyə hayqıran qocalmış müxalifətin "valideyin" bəyləri düşüncə dayazlıqları ilə labirintə giriblər. Ən sağalmaz dərdləri isə, xalqı artıq boş xülyalarla, şirin yalanlarla aldada bilməmələridir. Yamanca "bəladı" - "qara bəla"...
İllərin mitinqləri isə "Məhsul"da bir tək nəticə hasil edə bilib. Futbol meydançasında artıq ot da bitmir...
Hazırki həssas situasiyada hər bir vətəndaş ayıq-sayıq olmalıdır.
Son aylarda müşahidə etdiyimiz hərəkətlənmə də göstərir ki, xalqın iqtidarla yanaşı, klassik müxalifətə münasibəti xeyli dəyişib. Zaman özü iqtidardan xoşmüjdəli islahatlar tələb edir...
Bəs, Avropaya doğru sürüşən müxalifət demokratiyasının aktivliyi özlərinə qarşı hansı situasiyanı yaradır?
Hakimiyyətdən demokratiya tələb edən, seçki yolu ilə iqtidarın dəyişməsini arzulayan müxaliflər də dilemma qarşısında qalıblar. Günün nəbzi bu suala cavab istəyir - niyə 25 ildir Əli Kərimlinin, Qüdrət Həsənquliyevin, Mirmahmud Mirəlioğlunun, İqbal Ağazadənin, Sərdar Cəlaloğlunun, İsgəndər Həmidovun və digərlərinin partiya sədrliyinə tamaşa etməlidirlər? Xalq bu vəziyyətdən bezdi, bunlar özləri bəs, nə əcəb bezmədilər?
Uzun illər müxalif partiyalara başçılıq etmənin özü xalqa siyasi diqtə deyilmi? Bu, bilavasitə adıçəkilən kəsimin aşıladığı müxalifət diktaturasıdır..
Müxalif liderlər demokratik seçkidən danışırsa, ilk əvvəl istəklərini öz partiyalarında sınasalar yaxşı olmazdımı? Çünki, YAP liderindən fərqli, onlar qamarladıqları, yapışıb qaldıqları kürsülərinə ümumxalq səsverməsilə seçilməyiblər. Heç onları qurultayları da şəffafca seçməyib. Özləri sanki özlərini seçib. Özü də dəfələrcə...
Əgər, müxalifət düşərgəsində kimsə özünü demokrat partiya sədri - ana lider sayırsa, 25 illik qeyri-legitim sədrliklərindən kişi kimi imtina edib, partiyadaxili şəffaf seçkilər keçirsinlər. Əgər, özlərinə varis namizəd adayları irəli sürə biləcəklərsə, bunu etsinlər. Əksi, qıcolma, ya da rusca desək, politik "samovnuşşeniya"-dır...
Sivil seçkilər yolu ilə partiyasının və özünün adından danışmaq haqqı qazanmayanlar XALQIN adından danışmasalar daha demokratik olmazdımı ?!
RƏDD OLSUN MÜXALİFƏT DİKTATURASI"..
YOX OLSUN SİYASİ RADİKALİZM!..
DAĞILSIN, GENİ MODİFİKASİYA OLUNMUŞ BAYAĞI MİTİNQLƏRİN ZƏRƏRLİ "MƏHSUL"U!...
BİR DƏ;
"Bizim yolumuz yaxındır,
Sizin yolunuz uzaqda...
Biz, iqtidar olanlarıq!
İqtidara varmasaq da,
Müxalifət olmasaq da...

Hörmətlə: - qananlar üçün
Osman Nərimanoğlu