Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:48 - 15.11.2019  
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
Tarix: 19-01-2019, 11:41 | Bölmə: Xəbərlər » Siyasət

İlham Əliyev yanvarın 16-da İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerini iqamətgahında qəbul etdi. Prezident Azərbaycan-İran ikitərəfli münasibətlərinin son illər ərzində bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirdi.

Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..Həqiqətən İran-Azərbaycan əlaqələri indiki qədər intensiv olmamışdı. Məsələn, son illər ərzində prezidentlər səviyyəsində 10-dan çox görüş keçirilib. Bu il ərzində Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşü də nəzərdə tutulub. Budəfəki görüş yeri Moskvadır.

Azərbaycan parlamentinin sədri Oqtay Əsədov da Məhəmməd Baqeri ilə görüşdü. Oqtay Əsədov iranlı qonaqla görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafından danışdı. Oqtay Əsədov özü də bu yaxınlarda Tehranda səfərdə olmuş və prezident Həsən Ruhani tərəfindən qəbul edilmişdi. Xatırlatmaq lazımdır ki, İran prezidentləri Tehranda nadir hallarda xarici ölkələrin parlament sədrləri və ya nazirləri ilə görüşürlər. Ancaq İran prezidenti Azərbaycan üçün istisna etdi. Digər tərəfdən Azərbaycan rəsmilərinin Tehrana səfərlərinin proqramının hazırlanmasında İranın Azərbaycandakı səfiri, əslən azərbaycanlı Cavad Cahangirzadə fəal iştirak edir. Cavad Cahangirzadə səfir olmasına baxmayaraq, İranın yüksək vəzifəli şəxsləri, o cümlədən İran parlamentinin sədri Əli Larincani ilə sıx əlaqələri var və o bu əlaqələrdən istifadə edərək iki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirməyə çalışır.

İran ordusunun baş qərargah rəisi Məhəmməd Baqeri Bakıda maraqlı açıqlama verdi. Məhəmməd Baqeri bildirdi ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir: "İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir. İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”.

İran rəsmilər əvvəllər də bir neçə dəfə Azərbaycan torpaqlarının işğal altında olduğunu vurğulamışdılar. Ancaq Məhəmməd Baqeri bu dəfə Qarabağla bağlı açıqlamanı elə dedi ki, sanki Tehran Qarabağ məsələsində Azərbaycana dəstəyi artırmağa hazırdır. Digər tərəfdən, İran ordusunun baş qərargah rəisi Qarabağla bağlı açıqlamanı xüsusi vurğulamaq üçün Bakıda televiziya jurnalistləri (içərilərində İranın televiziya kanallarının əməkdaşları da çox idi) üçün qısa birifinq keçirdi. Yəni sanki Məhəmməd Baqeri istəyirdi ki, onun Qarabağla bağlı açıqlamasını hamı eşitsin.

Məhəmməd Baqerinin Azərbaycana dəstək açıqlaması nə ilə əlaqələlidir?

Birincisi, Məhəmməd Baqeri əslən azərbaycanlıdır, Təbrizdə doğulub. İran hakimiyyətində və dini dairələrində azərbaycanlıların sayı az deyil. Əlbəttə, bu azərbaycanlıların bir qismi İranın milli və təhlükəsizlik maraqlarından çıxış edirlər. Ancaq hətta həmin azərbaycanlılar görürlər ki, İranda heç də hər şey qaydasında deyil və onların bir qismi azərbaycanlıların təbii maraqlarına simpatiya ilə yanaşırlar. Həmin azərbaycanlıların bir qismi İranın Ermənistanla əlaqələrinə də xoş baxmaya bilərlər. Mümkündür ki, Məhəmməd Baqeri bir azərbaycanlı olaraq Dağlıq Qarabağ məsələsində Azərbaycana qətiyyətli dəstəyi Bakıda vurğulamağı lazım bilib. Baqeri Bakıdakı açıqlamasını İran prezidenti və ya ali dini lideri ilə razılaşdırmaya da bilərdi. Baqerinin açıqlaması öz liderlərinə mesaj əhəmiyyəti də daşıya bilərdi, yəni Tehran Ermənistanla münasibətlərdə Azərbaycan torpaqlarının işğalı amilini unutmamalıdır.

İkincisi, Məhəmməd Baqerinin açıqlaması Tehranın düşünülmüş siyasəti də ola bilər. Moskva kimi Tehran da Ermənistanın yeni baş naziri Nikol Paşinyanın xarici siyasətindən narazı ola bilər. Ermənistan hakimiyyətindəki "Qarabağ klanı” 20 il həm Moskvanı, həm də Tehranı qane edirdi. Çünki, "Qarabağ klanı” Moskva ilə Tehranın oyun qaydalarını qəbul etmişdi. Paşinyan "Qarabağ klanının” cızdığı oyun qaydalarını qəbul etmir. Ona görə də Tehran Paşinyana ehtiyatla yanaşır. Mümkündür ki, Tehran Azərbaycana dəstəyini bir qədər artırmaqla Paşinyana təzyiq etmiş olur. Bu halda Məhəmməd Baqerininin açıqlaması Tehranın Paşinyana təzyiq vasitəsinin tərkib hissəsidir.

İran ordusunun baş qərargah rəisinin Azərbaycana səfərinin başqa bir səbəbi də ola bilər. Ümumiyyətlə son bir il ərzində İrandan Azərbaycana gələn yüksək rütbəli hərbçilərin sayı artıb. Görünür, Tehran bu yolla əmin olmaq istəyir ki, Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarında yer almayacaq. Rəsmi Bakı hər dəfə deyir ki, Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarında yer almayacaq, üçüncü dövlətlərin əlində alət olmayacaq və s. Ancaq bu açıqlamalar heç də həmişə İran rəsmilərini və hərbçilərini rahatlatmır. Ona görə də onlar hər dəfə Bakıya gəlir və eyni açıqlamaları Azərbaycan rəsmilərinin dillərindən eşitmək istəyirlər. Məhəmməd Baqeri də bunun qarşılığında Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verdiklərini söylədi. Ancaq Azərbaycan üçün bu azdır. Azərbaycanın Tehrandan gözləntisi budur ki, İran Qarabağ məsələsində Türkiyə kimi mövqe tutsun, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla diplomatik əlaqələri kəssin, sərhəddi qapatsın. İran belə bir addım atarsa bu Nikol Paşinyanın Qarabağ siyasətini ciddi korrektəyə məcbur edə bilər.

"Atlas” Araşdırmalar Mərkəzi

Xəbər 1159 dəfə oxunub






Oxşar xəbərlər

“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27131] initstartout [0.00019] initstartin [0.00069] calstart [0.00916] calend [0.00053] topnewsend [0.00566] rsssend [0.00000] ehgend [0.01833] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23606]