Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:29 - 20.11.2019  
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
Tarix: 16-01-2019, 08:59 | Bölmə: Xəbərlər » Siyasət

Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia

 

 

Ermənistan hökumətinin yeni başçısının Qarabağ klanını zərərsizləşdirmək istəyinin pərdəarxası; Tofiq Zülfüqarov: "Ermənilərin milli ideyası bizə qarşı olmaq və əraziləri ilhaq etməkdir...”

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana qarşı da 8 dinc nümayişçinin öldürüldüyü 2008-ci il 1 hadisələri ilə bağlı ittiham irəli sürülüb. Onun Ermənistanı tərk etməməsi haqda qərar çıxarılıb. Xatırladaq ki, həmin ildə Seyran Ohanyan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini tutub.

Bundan qabaq isə Qarabağ klanının digər üzvü - o vaxtkı prezident, Xocalı hərbi canisi Robert Köçəryan həbsə salınıb. Eyni zamanda digər Xocalı canisi, eks-prezident Serj Sərkisyanın başının üstündə qara buludlar dolaşmaqdadır.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan "son zamanlar Qarabağda ermənilərin fəallığını başa düşmürəm. Onlar niyə fəallaşıblar və niyə Ermənistanda keçirilən seçkilərə müdaxilə etmək istəyirlər? Mən Bako Saakyanı öz ətrafındakıları nizam-intizama öyrətməyə səsləyirəm”, - deyə xəbərdarlıq etmişdi. Ardınca Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən separatçı rejimin milli təhlükəsizlik xidmətinin direktoru Arşavir Karamyan və onun müavini Qarik Sarkisyan, həmçinin polis xidmətinin rəisi Kamo Ağacanyan tutduqları vəzifədən istefa verdilər. Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin "prezidenti” Bako Saakyanın mətbuat katibi David Babayanı da hədəfə almışdı.

Bəs Paşinyanın dövründə əslən Qarabağdan olan rəqiblərin hədəfə alınması, onların həbsi və təqibinin arxasında hansı səbəblər dayanır? Yoxsa o, Qarabağla bağlı güzəştli addımlara hazırlaşır və bu addımlara mane olan Qarabağ klanını zərərsizləşdirir? Yəni Paşinyana Qarabağı boşaltmağa qarabağlılarmı imkan vermir?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Qarabağ klanına qarşı aparılan prosesə Rusiya-Ermənistan münasibətlərindəki gərginləşmənin davamını da əlavə edərdi: "Artıq Ermənistandakı Rusiya qoşunlarına aid ictimai rəy sərtləşir. İki gün bundan əvvəl Gümrü bazasının çıxarılması tələbi ilə növbəti aksiya keçirildi. Yəni burada mən Qarabağla yox, geopolitik dəyişikliklərlə əlaqələr görürəm. Ermənistanda həyata keçirilən həbslərin və digər baş verənlərin danışıqlara, yaxud güzəştlərə hazırlıq məqsədi daşıdığına inanmıram. Əsas məqsəd geopolitik dəyişikliklərlə bağlıdır. Mən deməzdim ki, Paşinyanın Qarabağla bağlı mövqeyi Köçəryan, Sərkisyan ya digərləri ilə ciddi şəkildə fərqlənir. Sadəcə olaraq, onlar istəyirlər ki, Rusiyadan asılılığı imkan dairəsində azaltsınlar və Qərblə əlaqələri gücləndirsinlər. Yəni Paşinyanın Rusiya səfəri, optimist ruhda gedişi, ”mən gedib qaz problemini həll edəcəyəm" deməsi və nəticəsiz qayıtması ona bir növ ciddi şəkildə işarə idi ki, sən çox da özündən razı olma, bura sənin meydanın deyil. Dediyim kimi, bu hadisələrin əsas mahiyyəti geopolitik dəyişikliklərdir. İlk növbədə bu və ya digər səbəblərdən Rusiyanın Ermənistandan getməsi, digər tərəfdən, Ermənistanın Qərbin himayəsinə keçməsi paralel gedən siyasi istiqamətdir".

Qarabağ mövzusuna gəldikdə, T.Zülfüqarov deyir ki, biz gərək bu iki istiqaməti əsas götürüb Qarabağa dair duruma o istiqamətlərə nəzərən qiymət verək: "Çünki Qarabağ məsələsi əsas meyar deyil. Əgər Paşinyana hansısa mərhələdə Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələri lazım olsa, bəlkə də demək olardı ki, o, buna gedəcək. Amma onun buna ehtiyacı yoxdur. Ermənilərin milli ideyası bizə qarşı olmaq və əraziləri ilhaq etməkdir. Bunu ya Rusiyanın köməyi ilə reallaşdırmağa çalışacaqlar, ya da yeni bir strategiya seçib Qərblə öz siyasətlərini davam etdirəcəklər. Mənim baxışım belədir”.

Sabiq nazir istisna etmir ki, Qarabağ klanına qarşı sərt siyasət bu klan üzvlərinin Rusiya ilə yaxın əlaqələri, yaxud Moskvaya bağlılığından qaynaqlanır: "Rusiya ilə bağlılıq bir amildir. İkinci amil ondan ibarətdir ki, Ermənistan kiçik ölkədir, burada gəlir gətirən bir-iki yer var, onları da çoxdan Qarabağ klanı mənimsəyib. Burada biz iqtisadi maraqları da nəzərə almalıyıq. Yəni Paşinyanın yanında onun siyasi elitası gəlib və onlar düşünürlər ki, bəs biz bu inqilabı nəyə görə etmişik? Ümumiyyətlə, inqilabdakı məqsədlərdən biri mülkiyyətin təzədən bölüşdürülməsi, ya da köhnə mülkiyyət sahiblərindən alınaraq təzələrə verilməsidir, ayrı məntiq yoxdur. Gec-tez səslənən şüarların axırında mülkiyyət götürülür, fransız inqilabını, ya başqalarını götürün, eyni hal baş verib”.

Belə qənaətə gəlmək olarmı ki, Paşinyan rəqiblərinə qarşı savaşın sonunda öz hakimiyyətini möhkəmləndirmək istəyir, sadəcə, Qarabağ mövzusundan sui-istifadə edir?

T.Zülfüqarov: "Hakimiyyətin gücləndirilməsi də mülkiyyətlə əlaqədardır. Kimdə mülkiyyət varsa, onlardan alıb özünə, ya tərəfdarlarına paylayırsa, onda hakimiyyəti əldə edəcək. Başa düşürük, onu seçiblər, baş nazir ediblər. Qarabağdan başqa, Ermənistanın öz ərazisində nə qədər mülklər var, onlara sahib çıxmaq lazımdır. Yəni hakimiyyəti davamlı etmək üçün bu addımları atacaq. Gəlir gətirən sahələr, mülkiyyətlər ki, var, onları götürməsə, hakimiyyətini uzun müddət əlində saxlaya bilməyəcək”.

Sabiq nazir N.Paşinyanın Qarabağla bağlı ümidverici mövqe sərgilmədiyini də vurğuladı: "Paşinyan Qarabağ məsələsinin həlli ilə bağlı çox da həvəsli deyil və ümidlər də yaratmır. Baxın, nə ümidlər yaradıb? Bəlkə hansısa bəyanatlar verib ki, gec və ya tez Azərbaycanla dil tapmalıyıq, biz qonşuyuq? Belə ümidlər yaratmaq üçün populist, demaqoji bəyanatlar verəcəkdi, belə bəyanatlar da eşitməmişik. Bir dənə arvadı deyib ki, analara müraciət edirəm və s. Yəni Paşinyanın bu istiqamətdə də fəaliyyətini müşahidə etmirik. Qarabağ mövzusu onu maraqlandırmır. Bu məsələ onu bir halda maraqlandırır ki, Dağlıq Qarabağın təhlükəsizliyi təmin ediləcək, yoxsa yox, vəssalam! Hətta Serj Sərkisyanı Qarabağı satmaq istədiyinə görə ittiham edirdi. Həmçinin Robert Köçəryanı başqa istiqamətə görə ittiham edir. Yəni burada Qarabağ söhbəti əsas məqsəd deyil. Ermənistan istəyir ki, Qarabağ da onun işğalında qalsın, Rusiya onun təhlükəsizliyini təmin etsin, İrəvan isə Qərblə əməkdaşlıq etsin. Bu, mümkün olan məsələ deyil. Bunlar bir-birinə zidd siyasi və geopolitik məfhumlardır”.

T.Zülfüqarov əmindir ki, Paşinyanın Qərbdən dəstəyi olmasaydı, Qarabağ klanına qarşı ilk gündən sərt addımlar atmazdı: "Hamı başa düşür ki, bunlar siyasi baxımdan qorxulu insanlardır. İqtisadi baxımdan da imkanları genişdir. Yəni bunları aradan götürmədən geopolitik dəyişikliklər asan deyil. Bəs nəyə görə Moskva etiraz edir, deyir ki, ”bu adamları burax"? Amma Moskvanın burada çox təkid etməsini də görmürəm. İrad tuturlar, amma təkid etmirlər. Təbrik edirlər, amma təkid etmirlər. Burada da imitasiya prosesi gedir ki, "biz bununla razı deyilik”. Paşinyana şans verilir ki, nə qədər imkanı var, səhvləri buraxsın. Günün birində ruslar deyəcəklər "görürsünüz, bizi satdılar, filan şey elədilər, biz onlara qardaş kimi baxırdıq, amma onlar...”"

Zülfüqarov Qarabağ klanının revanşını gözləmir: "Revanş gözlənilsəydi, Moskva Sərkisyan hakimiyyətinin belə asanlıqla yola salınmasına razı olmazdı. Sadəcə, Moskva Ermənistana aid marağını itirib və Qərblə - bilmirəm Qərblə koordinasiya olunmuş, ya olunmamış - bir siyasəti həyata keçirir”.

Belə bir situasiyada Azərbaycanın tutmalı olduğu mövqe barədə isə eks-nazir maraqlı fikirlər söylədi: "Mən indiki taktikanı belə adlandırardım: gəlin təzə erməni rəhbərliyinə mane olmayaq, onlar nə qədər imkanları var, səhvlər etsinlər. Hansısa məqamda hamıya aydın olacaq və bəlli olacaq ki, zərbə vurmağın vaxtıdır”.  

Xəbər 1387 dəfə oxunub






Oxşar xəbərlər

İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32224] initstartout [0.00019] initstartin [0.00068] calstart [0.00915] calend [0.00051] topnewsend [0.00441] rsssend [0.00000] ehgend [0.00628] tagsstart [0.00062] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30036]