Prezident Qarabağdan danışdı: - "Azərbaycan xalqı və dövləti işğalla barışmayacaq"

  • 11 yan 2019, 17:13

"Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq".

"Demokratik.Az"ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugün - yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.

Azərbaycanın ən mühüm problemindən - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti bu bədnam işğalla heç vaxt barışmayacaq.

Prezident İlham Əliyev onu da qeyd edib ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur...

Demokratik.Az

Oxşar xəbərlər