Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:53 - 19.06.2019  
“Timsah” ləqəbli prezidenti Bakıya gətirən SƏBƏBLƏR
Tarix: 11-01-2019, 10:46 | Bölmə: Xəbərlər » Siyasət

Asim Mollazadə: "Bu ölkələr Azərbaycanın BMT-də qeyri-daimi üzv seçilməsinə dəstək verib”; Qabil Hüseynli: "Zimbabve prezidentinin səfəri göstərir ki, ölkə dünyaya açılmaq istəyir”

“Timsah” ləqəbli prezidenti Bakıya gətirən SƏBƏBLƏRZimbabve prezidenti Emmerson Mnanqaqva Azərbaycana səfər planlaşdırır. Bu barədə prezidentin mətbuat katibi Corc Çaramba məlumat verib. E.Mnanqaqva həmçinin Rusiya, Belarus və Qazaxıstana səfər edəcək, eləcə də Davosda keçiriləcək iqtisadi foruma qatılacaq.

"Azərbaycan və Qazaxıstan zəngin karbohidrogen ehtiyatına malik, sürətli inkişaf edən ölkələrdir. Bundan başqa, energetika və turizm baxımından maraqlı ölkələrdir”, - C.Çaramba bildirib.

Zimbabve Azərbaycanla tütün sənayesi və tikinti sahəsində əməkdaşlığa ümid edir. Maraqlıdır ki, Robert Muqabe bu Afrika dövlətinin 40 il prezidenti olub. Qərb KİV-ləri onun haqqında yazırdılar ki, insan əti yeyir. Zimbabve diktatura şəraitində idarə edilən dövlət elan edilmişdi. Daha sonra bəyan olunmuşdu ki, bu ölkədə insan hüquqları pozulur. 2003-cü ildə isə Zimbabve sanksiyalara məruz qaldı. ABŞ Avropadakı müttəfiqləri ilə bu sanksiyaları razılaşdırmışdı. Nəhayət, 2017-ci ildə "adamyeyən” diktator Muqabe barəsində parlament impiçment qərarı qəbul etdi. İstefaya gedən Muqabenin ardınca Emmerson Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılması Zimbabvedə siyasi böhran yaratdı, ordu vəziyyətə müdaxilə etdi. Nəticədə R.Muqabe ev həbsinə məhkum olunmuşdu. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılmışdı. Zimbabvenin hakim partiyası xüsusi iclas keçirərək 93 yaşlı prezidentini sədr postundan kənarlaşdırıb, yeni sədr Emmerson Mnanqaqvanı seçdi.

Mnanqaqva 1980, 2000 və 2008-ci ildə prezident seçkiləri vaxtı opponentləri zorakılıqla əzməkdə, müxaliflərin qətlində, orduya əmr verməkdə ittiham olunurdu. Son Zimbabve olaylarında isə Çinin rolunun olduğu söylənir.

İqtidara gələn kimi yeni prezident xalqa iş və demokratiya söz vermişdi, hətta Muqabenin devrilməsində xidmətlərinə görə orduya təşəkkürünü bildirmişdi. Halbuki o, Muqabenin ən vacib adamlarından biri idi və ədalət naziri işlədiyi dövrdə "Timsah” ləqəbi ilə tanınırdı.

O, radio verilişlərin birində ləqəbi barədə bu sözləri işlətmişdi: "Bir timsah ovlanmamaq üçün sudan çıxmaz və hücum etmək üçün təmkinlə uyğun zamanı gözləyər”.

"Adamyeyən” Muqabeni əvəzləyən "Timsah” Mnanqaqvanın Bakıya səfəri ilə Azərbaycan-Zimbabve arasında hansı münasibətlər qurulacağı maraq doğurur.

Deputat Asim Mollazadə "Yeni Müsavat”a bildirdi ki, Azərbaycan xarici siyasətində tərəfdaşlığı genişləndirməyə yönəlik iş aparır: "Ona görə Latın Amerikası və Afrika ölkələri ilə əməkdaşlıq qurulur, bu əlaqələrin coğrafiyası genişləndirilir. İlk növbədə isə bu ölkələr Azərbaycanın BMT-də qeyri-daimi üzv seçilməyinə dəstək verib. Bu baxımdan Azərbaycanın problemlərini beynəlxalq təşkilatlarda qaldırarkən dəstək qazanmışıq”.

A.Mollazadə hesab edir ki, Azərbaycan əlaqələri daha da gücləndirməli, beynəlxalq ictimaiyyətin dəstəyini qazanmalıdır: "Ona görə bu məsələlərdə siyasi amillər prioritetdir, iqtisadi əlaqələr isə bu münasibətlərin qarşılıqlı nəticələridir”.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə isə müasir dövrün səciyyəvi xüsusiyyəti dünya bazarları uğrunda mübarizədir: "İnkişaf etmiş və etməkdə olan ölkələr yeni bazarlar axtarırlar, ikitərəfli əlaqələr qurmaqda maraqlıdırlar. Dünyanın əksər ölkələri müasir dövrdə yeni inkişaf etməkdə olan ölkələrlə daha ciddi surətdə maraqlanırlar. Bu bazarlarda istehsal etdikləri məhsulları realizə eləmək, ucuz işçi qüvvəsindən istifadə etmək həmin ölkələr üçün həm iqtisadi cəhətdən, həm siyasi baxımdan sərfəlidir”.

Politoloqun fikrincə, bu baxımdan Azərbaycanın daha geniş coğrafiyaya nüfuz etmə istəyi təqdirəlayiqdir: "Biz sürətlə inkişaf edən ölkəyik. İstər Latın Amerikası, istərsə Afrika qitəsi ilə əlaqələr qurmaqdan faydalana bilərik. Eyni zamanda iqtisadi təsir dairəsinin genişləndirilməsi bir qayda olaraq siyasi dividentlərin əldə olunması ilə müşahidə olunur. Bizim bu qitələrin bir sıra dövlətləri ilə çeşidli əlaqələrimizin inkişaf edirilməsi Azərbaycanı dünyada tanıtmaqla yanaşı, beynəlxalq təşkilatlarda, BMT-dəki nüfuzuna təsir göstərir. Məsələn, BMT Təhlükəsizlik Şurasının keçici üzvü seçilərkən lehimizə verilən 122 səsin içində adını çəkdiyimiz qitədəki dövlətlərin payı olub. Onu da qeyd edək ki, postsovet məkanında biz BMT TŞ-nin qeyri-daimi üzvü olan ilk ölkəyik”.

Ekspert Zimbabveyə gəlincə qeyd etdi ki, Muqabedən sonrakı prezident ölkədə sosial ədalətin gerçəkləşməsi və dövlətin imici üçün müəyyən addımlar atmağa çalışır: "Bu da BMT tərəfindən təqdirlə qarşılanır. Zimbabve prezidentinin səfəri göstərir ki, dünyaya açılmaq istəyir, ölkəni dəyişmək istəyir. Ona görə Rusiya, Qazaxıstan, Azərbaycana səfəri, Davos forumunda iştirakı pozitiv enerjili siyasi iradənin nümayiş etdirilməsi kimi səciyyələndirilə bilər. Azərbaycana da ilk dəfə gəlir və əlaqələrin inkişaf etdirilməsi əhəmiyyətlidir. Ümid etmək olar ki, Cənubi Afrika Respublikası nümunəsini götürsək, Afrika ölkələri ilə əlaqələrin şaxələnməsi mühüm rol oynayacaq”.

Xəbər 999 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.19065] initstartout [0.00016] initstartin [0.00063] calstart [0.00886] calend [0.00046] topnewsend [0.00368] rsssend [0.00000] ehgend [0.01777] tagsstart [0.00056] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15851]