Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:49 - 23.08.2019  
Bəlkə ili həm də “Qarabağ ili” elan edək?..
Tarix: 2-01-2019, 11:31 | Bölmə: Xəbərlər » Siyasət

Dağlıq Qarabağ probleminin həllində daha qəti və kəsərli üsullara müraciət etmək, problemə yanaşmada hərbi faktorlara üstünlük vermək kimi çağırışlar heç də birmənalı qarşılanmır – hətta bunda da şübhəli motivlər axtaran, təxribat izi duyanlar tapılır.

Bəlkə ili həm də “Qarabağ ili” elan edək?..Əlbəttə, müasir dünyada qərar qəbul etmək özü bir elmdir, hər bir ssenari üçün nəinki mümkün risklər, hətta fors-major situasiyalar belə ciddi şəkildə qiymətləndirilir və götür-qoy edilir.

Bu mənada Qarabağla bağlı qəbul edilmiş qərarlar da istisna deyil. Uzağa niyə gedək, ötən il ilk böyük hərbi təlimlərə start verilən zaman korrupsioner və səhlənkar məmurlar bizi elə gülünc vəziyyətə qoydu ki, pərtlikdən hələ də çıxa bilməmişik – bəli, Mingəçevir İES-dəki qəza nəticəsində ölkə bir neçə gün tamam iflic oldu...

Amma biz saatlarımızı korrupsioner və səhlənkar məmurların tempinə uyğun qura bilmərik, əks təqdirdə əbədilik gülünc vəziyyət qalarıq. Odur ki, insanlar təklif verməkdə, xüsusən də Dağlıq Qarabağ problemində on illərin ətalətindən çıxmağa, problemi daha kəsərli və təsirli üsullarla həll etməyə çağırmaqda davam edirlər.

Şəxsən biz bir vətəndaş olaraq bu çağırışlarda hansısa bəd niyyət görmürük, əksinə düşünürük ki, illərlə "Biz güclüyük, ordumuz hər bir vəzifəni yerinə yetirməyə qadirdir!” deyib durmaqla da problem çözülmür, bunun da bir sonu olmalıdır və biz sözdə yox, təcrübədə əmin olmalıyıq ki, elə həqiqətən də belədir.

Əlbəttə, indi Ermənistada fərqli bir situasiya yaranıb. Diqqət edin, demirik ki, yaxşı və ya pis, əlverişli və ya əlverişsiz situasiya yaranıb, hələ yalnız bunu deyirik ki, bu fərqli bir vəziyyətdir və "kartlar” yalnız təzəcə qədəm qoyduğumuz ildə açılacaq. Bu mənada heç sözsüz ki, yeni situasiyaya adekvat qərar vermək üçün bir az onun aydınlaşmasını, necə deyər, durulmasını gözləmək lazımdır.

Azərbaycanın siyasətindəki bəzi elementlərdən duyulur ki, Bakı Ermənistanın yeni hakimiyyətilə əməkdaşlığa və dialoqa hazırdır. Bəli, Ermənistanla sərhədin bir hissəsinin sərhəd qoşunlarına təhvil verilməsi, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyindəki dəyişikliklər və sözsüz ki, icmanın erməni icması ilə danışıqlara hazır olması haqdakı çağırışlar müəyyən mənada buna işarə sayıla bilər.

Amma heç şübhəsiz ki, perspektivdə çox şey Ermənistanın yeni hakimiyyətindən və xüsusən də N.Paşinyandan asılı olacaq.

Bir daha deyirik ki, otuz ildir ki, davam edən üç kompnentli (Rusiya, Ermənistan və Azərbaycan) münaqişənin arxitekturasında müəyyən dəyişiklikər duyulur, dəyişməyən və yaxud da dəyişməyi vəd etməyən yalnız Rusiyadır. Elə bu yaxınlarda bu ölkənin XİN-nin sözçüsünün bir daha "Rusiya Minsk Qrupunun həmsədri kimi ondan asılı olan hər şeyi edəcək” deməsi əslində Kremlin ikiüzlüyünün ən bariz nümunəsidir- ona görə ki, uşağa da bəllidi ki, problemin həlli bilavasitə Moskvadan asılıdı.

Amma burada da bir detal var. Hələki Kremllə yeni Ermənistan hakimiyyəti arasında anlaşma alınmır və ümumiyyətlə, onun alınacağı heç də ehtimallı görünmür: yaxın günlərdə Moskvaya səfərdən qayıdan N.Paşinyanın "Ondan danışmadıq, bundan danışmadıq!” kimi "açıqlama”ların dinləyəndə adamda ixtiyarsız olaraq bir sual yaranırdı: "Siz, ümumiyyətlə, nədənsə danışdınızmı?” Üstəlik, görüşdən dərhal sonra V.Putinin eks-prezident R.Koçaryanı Milad və Yeni il bayramları münasibətilə təbrik etməsi bir daha göstərir ki, Moskva hansısa yeni bir ssenari üzərində işləyir. Amma hansı? Təəssüf ki, bununla bağlı yalnız və yalnız təxminlər mövcuddur.

Aydın məsələdir ki, əgər İrəvan Moskvanın nəzarətindən çıxmağa başlayarsa o halda Kreml də Dağlıq Qarabağı Ermənistanın nəzarətindən çıxarmağa çalışacaq. Di gəl ki, bunu elə edəcəkdir ki, nəticədə bölgəyə özünün nəzarətini itirməsin.

Məsələn, hətta Belarus prezidentinin də bu yaxınlardakı açıqlamalarından belə məlum oldu ki, kənar beş rayonun Azərbaycana qaytarılması belə müəyyən şərt daxilində - Qarabağda rus və ya rus-belarus "sülhməramlı”larının yerləşdirilməsi şərtilə düşünülürdü. Əslində belə olmalıdır; Stalin vaxtilə rus imperiyasına təkcə nüvə silahı və raketlər bəxş etmədi, onun üçün həm də elə xəritə cızdı ki, bu xəritənin köməyilə imperiya nəinki öz daxilində, hətta kənar ətraflardakı vəziyyəti hələ uzun müddət idarə edə və tənzimləyə biləcək.

Odur ki, biz də heç olmasa, problemə yanaşmamızdakı infantilizmə, xəyalpərvərliyə və sadəlövhlüyə son deməliyik: Dağlıq Qarabağ heç bir halda hədiyyə edilməyəcək, Dağlıq Qarabağ geri yalnız alına bilər. Odur ki, xəyallar aləmindən qopub bunun yollarını aramağa çalışmalıyıq.

Bir daha deyirik ki, hələki məchulluq yalnız Ermənistan tərəfdədir, amma onların da məramı uzağı təzəcə qədəm qoyduğumuz ildə tamam aşkar oluncaqdır. Əgər Paşinyanla Putin arasında anlaşma alınmsa, o halda Kreml "yaşıl işıq” yandıracaq, amma müəyyən şərtlər daxilində.

Hətta ola bilsin ki, şərtlərin içində daha qabarıq bir şəkildə azad edilmiş beş rayonun əvəzində bölgədə rus "sülhməramlı”larının yerləşdirilməsi tələbi daha önə keçsin, hərçənd, KTMT-na və Avrasiya Birliyinə üzvlük də Kreml üçün önəmsiz deyildir.

Qeyd etmək lazımdır ki, bunu digər MDB ölkələri də, xüsusən də Mərkəzi Asiya ölkələri çox istəyirlər, çünki bu da onların özlərini sığortalamaq yollarından biridir – ilk baxışda mübahisəli görünə bilər, amma Azərbaycanın həmin ölkələrə ciddi qiyabi təsiri var, özü də təkcə geosiyasi mənada (Z.Bjezinski Azərbaycana Mərkəzi Asiyanı Qərblə birləşdirən ən ciddi həlqə kimi baxırdı), həm də daxili siyasi atmosfer və daxili siyasi seçim mənasında...

Xəbər 1404 dəfə oxunub






Oxşar xəbərlər

Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14230] initstartout [0.00014] initstartin [0.00082] calstart [0.01015] calend [0.00062] topnewsend [0.00377] rsssend [0.00000] ehgend [0.02843] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.09766]