Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:27 - 25.08.2019  
Vidadi İsgəndərliyə qarşı petisiya başlandı - Məqsəd
Tarix: 29-12-2018, 09:52 | Bölmə: Xəbərlər » Siyasət

Sənan Nəcəfov: "Petisiyanın məqsədi cəmiyyətin belə bir insana yox demək bacarığını göstərməkdir”

Vidadi İsgəndərliyə qarşı petisiya başlandı - MəqsədSosial şəbəkələrdə Fransada məskunlaşmış mühacir Vidadi İsgəndərliyə qarşı petisiya başladılıb.

Buna səbəb V.İsgəndərlinin sosial şəbəkələrdə təhqiramiz videolar yaymasıdır.

Petisiyada məqsəd Fransa hökumətindən onun barəsində müvafiq ölçülərin götürülməsini tələb etməkdir. Azərbaycan ictimaiyyəti adından Fransız dilində hazırlanan kampaniya Fransanın aidiyyətı dövlət qurumlarına ünvanlanıb.

Petisiyanın mətnində qeyd olunur ki, dövlət bir millətin hüquqi ifadə formasıdır və millətin hər bir üzvü dövlətin simvollarına və qanunlarına hörmətlə yanaşmalıdır: "Bir ölkənin ərazisində şiddət, terrorizm və anti-konstitusion hərəkətlərin təşviqi üçün çağırışlar etmək beynəlxalq hüquq normalarının və demokratiyanın tələblərinə ziddir. Bu xüsusda, Fransada siyasi sığınacaq almış Vidadi İsgəndərli adlı bir şəxsin Azərbaycanın dövlət qurumları və simvollarını təhqir etməsi qəti olaraq yolverilməz haldır.

V.İsgəndərli Azərbaycanda olarkən heç bir siyasi fəaliyyətlə məşğul olmayıb. Bu baxımdan, onun "siyasi qaçqın” hesab edilməsi yanlışdır. O, özünə aid sosial şəbəkə hesablarından video yayımlar edərək Azərbaycanda sabitliyi pozmağa hesablanmış nifrət dolu çağırışlar edir. Bu, Azərbaycan xalqına və dövlətinə qarşı açıq bir təxribatdır.

Fransa dövlətini ölkəmizə qarşı açıq şəkildə terrorizim və şiddət çağırışları edən bu şəxslə bağlı hüquqi zəmində ölçü götürməyə çağırırıq".

"Yeni Müsavat”a  danışan  qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov bildirib ki, petisiyanı başladanlar gənclərdir: "Bu petisiya başladılan zaman qarşıya bir neçə məqsəd qoyulub. Fransa prezidenti Makrona və eləcə də güc strukturları və digər qurumlar olmaqla 9 nəfərə müraciət ünvanlanıb. Sadəcə olaraq bir məsələni nəzərə almaq lazımdır ki, bu petisiya sadəcə olaraq bir nəfərə cəza tədbirinin görülməsi ilə bağlı deyil. Burada bir neçə səbəb var. İnsanlarda elə təsəvvür yaranmasın ki, sadəcə olaraq bir qrup gənc hansısa prezidentə müraciət edib ki, siz mütləq bu insanı həbs edib, cəzalandırın. Xeyr, heç də belə deyil. Fransa demokratik dövlətdir və onlara hər hansı bir qərarın verilməsində təsir etmək mümkün deyil. Sadəcə olaraq deyərdim ki, gözünü yumub, ağzını açan bir insanın nəyəsə arxayın olub, qulağımızın eşitmək istəmədiyi sözləri işlətməsinə "dur" demək lazımdır. Xatırlayıram ki, 2018-ci ilin may ayında o, Azərbaycan xalqını da təhqir etdi. Həmin tədbirlərdə iştirak etməyən, onlara qoşulmayan insanlara savadsız, kütbeyin, qoyun kimi təhqirlər işlətdi. Petisiyanın məqsədi, cəmiyyətin belə bir insana yox demək bacarığını göstərməkdir . Göstərilir ki, biz heç də sakit qalmırıq. İkinci bir tərəfdən isə belə şəxslərə qarşı onların özləri kimi deyil, sivil mübarizə metodunu göstərir. Yəni göstərilir ki, siz söyüş söyürsünüz və mədəniyyətiniz də elə buna imkan verir. Biz isə daha sivil formada etiraz etməyi bacarırıq. Söyüş söyməyin. Əgər mübarizəniz varsa, bunu normal qaydada aparın".

S.Nəcəfov bildirib ki, müxalif mövqeli insanlar var ki, onlar öz etirazlarını normal qaydada bildirirlər: "Etirazlarını sakit, sivil formada bildirənlər də var. Onlar sosial şəbəkələrdə çıxış da edirlər. Aydın məsələdir ki, digər bu kimi insanlar isə qırmızı xətti keçiblər. Burada müxtəlif variantlar ola bilər. Tutaq ki, söhbət erməni lobbisindən gedə bilər. Onların maliyyə, siyasi dəstəkləri ilə ortaya düşmüş insanlar var. Sovet vaxtında bir oyuncaq vardı ki, onun ipini çəkdikdə ortaya düşüb, tez-tez hərəkət edirdi. İndi də adını çəkmək istəmədiyim insan buna oxşayır. Sanki onun da ipi çəkilib və ortaya atılıb. Bu prosesi dayandırmaq lazımdır. Sosial şəbəkələr ictimai bir yerdir. Şəhərin mərkəzi, məsələn, deyək ki, Nizami küçəsi neçədirsə, sosial şəbəkə də elədir. Yəni hər iki yerdə insanlar var. Sadəcə olaraq birində insanlar real formada, digərində isə virtual formada iştirak edirlər. Sən tərbiyəni göstərə bilərsən. Ancaq nəzərə almaq lazımdır ki, orada başqa insanlar da var. Söhbət ondan getmir ki, dövlət xadimlərinə qarşı təhqirlər səsləndirilir. Məsələ budur ki, yaranmış mənzərə milli-mənəvi dəyərlərə qarşı hərəkətdir. Petisiyanı başladanlar artıq 2 sutkaya yaxındır ki, böyük səslər toplayıblar. İnsanlara heç bir təbliğat aparılmır. Ancaq onlar bu petisiyaya qoşulurlar. Buradan da görünür ki, artıq cəmiyyət onların iyrənc yanaşmasına qarşıdır. İndiyə qədər kimsə səsini çıxarmırdı. Nədənsə, hər kəs abır-həya edirdi. Artıq platforma var və insanlar buna qoşulub və proses çox sürətlə gedir. Maksimum dərəcədə çalışacağam ki, daha çox təbliğ edim. İnsanlar da nəyin, necə olduğunu ortaya qoyub, fikirlərini bildirsinlər”.

Petisiyada aktiv iştirakçı olan Ceyhun Əhmədli isə bildirib ki, məqsəd Azərbaycan dövlətçiliyinin maraqlarını müdafiə etməkdir:

"Terrorizmi təşviq edən şəxs Avropada əlini-qolunu sallayaraq gəzə bilməz. Ümid edirik ki, Azərbaycan xalqının hissləri ilə oynayan bu anti-milli məxluq cəzasız qalmayacaq. Fransız dilində hazırladığımız müraciət də Fransa prezidentinə, Fransa senatına, Fransa polisinə və bu ölkənin digər müvafiq qurumlarına ünvanlanıb. Vətənini, xalqını sevən hər kəsi imzatoplama kampaniyamızda iştirak etməyə səsləyirik. İştirak etmək çox sadə prosedura sahibdir. Petisiyanın linkinə daxil olub müvafiq qaydada ad, soyad və e-mail adresinizi yazıb imzalamalı, daha sonra isə həmin email adresinizə daxil olub imzanı təsdiqləməlisiniz. Bununla da kampaniyada iştirak etmiş olursunuz”.

Xəbər 1318 dəfə oxunub






Oxşar xəbərlər

AZAL-ın sabiq prezidenti: “Təyyarənin vurulma ehtimalı var”
Adnan Oktar türmədə də “dinc dayanmır” - şantaj, təhdid, təhrik...
Rasim Balayev: “Paşinyanın ağızını, burnunu vurub əzmək lazımdır!”
Təhsil nazirindən yeni – TƏYİNAT
Qarabağ danışıqlarında sükut nə vaxt pozulacaq?
Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti - Fabrik, otel, zavod... (FOTOLAR)
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
Qabil Hüseynli danışdı - "mənə hücum edənlər..."
Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11948] initstartout [0.00015] initstartin [0.00075] calstart [0.00803] calend [0.00050] topnewsend [0.00325] rsssend [0.00000] ehgend [0.00622] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10005]