Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:49 - 15.11.2019  
POLİTOLOQ AÇIQLADI: "MÜXALİFƏTİN BİR HİSSƏSİ ONA GÖRƏ RADİKALLAŞIR Kİ.." -
Tarix: 27-12-2018, 09:52 | Bölmə: Xəbərlər » Siyasət

Elxan Şahinoğlu: "İnsanlarla ünsiyyət qurmaq lazımdır, müxalifətin bir hissəsi həm də ona görə radikallaşır ki, sistemdən kənardadır”

POLİTOLOQ AÇIQLADI: "MÜXALİFƏTİN BİR HİSSƏSİ ONA GÖRƏ RADİKALLAŞIR Kİ.." -Azərbaycan siyasi səhnəsində son illərdə bir neçə yeni siyasi təşkilatlar yaranıb. Məsələn, NİDA Vətəndaş Hərəkatı adlı təşkilat yaranmışdı. Bir müddət populyar olsa da xüsusi ciddi uğurlara nail ola bilmədi. REAL Hərəkatı xeyli vaxtdır yaranıb və bu yaxınlarda siyasi partiyaya çevrilib. Hələ ki, REAL-ın da ənənəvi siyasi partiyalardan fərqli hansısa bir dəyişikliklərə gətirən fəaliyyəti gözə dəyməyib.

Bəs Azərbaycanda son illərdə yeni yaradılan siyasi təşkilatların onlardan gözləntiləri doğrulda bilməmələrində hansı səbəblər rol oynayır?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a bildirdi ki, Azərbaycan cəmiyyətinin və xalqın siyasi proseslərə yaxından qoşulmaq istəyinin olmaması yeni yaradılan təşkilatların da fəaliyyətinin istənilən səviyyəyə çata bilməməsinə təsir edən səbəblərdəndir: "NİDA və REAL müxtəlif vaxtlarda müxtəlif təşəbbüslərlə çıxış ediblər. Elə indinin özündə də nəsə etməyə çalışırlar. Məsələn, REAL Bakı merinin seçki vasitəsilə müəyyənləşdirilməsi üçün imza toplayır. Yeni yaranan təşkilatları qınamaq olmur. Çətindir. Azərbaycanda siyasi və ictimai fəaliyyətin obyektiv və subyektiv çətinlikləri var. Bugünlərdə bir sira müxalifət partiyaları da bir araya gəlmişdilər. Həmin toplantıda keçmiş baş nazir Pənah Hüseynin çıxışı diqqətimi cəlb etdi. Söylədi ki, müxalifət partiyalarının vahid blok yaratması heç nəyi həll etmir, keçmişdə belə bloklaşmalar olub və hamısı qısa müddətdə dağılıb. Pənah Hüseynin sözlərinə görə, önəmli olan vətəndaşların müxalifət partiyalarına diqqətlərinin artmasını təmin etməkdir. Razıyam. Partiyanın fəaliyyəti daha çox tərəfdar toplamaqdan ibarətdir. Yəni insanlarla ünsiyyət qurmaq lazımdır. Ancaq insanlarda siyasətə maraq olmadığı vəziyyətdə əlbəttə ki, çətinliklər meydana gəlir”.

POLİTOLOQ AÇIQLADI: "MÜXALİFƏTİN BİR HİSSƏSİ ONA GÖRƏ RADİKALLAŞIR Kİ.." -

 

 

 

 

 

 

 

Politoloq qeyd etdi ki, Azərbaycanda dialoq mühitinin formalaşdırılmasına ehtiyac var. Bir-birimizi dinləmək bacarığımız olmalıdır: "Bu dövlət hamımızındır. 2020-ci ildə parlament seçkiləri olacaq. Müxalifətin bir hissəsi həm də ona görə radikallaşır ki, sistemdən kənardadır. Məsələn, həmin REAL, NİDA va Müsavat Partiyası nümayəndələrinin parlamentdə təmsilçilik hüququ qazanması hakimiyyətin də xeyrinə olar. Bu mənada bələdiyyələrin də statusunun artırılması yerində olardı. Bu zaman bələdiyyə seçkilərinə maraq artar, müxalifətin bir hissəsi də bu prosesdə iştirak edərdi. Yəni bələdiyyə sistemi müxalifətin idarəetmənin hansısa formasında iştirakına imkan yaradar. Məsələn, Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan və hakim AKP 15 ildir bütün seçkilərdə qələbə çalırlar, ölkəni idarə edirlər. Ancaq Türkiyədə güclü bələdiyyələr də var ki, bir sıra regionlarda bələdiyyə başçıları müxalifət partiyalarının təmsilçiləridir və bölgəni, o cümlədən şəhərləri inkişaf etdirmək üçün çalışırlar. Bununla Türkiyə dövlətinin idarəetməsinə töhfələrini verirlər. Məsələn, yeni yaradılan siyasi təşkilatlardan da bələdiyyələrə seçilənlər olsa onlar bələdiyyələr vasitəsilə Azərbaycanın hansısa rayonunun problemlərinin həllində iştirak etsə, bunun nəyi pisdir ki? Misal üçün, REAL üzvü Natiq Cəfərli güclü iqtisadçıdır. Natiq Cəfərlinin hansısa rayonun bələdiyyə başçısı kimi fəaliyyəti həmin rayonun iqtisadi və sosial problemlərinin həllinə töhfə verər və ümumi işin xeyrinə olar. Yəni hakimiyyətlə müxalifətin mübarizəsini sivil formaya keçirməyə ehtiyac var. Bir-birini qəbul etməmək dövlətimizin xeyrinə deyil. Siyasi təşkilatlara, o cümlədən yeni yaradılanlara öz imkanlarını nümayiş etdirmək üçün meydan vermək dövlətin də xeyrinə olar. O zaman həm də bəlli olacaq ki, kimin resursu haraya qədərdir”.

Xəbər 1345 dəfə oxunub






Oxşar xəbərlər

“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25385] initstartout [0.00019] initstartin [0.00068] calstart [0.00886] calend [0.00051] topnewsend [0.00428] rsssend [0.00000] ehgend [0.00602] tagsstart [0.00069] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23257]