Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:11 - 21.09.2019  
Əsirlərdən biri azad edilə bilər - Bəs Dilqəm və Şahbaz?
Tarix: 7-12-2018, 10:48 | Bölmə: Xəbərlər » Siyasət

Ermənilər əsirlərdən birini dəyişməyə hazır olduqlarını açıqladılar, lakin...

Əsirlərdən biri azad edilə bilər - Bəs Dilqəm və Şahbaz?Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı qondarma işğalçı rejimin "xarici işlər nazirliyi” Şuşa türməsində qanunsuz həbsdə saxlanılan azərbaycanlı girovlardan Elnur Hüseynzadəni Azərbaycanda həbsdə saxlanan erməni diversantlarla dəyişməyi müzakirə etməyə hazır olduqlarını bildirib.

Bu barədə Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Məlumata görə, söhbət 2017-ci ilin fevralında Tərtər rayonunun Talış kəndi istiqamətində erməni hərbçilər tərəfindən əsir götürülmüş 1995-ci il təvəllüdlü Bərdə rayon sakini Elnur Hüseynzadədən gedir. Qondarma separatçı-terrorçu rejimin "sözçüsü” Artak Nersisyan bildirib ki, Kəlbəcər girovları Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsindən söhbət gedə bilməsə də, Elnur Hüseynzadənin heç bir cinayət törətmədiyini əsas götürərək onun azadlığa buraxılması mümkündür.

Əsirlərdən biri azad edilə bilər - Bəs Dilqəm və Şahbaz?

İşğalçı rejim Elnur Hüseynzadənin qaytarılmağı qarşılığında Azərbaycanda həbsdə olan 3 Ermənistan vətəndaşından "sağlamlıq problemləri olan” ikisinin azad olunmasını da şərt qoyub.

Bu barədə fikirlər Ermənistan mediasında da yayılıb.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycanlı əsir və girovlarla bağlı məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bildirdi ki, qarşı tərəf öz ata-baba yurdlarını və doğmalarının məzarlarını ziyarət edərkən Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş və qeyri-qanuni məhkəmənin "hökmü” ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevi hər vəchlə "cinayətkar”, Azərbaycanın beynəlxalq hüquqla tanınmış dövlət sərhədini pozaraq təxribat əməlləri törətmiş Ermənistan hərbçilərini isə mülki şəxs kimi təqdim edir: "Bu, beynəlxalq hüquq normalarına, xüsusən də Cenevrə konvensiyalarına və onun əlavə protokollarına hörmətsizliyin ifadəsi olmaqla yanaşı, eyni zamanda beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırmaq cəhdidir. İndi də ermənilər təxribat törətmək məqsədilə Azərbaycan ərazisinə göndərilmiş və burada saxlanılmış Ermənistan hərbçisinin ailəsinin hakimiyyətdən onun azad edilməsi tələbinə cavab olaraq, eyni zamanda daxili ictimai rəyi sakitləşdirmək məqsədilə Elnur Hüseynzadəni azad etməyə hazır olduqlarını və Azərbaycan tərəfinin humanist addım atacağını gözlədiklərini bildirirlər. Əslində bu təklif 15 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində saxlanılmış Ermənistan Respublikasının kəşfiyyat-diversiya qrupunun üzvü Karen Kazaryanın azad edilməsinə hesablanmışdır. Necə olur ki, heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmamış separatçı rejimin ”yetkililəri" Ermənistan Respublikasının vətəndaşlarının azad edilməsi ilə bağlı fikirlər səsləndirirlər. Bu, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın dediyi kimi, Ermənistanın daxili işlərinə qarışmaq deyilmi?! Dağlıq Qarabağdakı qanunsuz rejim bununla həm də özünü tərəf kimi sırımağa, qəbul etdirməyə çalışır. Saxlanılan şəxslərin dəyişdirilməsi müzakirə olunacaqsa Ermənistanla müzakirə oluna bilər, Dağlıq Qarabağdakı qanunsuz rejimlə deyil".

Əhməd Şahidovun sözlərinə görə, əgər humanist addımın atılması zəruridirsə, bu, saxlanılan əsir və girovların hamısını əhatə etməlidir. Başqa sözlə, əsir-girovlar "hamının-hamıya” prinsipi ilə azad edilməlidir: "Məlumdur ki, Azərbaycanın səlahiyyətli dövlət qurumu bu təklifi irəli sürən tərəf kimi mövqeyini dəyişməyəcəyini artıq bəyan edib. Biz də Azərbaycanın rəsmi mövqeyini dəstəkləyir və bu məsələdə ölkəmizin ictimai rəyinin nəzərə alınacağına əmin olduğumuzu bir daha ifadə edirik. Həmçinin razılaşmanın əldə edilməsi üçün danışıqlar həmişə olduğu kimi, beynəlxalq təşkilatların vasitəçiliyi ilə yalnız Ermənistanın aidiyyəti dövlət qurumları ilə davam etdirilməlidir”.

Qeyd edək ki, erməni əhali Azərbaycanın əsirlərin "hamının-hamıya” prinsipi ilə dəyişdirilməsi təklifini əsirlərin dəyişdirilməsi fürsəti kimi qiymətləndirərək, hökumətə təzyiq etməkdədir. Artıq baş nazir əvəzi Nikol Paşinyan qeyri-standart vəziyyətlə üzləşib.

Azərbaycanın əsirlərin "hamının hamıya” prinsipi ilə dəyişdirilməsi təklifinə Rusiyadan da reaksiya verilib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 22-də keçirdiyi brifinqdə deyib ki, Rusiya Ermənistanla əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təşəbbüsünü təqdir edir, lakin bunun reallaşması üçün müəyyən işlər görülməlidir: "Anlaşmalar razılığı və bu razılığa nail olunması istiqamətində işləri nəzərdə tutur. Ona görə də bu cür təşəbbüslər çox yaxşıdır, amma onların razılaşmaya çevrilməsi üçün işlər görülməlidir”.

Ekspertlər hesab edir ki, Rusiyanın Ermənistana təsir imkanlərı genişdir, Moskva istəsə bu məsələnin tezliklə müsbət həllinə nail olunar.

İstisna deyil ki, parlament seçkilərindən sonra Nikol Paşinyan əsirlər məsələsində mövqeyində dəyişiklik edə bilər.

Əsirlərdən biri azad edilə bilər - Bəs Dilqəm və Şahbaz?Kəlbəcərli girov Dilgəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da yaxın gələcəkdə atasının və Şahbaz Quliyevin Ermənistandan geri alınacağına inanır: "Ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mən əminəm ki, atam Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni girovluğundan azad ediləcəklər. Ailəmizin ümidi hələ də var ki, onlar geri qaytarılacaqlar. Bu yaxınlarda mətbuatdan oxudum ki, Paşinyan girovların dəyişdirilməsindən imtina edib. Atamgilin Kəlbəcərə getməkdə tək məqsədləri öz doğmalarının qəbirlərini ziyarət etmək olub. Mənim atam kəşfiyyatçı və diversant olmayıb, sadəcə, mülki adam olub və anasının məzarını ziyarət etmək üçün doğma kəndinə getmişdi. Əvəzində onlar 4 il 5 aydır ki, qanunsuz olaraq girov saxlanılırlar və vəhşicəsinə işgəncələrə məruz qalırlar. Paşinyan öz açıqlamasında bildirir ki, guya onlar cinayətkardılar, ora gələrək hansısa qanunsuz əməllər törədiblər. Lakin atamgil öz doğma torpaqlarında cinayət törətməyiblər. Doğmalarının məzarını ziyarətə getmək cinayət deyil. Ermənistan hökuməti, Paşinyan atamgili cinayətdə günahlandırır, özlərinin etdiklərini isə gizlədirlər. Həsən Həsənovu vəhşicəsinə qətlə yetirdilər. Bunu niyə dilə gətirmirlər? Halbuki onun heç bir günahı yox idi. Qoy Ermənistan buna cavab versin, Həsən Həsənovun ölümündə kimi həbs etdilər, kim cavab verdi? Atam hansı cinayəti törədib, hansı qətldən söhbət gedir? Paşinyan əsirlərin azad olunmasında konstruktiv və humanist mövqe ortaya qoymadıqca onun öz ölkəsində ona münasibət get-gedə pisləşəcək”.

Xəbər 1574 dəfə oxunub






Oxşar xəbərlər

"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27774] initstartout [0.00018] initstartin [0.00069] calstart [0.00977] calend [0.00051] topnewsend [0.00468] rsssend [0.00000] ehgend [0.02611] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23500]