Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:50 - 19.12.2018  
İrəvanla Xankəndi arasında görünməmiş gərginlik
Tarix: 4-12-2018, 10:46 | Bölmə: Xəbərlər » Siyasət

Paşinyanın Saakyanı əvəzləmək planı uçurumu daha da dərinləşdirəcək; seçkilərdən sonra nələr yaşanacaq? Politoloq: "Qarabağ separatçıları Paşinyana problemlər yaratmaqda davam edəcəklər, çünki...”

İrəvanla Xankəndi arasında görünməmiş gərginlik

 

Ermənistanda növbədənkənar seçkilərə sayılı günlər qalır. Ölkə daxilində gərgin siyasi atmosferin hökm sürməsi ilə yanaşı, İrəvanla Xankəndindəki separatçı rejim arasında da söz savaşı qızışmaqdadır.  

"Helsinki təşəbbüsü - 92" Dağlıq Qarabağ Komitəsinin koordinatoru, Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın yaxın dostu Karen Ohanjanyanın Ermənistan mediasında baş nazir əvəzi Nikol Paşinyanı Qarabağ ermənilərindən üzr istəməyə çağırması və B.Saakyanın işinə qarışmamasını tələb etməsi vəziyyəti daha da gərginləşdirib. Parlament seçkilərinin noyabrın 26-da başlayan təbliğat və təşviqat prosesinin gedişində qondarma Dağlıq Qarabağ rejimin rəhbərliyi ilə Ermənistanın baş naziri arasında gizli savaşın detalları aşkarlanıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkilərində ”Mənim addımım" Blokunun rəhbəri, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın seçkilərdə qalib gələcəyi təqdirdə qondarma Dağlıq Qarabağın lideri Bako Saakyanı istefaya məcbur edəcəyi məlum olub. Bundan başqa, Ohancanyanın Paşinyanı Qarabağ ermənilərindən üzr istəməyə çağırması və Bako Saakyanın işinə qarışmamasını tələb etməsinin də təfərrüatı üzə çıxıb.

Bəhs olunan məqaləni feysbuk səhifəsində müzakirəyə çıxaran K.Ohancanyan Paşinyan qalib gələcəyi təqdirdə Dağlıq Qarabağda hakimiyyət dəyişikliyi olacağını, "Sasna Tsrer” silahlı terror qruplaşmasının lideri Jirayr Səfilyanın seçkilərdən sonra erməniləri ayağa qaldıracağını və nəticədə qondarma rejimin rəhbəri olacağını bildirib. "Çünki bir il sonra Qarabağda hakimiyyətin ”seçkilər yolu ilə" dəyişdirilməsini gözləməyə vaxt yoxdur" - Səfilyan özü belə deyib. Xatırladaq ki, Səfilyan Dağlıq Qarabağ müharibəsində "Şuşa” əlahiddə batalyonuna rəhbərlik edib.

Nikol Paşinyanın seçki kampaniyası zamanı oğlunu Qarabağda hərbi xidmətə göndərən ilk erməni rəhbər olduğunu vurğulaması və Ermənistanın keçmiş prezidentlərinin, o cümlədən Qarabağ separatçılarının ünvanına daş atması ona qarşı hücumları çoxaldıb. Paşinyan çıxışında bundan əvvəlki Ermənistan rəhbərlərinin heç birinin oğullarının Qarabağda xidmət etmədiyini demişdi. Onun bildirdiyinə görə, Serj Sərkisyanın oğlu olmadığına görə avtomatik olaraq bu siyahıdan kənardadır. Amma Levon Ter-Petrosyanın və Robert Köçəryanın oğlanları da Qarabağda olmayıblar. Ter-Petrosyanın oğlu Tavuş vilayətinin Berd rayonunda xidmət edib. Robert Köçəryanın isə iki oğlundan biri Müdafiə Nazirliyinin binasında hərbi xidmət keçib, amma kazarmada gecələməyib. İkinci oğlu isə Milli Təhlükəsizlik Xidmətinin hazırda ləğv edilmiş xüsusi təyinatlı hərbi hissəsində qulluq edib, o da kazarmada gecələməyib və kefi istəyəndə gedib, kefi istəyəndə qayıdıb.

Nikol Paşinyanın bu çıxışına Dağlıq Qarabağdaki qondarma rejimin nümayəndəsi David Babayan şərh verərək deyilənləri "spekulyasiya” adlandırmışdı. Və Paşinyan qəzəblənərək Dağlıq Qarabağdakı qondarma rejimi hədələmişdi. "Mən və ya mətbuat katibim Dağlıq Qarabağda baş verənlər haqda bilinənləri və bilinməyənləri şərh etsək necə olacaq? Heç bunu təsəvvür edirsiniz? Gedin öz işinizlə məşğul olun. Hansı haqla Ermənistandakı seçki kampaniyasına burnunuzu soxursunuz və mənim çıxışlarımı şərh edirsiniz?” - Paşinyan təqribən belə deyib (Virtualaz.org).

Paşinyanın separatçıları hədələməsi dərhal onun rəqiblərini, əsasən Respublika Partiyasını bərk həyəcanlandırıb. Keçmiş müdafiə naziri, respublikaçıların seçki siyahısına başçılıq edən Vigen Sərkisyan deyib ki, siyasi qüvvələr Qarabağ məsələsi ilə bağlı danışarkən çox ehtiyatlı olmalıdır. Çünki bir neçə gün sonra seçkilər başa çatacaq və Ermənistan Azərbaycanın çox güclü, yaxşı silahlanmış yüz minlik ordusu ilə üz-üzə qalacaq. Amma "kimin oğlu Qarabağda xidmət edib?” polemikası səngiməyib. Robert Köçəryanın oğlu Levon özünün facebook səhifəsində hərbi xidmət dövründə çəkilmiş fotoları yayıb. Bu fotolara əsasən Köçəryanın oğlu çadırda gecələyir və poliqondadır. Levon Köçəryan bildirib ki, o vaxt atası prezident olduğuna görə istəsəydi aspiranturaya girərdi, yaxud təhsilini xaricdə davam etdirərdi. Amma hərbi xidmətə getməyi qərara alıb. "Keçmiş qəzet redaktoru (Paşinyan) yenə mənim barəmdə yalan məlumat yayıb. Milli təhlükəsizliyin xüsusi təyinatlı hərbi hissəsinin tərkibində mən nəzərdə tutulan döyüş hazırlığı proqramını keçmişəm, təkcə hərbi hissədə deyil, Pəmbək dağlarında, çadırlarda da gecələmişəm. Gizlətmirəm ki, zabit heyətinin diqqət mərkəzində olmuşam və düzünü desəm, bu, mənə xoş deyildi” - Köçəryanın oğlu yazıb.

Köçəryanın oğlunun açıqlamasına və yaydığı fotolara Nikol Paşinyanın arvadı Anna Akopyanın baş redaktoru olduğu "Haykakan Jamanax” qəzeti cavab verib. Qəzet yazır ki, redaksiya Robert Köçəryanın oğlanlarının necə xidmət etdiyi barədə məlumatlar alıb. Belə ki, Köçəryanın böyük oğlu Sedrak 2004-cü ildə Yerevan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Və Yerevan polkunun N saylı hərbi hissəsində-Müdafiə Nazirliyinin binasında xidmət edib. Oradan nazirliyin hüquq idarəsinə xidmətə göndərilib. Xidmətə səhər saat 9-da başlayıb və axşam 6-da evlərinə gedib. Və kazarmada gecələməyib. Qardaşı Levon Köçəryan isə 2006-cı ildə Yerevan Dövlət Universitetinin hüquq fakültəsini bitirib və 2008-ci ilin iyun ayına qədər Milli Təhlükəsizlik Xidmətinin hazırda ləğv edilmiş hərbi hissəsində, İrəvanda qulluq edib.

Qəzet onu da bildirir ki, Köçəryanın oğlanları hərbi xidməti başa vuran kimi qısa müddətdə onların hesablarında 10 milyon dollar, hətta daha çox pul meydana çıxıb.

Göründüyü kimi, Paşinyan çox gərgin atmosferdə seçkilərə gedir. Üstəlik, qalib gələcəyi halda belə, onu seçkidən sonra çox ağır dönəm gözləyir. Ermənistan Respublika Partiyasının (ERP) liderlərindən Armen Aşotyan deyib ki, Paşinyanı Qarabağ və onun problemlərindən kilometrlərlə aralı tutmaq lazımdır. "Onun qədər Azərbaycan təbliğatçılarına yardım edən heç bir Ermənistan lideri olmayıb. Azərbaycan mətbuatında yazılanlara baxın. Görün, baş nazir haqqında nələr yazırlar” - Aşotyan deyib. O, Qarabağ münaqişəsi ətrafında gedən müzakirələrin gedişindən və Ermənistanın indiki hakimiyyətinin hərəkətlərindən olduqca qəzəbli və narahat olduqlarını dilə gətirib: "Bu hakimiyyət Ermənistanın maraqlarını müdafiə etmək qabiliyyətində deyil. Onlar Qarabağda güddükləri başqa məqsədlərə işi yerli hakimiyyətin (oyuncaq qondarma rejimin) üzərinə yıxaraq nail olmaq istəyirlər”.

Jurnalistlər Aşotyandan Paşinyanın "keçmiş iqtidarın ordunu talan etməsi” ilə bağlı sözlərinə reaksiyasını öyrənmək istəyiblər. "Paşinyanın nə Qarabağ, nə də ordu haqqında danışmağa heç bir mənəvi haqqı yoxdur. Əgər müharibə vəziyyəti yaransa və ordumuzun başında Nikol Paşinyan dayansa, o zaman vay bizim halımıza...”, - deyə Aşotyan cavab verib.

Bir sıra ekspertlər N.Paşinyanı sürprizlər gözlədiyini aylar öncə proqnozlaşdırırdılar. Ancaq belə görünür ki, Paşinyan özü Qarabağ klanını zərərsizləşdirmək üçün əvvəlcədən hərəkətə keçib. Bəzi müşahidəçilər hesab edir ki, İrəvanla Xankəndi rejimi arasında baş verənlər ixtilafları daha da dərinləşdirə və sonda Azərbaycana torpaqlarını azad etmək üçün şans yarada bilər.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a bildirdi ki, seçkiyə hazırlaşan Ermənistanın hazırki baş naziri Nikol Paşinyanı Qarabağdakı vəziyyət narahat etməyə başlayıb: "Qarabağ separatçılarının nümayəndələrinin Ermənistanın müxtəlif hakimiyyət təmsilçilərini tənqid etmələri Paşinyanın xoşuna gəlmir və o bunu açıq deyir. Halbuki əvvəllər Paşinyan separatçılardan narazılığını açıq dilə gətirmirdi. Hiss olunur ki, Paşinyanın Qarabağdakı mövqeləri zəifdir. O bəlkə də Bako Saakyanı bir başqası ilə dəyişmək istəyərdi. Ancaq o, bunu təkbaşına qərarla həyata keçirə bilmir. Çünki onda bu, çevriliş mahiyyəti daşıyır. Bako Saakyan isə ”seçkilərlə" separatçıların lideri postuna yiyələnib".

Politoloq Paşinyanı əndişələndirən digər bir məqamı da xüsusi vurğuladı: "Dağlıq Qarabağda Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanla Serj Sərkisyanın mövqeləri güclüdür. Köçəryan və Sərkisyan Qarabağ üzərindən Nikol Paşinyana təzyiq edir. Onun mövqelərini zəiflətməyə çalışır”. Bütün bunlara baxmayaraq, E.Şahinoğlu hesab edir ki, Paşinyan seçkiyə qədər Qarabağ tərəfi ilə konfliktə getməyəcək: "Çünki onda ona qarşı çevriliş planı hərəkətə keçə bilər. Ancaq Ermənistana parlament seçkisindən sonra Paşinyan separatçılarla məsələni həll etmək məcburiyyətində qalacaq. Ona görə ki, separatçılar Paşinyana gələcəkdə problemlər yaratmaqda davam edəcəklər”.

Ermənişünas alim Qafar Çaxmaqlı isə indiki halda Ermənistanda baş verənlərin Qarabağ klanı ilə Ermənistan erməniləri arasında gərginlik kimi təqdim olunması ilə razılaşmır: "Ermənistan yeni bir siyasi zamana daxil olur. İllərlə insanların alışıq olduqları siyasi situasiya dəyişərkən mütləq kimlərsə onu qəbul etmək istəmir. Paşinyan erməni cəmiyyətində artıq sümüklənmiş qrupların istədiyi adam deyil. Deməzdim ki, onun hərəkətləri erməni ideolojisində dəyişikliyə səbəb olacaq köklü proseslər gətirəcək. Bir çox məsələlərdə o sələflərinin başqa bir variantıdır. Hakimiyyətini uzunömürlü etmək üçün sələflərinin üzərinə gedəcək. Onların bir çoxlarını siyasi səhnədən çıxarmaq zorundadır. Bizi maraqlandıran bütün bunların bizə xeyri və yaxud zərərinin aydınlaşdırılması və nəticə çıxarılmasıdır”.

Qarabağ separatçıları ilə Ermənistan arasındakı gərginliklər Azərbaycana nə vəd edir? Bu hadisələr bizə şans yarada bilərmi? Q.Çaxmaqlı hesab edir ki, Paşinyan da o birilər kimi Azərbaycana sərf edən bir siyasət dəyişikliyinə getməyəcək: "Əlbəttə, onun bəzİ ifadələri və hərəkətləri müvəqqəti mövqe üstünlüyümüzə səbəb ola bilər. Amma bu köklü mövqe üstünlüyü deyil. Ermənistanda nə baş verir ki, biz mövqe üstünlüyü əldə edək? Bir şovinistin yerinə başqa bir şovinist gəlib. Və Qarabağ məsələsində, problemin həll edilməsində heç bir dəyişiklik yoxdur. Paşinyanın Qarabağ separatçıları ilə bağlı mitinqlərdə işlətdiyi ifadələrdə bir şey yoxdur. Seçkiyə hesablanmış populizm hesab etmək olar da, olmaz da. Məncə, Paşinyan hakimiyyəti Qarabağla bağlı seçkidən sonra müəyyən dəyişiklik edəcək, bunun da bizim Qarabağla bağlı siyasətimizə az dəxli olacaq”.

Şübhələr var ki, Qarabağ separatçılarının cəsarətinin arxasında dayanan qüvvələr əslində kənardadır. Xüsusilə də Bako Saakyanın Fransa, ABŞ və Rusiya "turne”sindən sonra Paşinyana meydan oxunması belə qənaəti möhkəmləndirir. Hadisələrin sonrakı gedişatı çox maraqlıdır. Hər halda, 30 il ərzində İrəvanla Xankəndi separatçıları arasında yaşananlar bir ilkdir. Qarabağ separatçıları 30 il əvvəl "Miatsum”- "Birləşmək” şüarı ilə meydana çıxmışdılar. Bu günsə faktiki olaraq parçalanma prosesi gedir...

Elşad PAŞASOY

Xəbər 181 dəfə oxunub






Oxşar xəbərlər

Oş şəhəri Türk dünyasının mədəniyyət paytaxtı -2019
Oqtay Əsədov: “O xanımın cavabını xalq verdi”
Ərdoğanın 13 milyon Tvitter izləyicisi var - özü isə yalnız həyat yoldaşını izləyir
ABŞ-da FETÖ üzvlərinin həbslərinə başlanıldı
Sürücü “Bravo” marketə avtomobili ilə “girdi”
Abel Məhərrəmovun səfir oğluna fəxri ad verildi – Foto
Mübarizi təhqir edən psixoloqa 3 il HƏBS ŞOKU
Azərbaycanda 5 gün iş olmayacaq
Goranboyda 2 nəfəri elektrik cərəyanı vurub
Göyçay sakini deputatın "ÇAYQIRAĞI VADİSİ"ndən yazdı - ŞİKAYƏT
MÜBARİZİN SON GECƏSİ – QƏHRƏMAN RUHLA QARABAĞA DOĞAN GÜNƏŞ
Yeni başçıdan ilk açıqlama: "Ciddi dəyişikliklər olacaq"
Hacı Qalib imarətinə gülləkeçirməz şüşələr alıb
Prezident: “Azərbaycan yeni silahlar alacaq”
Masallıda məmurun “avtoş” oğlu polisi vuraraq qaçıb?
Prezident Mingəçevirə yeni icra başçısı təyin etdi
Toyuq yumurtası böyüklüyündə almaz tapılıb
Mübariz İbrahimovu təhqir edən “psixoloq”un məhkəməsinin vaxtı bilindi
Azərbaycanda boşananların sayı açıqlandı
Bürcünüz – 18 dekabr
24 yaşlı milyonçu binadan küçəyə dollar səpələdi - Video
Ermənistanda parlamentin gülləbaran edilməsinin sirri açılacaq?
Qəhrəmanımız İbad Hüseynovu dinləyək - VİDEOMÜSAHİBƏ
Prezident İlham Əliyev Qətər Əmiri və müavinini təbrik edib
İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
Əli Həsənov mühacir radikal Vidadi İsgəndərli haqqında yazdı
Azərbaycan əhalinin sayı açıqlanıb
Ermənistan böhran zolağında - Kreml sürprizi
Ramil Usubov “Hacı Mazan”ın rəis oğlunu işdən çıxardı
“ZƏNG VURDUM Kİ, İLHAM, 900 MİLYON LAZIMDIR…” – “Rusiya mənə təzyiq edirdi”
Oqtay Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb
Klub prezidentini tənqid etdi, qovuldu
Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib
İraqın şimalında 10 terrorçu zərərsizləşdirilib
Suriyaya sutka ərzində minə yaxın qaçqın qayıdıb
BMT-nin baş katibi: "2019-cu ildə Yəməndə vəziyyət pisləşəcək"
Ağcəbədinin İcra başçısı maşın karvanı ilə kəndə gedir - VİDEO
Azərbaycan iqtidarına qarşı yeni birlik yaranır
Türkiyə HH Qüvvələri 7 terrorçunu məhv etdi
Qarabağda iki erməni əsgəri ağır yaralandı
Çindən Azərbaycana karqo qaydaları dəyişdi
“İslamın 1400 illik çatı” - Səudiyyə ilə İran nüfuz savaşında
Millət vəkili Mübarizə "qatil" deyən psixoloqu YIXIB-SÜRÜDÜ
Ramiz Rövşən Allahın Yer üzünə sevgi məktubudur...
Meksika Prezidenti evtanaziyanı dəstəkləyib
“Azərkosmos” rəsmisi dünyaya işsizliyin gəldiyini dedi
AMEA işçiləri bağ-bostan əkəcəklər
İlyas İsmayılov: - “Ölkə göstərişlərlə idarə olunur”
İnqilab illüziyası müxalifəti rahat buraxmır
Eldar Mahmudov şərikinin ifadəsi ilə həbs edə bilər
Yeni ABŞ səfiri Bakıya nə vaxt gələcək?
Azərbaycanla Aİ saziş imzalamağa yaxınlaşıb
İran-İsrail qarşıdurması müharibəyə çevriləcəkmi?
Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq?
Deputat Kamran Nəbizadə sərxoş halda dava saldı
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi (?)
Bürclər – 15 dekabr
Ərdoğanla Tramp arasında razılaşma əldə olundu
Prezident onlara general rütbəsi verdi (SİYAHI)
Tramp soyadını dəyişmək istəyir
"Maşın Şou"da səsverməni Murad idarə edir - SƏSYAZISI
Pensiya yaşı növbəti dəfə artırıldı – Cədvəl
Mafioz, xeyriyyəçi yoxsa siyasi OYUNBAZ?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…
Azərbaycanda yeni dövlət qurum yarandı (FƏRMAN)
Ruhi: “Gəldiyimi eşidən kimi Sibel Can məni..”
Londonda “sarı jiletlilər” “Vestminstr körpüsü”nü bağlayıb
Prezident Türkiyənin xarici işlər nazirini qəbul edib
Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16048] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00687] calend [0.00040] topnewsend [0.00286] rsssend [0.00000] ehgend [0.05991] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08927]