Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək

  • 03 dek 2018, 13:09

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi tarix açıqlanıb.

 

 

 

 

 

 

Azərbaycan XİN-nin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə dekabrın 5-də Milanda görüş keçiriləcək.

Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Oxşar xəbərlər