Avropadakı mühacir bloggerlər bir-birinə savaş açdı - "Azad Söz”ün youtube kanalı bağlandı

  • 27 noy 2018, 14:57

"Azad Söz” internet portalının youtube kanalı bağlanıb. Bu barədə portalın Almaniyada mühacir həyatı yaşayan rəhbəri Tural Sadıqlı məlumat yayıb.

T.Sadıqlı özünün facebook profilində bu statusu paylaşıb: "Dostlar, "Azad Söz”ün youtube kanalı şikayətlər səbəbilə fəaliyyətini dayandırıb. Bir müddət orada yayımlarımız olmayacaq. Facebookda yayımlayacağımız videoları istəyən öz youtube kanallarına yerləşdirə bilər. Əvvəlcədən təşəkkür edirəm”.

Qeyd edək ki, "Azad Söz”dən edilən şikayətlərlə bağlı bəzi ehtimallar var. Belə ki, Fransada mühacirətdə olan blogger Məhəmməd Mirzəli T.Sadıqlının adını çəkməsə də, onu nəzərdə tutduğuna heç bir şübhə yeri qalmayan bu statusu yazıb: "Mən heç zaman bunu yazmazdım, özün məcbur etdin. Sən özünü ifşa etmək qərarına gəldin, davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın, nə qrant verən təşkilatın adını açıqladın, nə də aldığın qrantın məbləğini dedin, məni efirə çıxarıb məndən pul qazandın. Mən də sənin bu əməlinə qarşılıq olaraq öz videolarımı youtubdan sildirdim. Mən bu işləri pulsuz görən adamam. Biz qrant gəlməsə belə birgə nəyəsə razılaşsaydıq təbii ki, işlər görüləcəkdi. Amma məsələnin mahiyyəti budur ki, sən məndən istifadə etdin, "xalqın layihsəsini də qrant” üçün etdin. Mən bu dəqiqənin özündə belə xalqın layihəsini etməyə hazıram. Pulsuz-parasız gəl edək, digər səhifələri də çağıraq. Bir də el yazmısan ki, yanımıza çəkdik filan etdik. Mən öz işimi özüm həyata keçirmişəm. "Sənin qardaşın isə iki kilo heroinlə şərlənir, azadlığa buraxılır və sonra da Almaniyaya gəlir”. Sənin Bakıdakı fəaliyyətin barədə danışmağa başlasam, təmiz batarsan. Almaniyada etditiklərini isə saxlayıram ikinci yazıya”.

Məsələ ilə bağlı T.Sadıqlının özü ilə əlaqə saxladıq. O bu barədə danışmaq istəmədiyini bildirdi.


 

Oxşar xəbərlər