Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:51 - 27.05.2019  
24 noyabra təyin olunan mitinqlə bağlı qeyri-müəyyənlik
Tarix: 23-11-2018, 09:44 | Bölmə: Xəbərlər » Siyasət

Pənah Hüseyn: "24 noyabr mitinqi ilə bağlı sosial şəbəkədə hətta təxribat olacağı haqda müəyyən şayiələr buraxılıb”

24 noyabra təyin olunan mitinqlə bağlı qeyri-müəyyənlikNoyabrın 21-də Qarabağ Komitəsinin toplantısı keçirilib. Toplantıda təşkilati məsələlərə baxılıb və Sevinc Axundova yekdilliklə Qarabağ Komitəsinə üzv seçilib. Bununla da Qarabağ Komitəsinin üzvlərinin sayı 38 nəfərə çatıb. İclasda, eyni zamanda Qarabağ Komitəsinin üzvü Əvəz Zeynallı Komitənin mətbuat xidmətinin rəhbəri seçilib.

İclasda daha sonra 24 noyabr 2018-ci ildə keçiriləcək mitinq məsələsi və mitinqə verilən rədd qərarından Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinə olunan müraciət müzakirə olunub. Müzakirələrdə məhkəmənin verdiyi qərarın  doğru olmadığı bildirilib. Bəyan edilib ki, 24 noyabrda keçirilməsi istənilən mitinqin məhkəmə baxışının dekabrın 7-nə təyin edilməsi qanunsuzdur. Aparılan müzakirələr nəticəsində qərara alınıb ki, 23 noyabrda saat 11.00-da Qarabağ Komitəsinin İşçi qrupunun fövqəladə iclası çağırılsın və 24 noyabrda mitinqin keçirilib-keçirilməməsi barədə son qərar o iclasda verilsin.

Qarabağ Komitəsinin İşçi qrupunun üzvü, AXP sədri Pənah Hüseyn "Yeni Müsavat”a açıqlamasında bildirib ki, 24 noyabr mitinqinin qadağa olunmasına görə BŞİHİ qərarından 1 saylı Bakı inzibati iqtisadi məhkəməsinə edilən şikayətə baxılması qanunsuz olaraq 7 dekabra təyin edilib. Qanunun tələbinə görə şikayətə 24 noyabra qədər baxılmalı idi: "1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin müraciətimizə cavabı Azərbaycanda məhkəmə sisteminin müstəqil olmadığının bariz nümunəsidir. Ayın 21-də Qarabağ Komitəsinin toplantısından sonra 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində olub, Minsk Qrupu həmsədr ölkə səfirlikləri qarşısında piketin qadağan edilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinin qərarından verdiyim şikayətin taleyi ilə maraqlandım. Dəftərxanada məlum oldu ki, iş hakim Miminat Hacçbəyovaya verilib. Hakimin köməkçiləri xeyli axtarışdan sonra məlumat verdilər ki, bu işə baxış ümumiyyətlə təyin edilməyib və nə vaxt təyin ediləcəyi də məlum deyil. Mən ”Sərbəst toplaşma azadlığı haqqında" qanunun 11 -ci maddəsində bu cür işlərin şikayət daxil olduqdan sonra 2 gün ərzində baxılmalıdır müddəasını xatırlatdıqda isə dedilər ki, onlar İnzibati Prosessual Məcəllənin müddəalarını əsas tuturlar. İPM- də isə işin baxılması müddəti barədə konkret müddəa yoxdur. Mən elementar hüquqi bilgilərimə istinad edib, bu halın xüsusi hal olduğunu, məsələn Seçki prosesində olduğu kimi, qanunun özündəki müddəanın (konkret halda Sərbəst Toplaşma Azadlığı haqqında qanunun 11- ci madəsinin) üstün prosessual qayda kimi götürülməli olduğunu dedikdə isə dedilər ki, onlar üçün əsas olan İP Məcəllədir, Sərbəst toplaşma azadlığı qanununu isə tanımırlar. Mən bu məsələdən də şikayət verəcəyəm".

P.Hüseyn hesab edir ki, Qarabağ mitinqinə razılıq verilməməsinin səbəbi var: "Mitinqə münasibətin nədən ibarət olması əslində Bakı Şəhər İcra Hakimiyyətinin cavabında qeyd olunub. Orada yazılıb ki, prezident İlham Əliyevin apardığı siyasət Qarabağın azad olunması məsələlərini əhatə edir, ona görə də mitinq keçirmək məqsədəuyğun deyil. Mitinqə razılıq verilməməsində başqa məsələlər də var. Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin Düşənbədə görüşündə müəyyən razılaşmaların olması və bu razılaşmaların Azərbaycan tərəfinin də bir növü davakar olmayan mövqeyinin ifadə olunmasını gərəkliyi deyilir. Məncə, əsas səbəb Qarabağ məsələsinin xalqı fəallaşdıra və təşkilatlandıra biləcək ideya ola biləcəyindən ehtiyatlanmaqdır. Amma biz hesab edirik ki, Azərbaycan üçün Qarabağ məsələsi, hakimiyyət məsələsindən mühümdür. Qarabağla bağlı baş verənlər, işğalın bu qədər uzanması, beynəlxalq məkanda separatçı rejimin qəbul edilməyə başlaması kimi məsələlər Azərbaycan cəmiyyətini və bizi narahat edir. Qarabağla bağlı mitinqin keçirilməsinin məqsədi də bu narahatlığı ortalığa qoymaqdan ibarətdir”.

P.Hüseynin sözlərinə görə, işin hüquqi tərəfi ondan ibarətdir ki, mitinqlə bağlı müraciət qanunvericiliyə tam uyğundur. Bu müraciətə verilən cavab isə qanuna qətiyyən uyğun deyil: "Müraciətimizdə qətiyyən siyasi tələblər qətiyyən yox idi. Sentyabrda keçirdiyimiz mitinqdə ayrı-ayrı adamların çıxışlarını əsas kimi göstərmək istəyirlər. Lakin bu bir bəhanədir və mitinqə razılıq verilməməsi üçün hüquqi əsas ola bilməz.

Hakimiyyət bilməlidir ki, biz hər bir halda Qarabağ məsələsini gündəmdə bir nömrəli məsələ kimi saxlamaqda davam edəcəyik".

AXP sədri dedi ki, 24 noyabr mitinqi ilə bağlı son qərarın necə olacağı haqda qəti fikir söyləməkdə çətinlik çəkir: "Yekun qərara 23 noyabrda gəlinəcək. Ən azı bu günə Qarabağ Komitəsinin razılaşdırılmamış aksiyalar keçirməmək barədə prinsipial mövqeyi var. Biz məhkəmənin münasibətini də gözləyəcəyik və ona uyğun olaraq da qərar qəbul olunacaq. Açığı, 24 noyabr mitinqi ilə bağlı sosial şəbəkədə narahatlıq doğuran bir ajiotaj yaranıb, hətta təxribat olacağı haqda da müəyyən şayiələr buraxılıb. Ona görə də biz bütün bu kimi məsələləri nəzərə alacağıq”.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”

Xəbər 1165 dəfə oxunub






Oxşar xəbərlər

ABŞ Türkmənistanı Cənub Qaz Dəhlizinə qoşulmağa çağırıb
Bakıda yararsız estakadadan yıxılan balıqçı xilas edilib
“Azərbaycan dünyada sabitlik adası kimi tanınır"
Azad Rəhimovun oğlu 20 milyonluq tender “uddu”
Baş nazir it, pişik saxlama qaydalarına dəyişiklik etdi
Göygöl rayonunda oğru taladığı evin seyfini belə apardı - VİDEO + Təfərrüat
Gəncənin polis rəisi işdən çıxarıldı
Ramiz Rövşən və Musa Yaqub Xalq şairi oldu
"Xəzər Lada"nın Gəncə təmsilçisi "Demokratik.Az"-ı da təhdid etdi - ŞOK TƏFƏRRÜAT
ANONS: "Təmas xəttində vəziyyət gərginləşə bilər”
“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı
Akif Çovdarov azadlığa gedən yolun astanasında
Yadellilər Laçının Minkəndində kef çəkirlər – İstisudan çəkiliş (VİDEO)
“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.19331] initstartout [0.00017] initstartin [0.00065] calstart [0.00928] calend [0.00068] topnewsend [0.00449] rsssend [0.00000] ehgend [0.01795] tagsstart [0.00055] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15950]