Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:48 - 15.11.2019  
REAL-la AXCP arasında dava yenidən qızışdı
Tarix: 22-11-2018, 09:43 | Bölmə: Xəbərlər » Siyasət

Natiq Cəfərli: "Siyasəti qorxulu bir sənət, iş, həbslər, təqiblər kimi təqdim etməyi artıq 25 ildir görürük”

REAL-la AXCP arasında dava yenidən qızışdıAXCP və REAL arasında dava yenidən qızışıb. Buna səbəb AXCP sədri Əli Kərimlinin şənbə günü saxlanılıb, iki gündən sonra azadlığa buraxılması və bununla bağlı REAL-ın sərgilədiyi mövqedir. Cəbhəçilər iddia edirlər ki, REAL AXCP sədri həbs edilərkən onu gözlənildiyi kimi müdafiə etməyib.

Sosial şəbəkələrdə açılan müzakirələrdə REAL rəhbəri İlqar Məmmədov həbsdə olarkən Ə.Kərimlinin sona qədər onu müdafiə etdiyi bildirilir.

AXCP-yə ittihamlardan biri də budur ki, Əli Kərimli məqsədli şəkildə belə şou düzəldib və bununla gündəmə gəlib.

Bu məsələlərlə bağlı REAL-ın icraçı katibi Natiq Cəfərli ilə əlaqə saxladıq. Partiya funksioneri "Yeni Müsavat”a açıqlamasında dedi ki, İlqar Məmmədov Əli Kərimlinin saxlanılması ilə bağlı sosial şəbəkələrdə öz fikirlərini bildirib:"Bunun doğru olmadığını qeyd etdi. Eyni zamanda bunun Azərbaycan üçün beynəlxalq aləmdə, o cümlədən Avropa Birliyi və Şurası ilə danışıqlarda müəyyən problemlər yarada biləcəyi ilə bağlı mövqeyini sərgilədi. Əli bəy İlqar Məmmədov həbs edilərkən onu müdafiə etmişdi. Biz bunu danmırıq. Buna görə dəfələrlə təşəkkür bildirmişdik. Amma onu da bildirim ki, İlqarın məhkəməsi başlayandan bir il sonra Əli Kərimli onun məhkəməsində iştirak etdi. REAL-ın rəsmilərinin hər biri Əli Kərimlinin saxlanılması ilə bağlı öz mövqeyini bildirib. Partiya olaraq bəyanat verməməyimizin səbəbi iqtisadi terminlə desək, bəyanatın devalvasiyaya uğramasıdır. Çünki bəyanatın arxasında hər hansı bir hərəkətlilik yoxdursa, bəyanat sözünün anlayışı ciddi mənada gözdən düşüb. Bu baxımdan bəyanat verməyə lüzum görmədik. AXCP üzvləri tərəfindən səsləndirilən ittihamların heç bir əsası yoxdur. Burada heç bir problem görmürəm”.

N.Cəfərli AXCP sədrinin həbsinin nəyə və kimə lazım olduğu barədə gedən müzakirələrə bu cür izah verdi: "Bu həbs kimə və nəyə lazım idi? Açığı, bununla bağlı müxtəlif fikirlərin dolaşdığının mən də şahidiyəm. Əslində REAL olaraq biz ölkədə ciddi bir platforma, təşəbbüslə çıxış etdik. Azərbaycan Konstitusiyasının müvafiq maddəsinə uyğun olaraq qanun layihələri təklifləri hazırlayıb parlamentin müzakirəsinə təqdim etməyi düşündük. Bununla bağlı ilkin açıqlamalarımız da oldu. Artıq bununla bağlı 40 min imza üçün imzatoplama kampaniyamız da başlayıb. Biz çalışırıq ki, siyasəti, iqtidar-müxalifət münasibətlərini sivil çərçivəyə salaq. Bununla da ölkədə proqramlar, qanun layihələri, siyasi təkliflər üzərindən oturuşmuş bir siyasi abı-hava yaransın. Bu da cəmiyyət tərəfindən çox ciddi qarşılanmışdı. Böyük bir dəstək də görürdük. İmzatoplama kampaniyamız artıq 4 gündür başlayıb. İnsanların aktivliyini açıq şəkildə görürük. Təkcə bir faktı deyim ki, imza toplamaq üçün qeydiyyatdan keçən könüllülərin sayı yüzlərlədir. Biz siyasəti yeni bir platformaya gətirmək üçün sona qədər çalışacağıq. Əli Kərimlinin həbs edildiyi gün gündəm əsasən bundan ibarət idi. Sosial şəbəkələrdə də bu əsas müzakirə mövzusuna çevrilmişdi. Hətta çox yaxşı bir hal idi ki, dövlət qurumlarından, nazirliklərdən bu məsələ ilə bağlı adımızı çəkməsələr də, müxtəlif reaksiyalar gəldi. Siyasi bir gündəm, diskussiya abı-havası yaranmaq üzrə idi. Sanki bu vəziyyət kimlərinsə xoşuna gəlmirdi”.

REAL funksioneri düşünür ki, belə bir vəziyyətdə Əli Kərimlinin məlum olay üzrə saxlanılması düşünülmüş plan və məqsədi gündəmi dəyişmək olub: "Siyasi təkliflərlə çıxış edən müxalifət liderinin deyil, başqa bir siyasi gücün önə çıxmasını sanki lazımlı bildilər. Belə bir addımlar atılmaqla REAL-ın siyasəti konstruktiv çərçivəyə və siyasi müstəviyə gətirmə cəhdləri sanki kölgədə saxlanılmağa çalışıldı. Bu cür vəziyyətin yaradılması Azərbaycan siyasəti üçün elə də yaxşı hal deyil. Biz bu gün də, sabah da çalışacağıq ki, siyasətin dili, üslubu, danışığı, gündəmi proqramlar, sənədlər, qanun təklifləri üzərində olsun. Yəni siyasət forması bu yöndə diskussiyalara səbəb olsun. Siyasəti qorxulu bir sənət, iş, həbslər, təqiblər kimi təqdim etməyi artıq 25 ildir görürük. Bu cür hallar xalqın siyasətdən daha da kənarda qalmalarına səbəb olur. Ona görə də biz çalışacağıq ki, cəmiyyətə verdiyimiz mesajlara, gördüyümüz işlərə uyğun şəkildə siyasəti yenidən mədəni bir çərçivəyə salaq. Bu qanun layihələrindən sonra növbəti təkliflərimiz, mövqe sənədlərimiz və qanun layihələrimiz olacaq. Çalışacağıq ki, iqtidar-müxalifət münasibətləri bu qanunlar, sənədlər üzərində sivil qaydada diskussiyalara səbəb olsun. Hazırda müxalifətdəki abı-hava kimlərəsə sərf etsə də, REAL-a əsla sərf edə bilməz”.

Xəbər 1436 dəfə oxunub






Oxşar xəbərlər

“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.36382] initstartout [0.00022] initstartin [0.00104] calstart [0.01300] calend [0.00076] topnewsend [0.00674] rsssend [0.00000] ehgend [0.02161] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.31977]