Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:49 - 26.05.2019  
Rəsul Quliyev yenə “qayıdır”
Tarix: 20-11-2018, 10:20 | Bölmə: Xəbərlər » Siyasət

Ağasif Şakiroğlu: "Rəsul müəllimin gəlişi an məsələsidir”

Rəsul Quliyev yenə “qayıdır”Amerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyevin Azərbaycana nə zaman qayıdacağı bir zamanlar ən çox müzakirə edilən suallar sırasında idi. Son vaxtlar isə eks-spikerlə bağlı bu məsələ, ümumiyyətlə, müzakirələr sırasında deyil.

Facebook profilində paylaşdığı statuslarda və mətbuata verdiyi açıqlamalarda da R.Quliyev bu məsələyə toxunmur. Bu onun heç zaman ölkəsinə qayıda bilməyəcəyi barədə fikirləri artırmaqdadır.

İki il öncə sabiq spikerin adı İnterpolun axtarış sistemindən çıxarılanda çoxları onun tezliklə Azərbaycana dönəcəyini deyirdi, tərəfdarları da fəallaşmışdı. Lakin gözləntilər özünü doğrultmadı.

R.Quliyevin reytinqinin əvvəlki zamanlar kimi olmadığı da açıq görünür. Bu amilin onun ölkəmizə dönməsində "yaşıl işıq” yandıracağı vurğulanır. Yəni Azərbaycan iqtidarının əvvəlki zamanlarda ona rəqib olan sabiq spikerin nüfuzu düşdüyü üçün onun ölkəyə dönüşünə icazə verəcəyi qeyd olunur.

Rəsul Quliyev yenə “qayıdır”R.Quliyevin Azərbaycandakı nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu "Yeni Müsavat”a açıqlamasında səslənən fikirlərlə razılaşmadığını söylədi: "Rəsul müəllimin gəlişi an məsələsidir və aktuallığını itirməyib. Bu istiqamətdə ən yüksək səviyyədə müəyyən işlər görülüb və görülür. Sadəcə, əvvəllər prosesin gedişatına uyğun olaraq ətrafımızdan mətbuata məlumatlar sızdırılırdı, özümüz görülən işlərlə bağlı mətbuata məlumatlar verirdik. Amma hazırda bu mövzuda mətbuata bağlıyıq desək daha doğru olar. Əmin ola bilərsiniz ki, Rəsul Quliyev Azərbaycana mütləq gələcək, ən qısa zamanda buna hər kəs şahidlik etmiş olacaq. Bizlər demək olar ki, bu mövzuda gündəlik iş aparırıq. Hətta deyərdim ki, əvvəllər görülmüş işlərdən daha çox işlər görürük. Bu suala səmimi cavab verməyim prosesə zərər vermiş olar. Bir onu deyə bilərəm ki, görülmüş işlərin mahiyyətini sizli, bizli bütün cəmiyyət çox yaxın dövrlərdə görmüş olacaq. Hesab edirəm ki, suallara cavabı qarşıdakı aylarda Bakıda Rəsul Quliyevin də iştirak edəcəyi mətbuat konfransında cavab tapmış olacaqsınız. Həmin zaman sizə səmimi cavab verməyə imkan olacaqdır. Biz ümidlərlə yaşamırıq. Real prosesləri dəyərləndiririk, qərarlar alırıq. Rəsul Quliyevin Azərbaycana dönüşünə geopolitik proseslərin çox böyük təsiri var. Həm də deyərdim ki, Azərbaycan hakimiyyətinin iradəsi bu prosesdə rol oynayır. Hesab edirəm ki, siyasətdə düşmənçilik olmamalıdır. Siyasətdə alternativ düşüncə, tənqidin olması cəmiyyətin inkişafına gətirən amillərdir. Ən əsas da siyasətdə, ölkədə siyasi qüvvələr arasında milli barış lazımdır. Bizlərin bir dövlət və xalq olaraq Qarabağ böyüklüyündə dərdimiz var. Hesab edirəm ki, bu səbəbdən də siyasi qüvvələr arasında milli barış mütləqdir və qaçılmazdır. Siz heç düşünmüsünüzmü ki, siyasi qüvvələr arasında milli barış Azərbaycana, xalqımıza nələr verə bilər? Hesab edirəm ki, hər kəs bu barədə düşünsə, yaxşı nəticələrə gəlmiş olar. Rəsul Quliyev elə hər zaman olan Rəsul Quliyevdir. Onun özü ilə hər gün danışılır və bu istiqamətdə qətiyyətli işlər görürük. Yəni bizlər pessimizmə qapanmamışıq... Təhlükə və təhlükəsiz məsələsinə gəldikdə isə Rəsul Quliyev dövlətə və Azərbaycan dövlətçiliyinə heç bir zaman təhlükə olmayıb. Bunu hər kəs görüb və bilir. Müxalifətçi, müxalifət lideri olmaq təhlükəli olmaq demək deyil. O, şəxslərdən təhlükə gözləmək olar ki, dövlət və dövlətçilik anlayışı kasıb olsun”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Xəbər 1468 dəfə oxunub






Oxşar xəbərlər

Azad Rəhimovun oğlu 20 milyonluq tender “uddu”
Baş nazir it, pişik saxlama qaydalarına dəyişiklik etdi
Göygöl rayonunda oğru taladığı evin seyfini belə apardı - VİDEO + Təfərrüat
Gəncənin polis rəisi işdən çıxarıldı
Ramiz Rövşən və Musa Yaqub Xalq şairi oldu
"Xəzər Lada"nın Gəncə təmsilçisi "Demokratik.Az"-ı da təhdid etdi - ŞOK TƏFƏRRÜAT
ANONS: "Təmas xəttində vəziyyət gərginləşə bilər”
“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı
Akif Çovdarov azadlığa gedən yolun astanasında
Yadellilər Laçının Minkəndində kef çəkirlər – İstisudan çəkiliş (VİDEO)
“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və “DYP mafiyası”nın məğlubedilməzliyi
Göygöl polisi məktəblilərlə tədbir keçirib
“Hələ ölməmişəm...” - Könül Xasıyeva
Vəkili Fuad Abbasovla görüşdü və açıqlama verdi
Azərbaycan gözəlinə 10 min manat mükafat veriləcək
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi
Azərbaycan müharibəyə hazırlaşır - İDDİALAR
Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Şirəliyevin Mehmanla şəkil məsələsi - Səhiyyə danışmanı əsas sualları cavabsız qoydu
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.19475] initstartout [0.00017] initstartin [0.00065] calstart [0.00873] calend [0.00047] topnewsend [0.00442] rsssend [0.00000] ehgend [0.01217] tagsstart [0.00057] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.16754]