Azərbaycan Fransaya etiraz notası verib

  • 17 noy 2018, 16:49

Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Demokratik.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifələrini icra edən Leyla Abdullayeva özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyanın Fransaya səfərini şərh edərkən deyib.

O qeyd edib ki, Azərbaycan XİN bununla bağlı konkret və qəti bəyanat yayıb.

L.Abdullayeva bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın qanunsuz rejimin "nümayəndəsi"nin səfərinə və onun müəyyən görüşlər keçirməsinə şərait yaratmasını işğalçı rejimin təşviqinə xidmət edən addım kimi qiymətləndirir:

"Biz hesab edirik ki, Fransanın bu addımı onun obyektivliyini və tərəfsizliyini şübhə altına salır. Bununla əlaqədar olaraq Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib".

Demokratik.Az

Oxşar xəbərlər