Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:32 - 16.12.2019  
Paşinyan Parisdən Bakı və Ankaraya “dil” uzatdı - cavab gecikmədi
Tarix: 13-11-2018, 09:10 | Bölmə: Xəbərlər » Siyasət

İrəvanın bitməyən ikinci dövlət xülyası, saxta "soyqırım” röyası, Qarabağ iniltisi; düşmən müharibəni günbəgün yaxınlaşdırır; ermənilərin xoşbəxtliyi Rusiyaya və Qərbə yox, ilk növbədə Türkiyə və Azərbaycana bağlıdır...

Paşinyan Parisdən Bakı və Ankaraya “dil” uzatdı - cavab gecikmədiErmənistanın inqilabçı baş nazir əvəzi Nikol Paşinyanın Avropaya səfər dəvətlərinə ifrat həssas olduğu sirr deyil. Özünü guya artıq demokratik Ermənistanın rəhbəri kimi addımbaşı gözə soxub Avropa liderləri ilə, NATO rəsmiləri ilə şəkil çəkdirməkdən ötrü əldən gedən, bundan xüsusi zövq alan Paşinyana bu dəfə Parisdən dəvət gəlib və o da bu fürsəti təbii ki, qaçırmayıb. Fransa paytaxtında Birinci Dünya müharibəsinin bitməsi ilə bağlı imzalanmış sülh müqaviləsinin 100-cü ildönümü mərasiminə Paşinyan da qatılıb.

Ancaq erməni erməni olmazdı, əgər belə fürsətlərdən ən əvvəl Türkiyəyə qarşı saxta soyqırım, Azərbaycana qarşı isə torpaq iddiaları ilə çıxış etməyəydi, iki qardaş ölkə əleyhinə sərsəm iftiralar səsləndirməsəydi. Xüsusən də Azərbaycana qarşı növbəti sərsəmləmələr diqqət çəkib.

"Yeni Müsavat”ın erməni KİV-ə istinadın verdiyi xəbərə görə, Paşinyan çıxışında deyib: "Birinci Dünya müharibəsinin dərslərindən biri də Vudro Vulsonun məşhur 14 bəndində əksini tapmış xalqların öz müqəddəratını təyin etmə hüququ haqda ifadədir - hansı ki, sonralar BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına daxil edilib və müasir dövlətlərin təxminən yarısının müstəqilliyi üçün əsas rolu oynayıb... Birinci Dünya müharibəsi zamanı Antanta hökumətləri ”bəşəriyyətə qarşı cinayət" termini işlədib. Bununla da Osmanlı İmperiyası hökuməti tərəfindən 1.5 milyon ermənin "məhv edilməsi”ni (dırnaqlar bizimdir - red.) lənətləyiblər. Sonradan bu dəhşətli cinayət XX əsrin ilk genosidi adlandırılıb".

*****

Belə iftira və ittihamdan sonra rəsmi İrəvanın Türkiyəyə sərhədləri qeyd-şərtsiz açmağa çağırış eləməsi yumşaq desək, siyasi riyakarlıqdır. Yada salaq ki, az öncə Nikol Paşinyan Ankaranı heç bir ön şərt qoyulmadan əlaqələri bərpa eləməyə səsləmişdi. Halbuki Ermənistan indiyədək Türkiyəni heç dövlət kimi tanımayıb və konstitusiyasında qardaş ölkəyə qarşı, üstəlik, açıq mətnlə ərazi iddiası yer alıb (Ağrıdağ məsələsi).

Gözlənildiyi kimi, Paşinyan Parisdən Bakıya da "dil” uzadıb. Çıxışdan başqa bir sitat: "Burada - Fransada bir şeyi mən xüsusi vurğulamağı zəruri sayıram: cəmi bir neçə gün öncə Fransa bu məsələdə öz prinsipial mövqeyini təsbit eləmiş oldu - yeni Kaledoniya xalqı referendum keçirmək imkanı qazandı. Təəssüf ki, öz müqəddəratını azad təyinetmə hüququna yanaşma seçmə xarakteri daşıyır. Yəni birinə olar, birinə olmaz. Məhz bu səbəbdən ”Dağlıq Qarabağ xalqı"nın (dırnaqlar bizimdir - red.)  öz taleyini müəyyən eləmək hüququ üçün on illərdir apardığı mübarizə lazımi hüquqi həllini tapmayıb. XXI əsrdə əsla imkan vermək olmaz ki, xalqın öz müqəddəratını reallaşdırmaq  hüququnu həyata keçirmək istəyi onun bioloji mövcudluq təhlükəsinə çevrilsin".

Yəni guya Azərbaycan Dağlıq Qarabağ ermənilərinə qarşı genosid həyata keçirməyə hazırlaşır. Bunu da Dağlıq Qarabağda etnik təmizləmə aparmış, Xocalı soyqırımı törətmiş bir işğalçı ölkənin - Ermənistanın rəhbəri deyir. Yeri gəlmişkən, Paşinyan BMT Baş Məclisinin son sessiyasındakı çıxışı zamanı da Azərbaycan qarşı eyni iftiralar səsləndirmişdi. Görəsən bir xalq, konkret halda ermənilər öz müqəddəratını neçə dəfə təyin eləməlidir? Yoxsa dünyanın 1 nömrəli "əzabkeş xalqı” kimi ermənilərə istisnalar, məxsusi imtiyazlar tanınmalıdır?

Əlbəttə, yox. BMT Nizamnaməsində də, Helsinki Yekin Aktında da xalqın yalnız bir dəfə bu hüquqdan istifadəsi nəzərdə tutulur. Erməni xalqı isə artıq ondan istifadə edib və qədim türk torpaqlarında "Ermənistan” adında formal da olsa dövləti var. 

*****

Bu arada Paşinyana Bakıdan cavab gecikməyib.

"Ümid edirik ki, Ermənistanın baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyan anlayır ki, Paris Sülh Forumunda etdiyi çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib və tarixən Dağlıq Qarabağda yaşayan yüz minlərlə Azərbaycanlını öz evlərində yaşamaq fundamental hüququndan məhrum edib”. Musavat.com-un məlumatına görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Paşinyanın Parisdəki çıxışını şərh edərkən deyib.

"Məgər öz müqəddəratını təyin etmə eyni bölgədə yaşayan digər etnik qruplara qarşı etnik təmizləmənin həyata keçirilməsi deməkdir? Məgər beynəlxalq hüququn aliliyi əraziləri hərbi işğal etmək və sonra da zor gücünə işğalın nəticələrini həll yolu kimi qəbul etdirmək deməkdir? Bu suallara, elə cənab Paşinyanın çıxışında istinad etdiyi fundamental prinsiplərin özü cavab verir. Bunun üçün BMT Nizamnaməsini və Helsinki Yekun Aktını oxumaq kifayətdir. Oxumaq istəməyənlər və ya oxuduqlarını anlamaq istəməyənlər üçün sitat gətiririk: ”Dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi hüququna hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsipləri, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq hörmət etməlidir" - Abdullayeva qeyd edib. "Bölgənin və Ermənistanın özünün daha yaxşı gələcəyi bilavasitə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması ilə əlaqədardır” - XİN rəsmisi əlavə edib.

*****

Nikol Paşinyanın budəfəki demarşının həm də Düşənbədə onunla Azərbaycan prezidenti İlham Əliyev arasında əldə olunan kövrək anlaşmadan sonraya təsadüf etməsi də maraq doğurur. Bununla o, faktiki, anlaşmanı sıfırlamış olur. Çünki erməni tərəfinin Qarabağ məsələsində bu cür maksimalist, avantürist və həyasız mövqeyi yalnız müharibəni yaxınlaşdırır, əsla ədalətli sülhü yox.

Düşmən ölkə rəhbərinin Bakı və Ankaraya belə "dil” uzatmaları olsa-olsa, işğalçı ölkənin və onun olan-qalan xalqının durumunu daha da ağırlaşdıracaq. Ermənistanın nə blokada şəraitindən, nə də Rusiyanın girovluğundan qurtulmasına imkan verməyəcək. Nəticə etibarilə işğalçı ölkədən kütləvi köç səngiməyəcək, iqtisadi islahatlar heç vaxt baş tutmayacaq, iqtisadi dolanışıq yaxşılaşmayacaq, demək, Ermənistanın demokratikləşməsi də uzaq perspektivə qalacaq.

Bu mənada Paşinyanın 9 dekabr seçkilərindən sonra, daha dəqiqi, eyforiya və kütləvi psixoz bitəndən sonra Ermənistanın ən ağır problemləri ilə baş-başa, təkbətək qalacağı şübhə doğurmur. Ötən 30 ilin acı təcrübəsi göstərir ki, bu problemlər qonşu Azərbaycan və Türkiyə ilə əlaqələr normallaşmadan aradan qalxa bilməz. Yolu bəlli. Ermənilərin xoşbəxtliyi Rusiyaya, Qərbə yox, ilk növbədə Türkiyə və Azərbaycana bağlıdır. Bədxah qonşular üçün 30 ilin ən böyük dərsi də elə budur. Qalır nəticə çıxarmaq...  

Siyasət şöbəsi,

Xəbər 1635 dəfə oxunub






Oxşar xəbərlər

Toqquşan dairələrdə müxalifət necə anlaşacaq?
Tanınmış hüquqşünas Konstitusiya Məhkəməsinin qərarını YAĞMALADI - “Konstitusiya Məhkəməsi də özünü tam buraxdı?”
Oqtay Gülalıyevin son durumu necədir?
Şotlandiyada müstəqillik referendumu keçiriləcək
Dünyanın ən gözəl qızı seçildi (FOTOLAR)
General Qabil Məmmədov da deputatlığa namizədliyini irəli sürdü (FOTO)
Gələn il Bakı nefti neçəyə satılacaq?
Gəncə SOS Uşaq Kəndində RƏZALƏT: İHB dəhşətli cinayətləri niyə gizlədir?
Marneuli rayonunun Qaçağan kəndində yeni İcma mərkəzi açılıb
Azərbaycan bayrağını Lələtəpəyə sancan polkovnik həbs olundu
Xaçmaz polisi oğru yaxaladı
Magistral yolda sürət həddi dəyişib
Gədəbəy sakini meşə talanına "DUR" deyir - VİDEOŞİKAYƏT
Elvin İsayev Azərbaycana deportasiya edildi
Deputatın hər gün aldığı 5 min manat… – QALMAQAL
YAP-ın xanım deputatları yenidən namizəd olacaqmı?
4 il susan deputatlar mandatsız qalacaqlar
Azərbaycanda pilotsuz taksilər olacaq
“EuroHome”da malları yanan sahibkarlara şad XƏBƏR
İsa Qəmbərin oğlu da deputat olmaq istəyir
Daha bir “TENDER KRALI” - “Azərtranss”...
Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi? - TƏHLİL
İlham Rəhimov hüquq ictimaiyyətini Moskvaya yığdı - yeni dövlət modeli axtarılır
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
İsfəndiyar Axundovdan Mehriban Əliyevaya şikayət: Dövlətin torpağı və pulu ərəblərə satıldı – VİDEO
AzTV-nin keçmiş sədrinin qızı bir ayda 5 şirkət yaratdı
Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb
Paşinyan “Qarabağ klanı” ilə haqq-hesab çəkir
Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?
Ermənistanda saxta hərbi sənəd aşkarlandı
Sərdar Cəlaloğludan “Eurohome” yanğını ilə bağlı şok açıqlama - VİDEO
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
PKK-da parçalanmalar davam edir
USAID-in Azərbaycandakı nümayəndəsi ADAU-da olub
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıb - SİYAHI
Refat Çubarov hava limanında saxlanıldı
Berlin rus diplomatlarını qovdu – Kremldən cavab
“Həzi Aslanov”un bir çıxışı bağlana bilər (RƏSMİ)
Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
"Vətəndaşımız səsini verdikcə dövlətimiz güclənir"
Siyavuş Novruzov parlamentə getmir? - Açıqlama
Leyla Əliyeva babasını belə andı – Video
Gülalıyev niyə sağalmır? – şok detallar
"Netflix" 4 milyona yaxın abunəçisini itirə bilər
Prezident Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34296] initstartout [0.00037] initstartin [0.00159] calstart [0.01854] calend [0.00105] topnewsend [0.00863] rsssend [0.00000] ehgend [0.01048] tagsstart [0.00089] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30135]