BAXCP sədri Əli Həziquliyevi təbrik edib

  • 02 noy 2018, 15:17

"Keçdiyiniz yolla, geridə buraxdığınız yarım əsrlik ömürlə qürur duymağa dəyər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın İdarə Heyətinin üzvü, "Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyevi 50 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: 
"Hörmətli Əli bəy,
Sizi 50 illik yubileyiniz münasibəti ilə təbrik edirəm. 
Siz Azərbaycanın azadlığı uğrunda mübarizənin ön cərgəsində olan dəyərli soydaşlarımızdan biri kimi gəncliyinizin ən gözəl illərini istqlal məfkurəmizin ürəklərə, düşüncələrə yol tapmasına həsr etmisiniz. İstedadlı, cəsarətli qələm sahibi kimi hər zaman milli idrakın, millətimizin azadlıq ideallarının yanında, bu idellara qarşı savaş açanların qarşısında dayanmısınız. Bu baxımdan, keçdiyiniz yolla, geridə buraxdığınız yarım əsrlik ömürlə qürur duymağa dəyər.
50 yaş təkcə ömrün deyil, düşüncələrin, hədəflərin də yol ayrıcıdır. Geridə qalan zaman kəsiyi isə təkcə qürur duymaq üçün deyil, həm də irəliyə doğru addımlamaq üçün möhkəm təməldir. Sizin bundan sonra da bu möhkəm təməl üzərindən milli hədəflərimizə doğru yürüyəcəyinizə əminəm.
Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram”.

Oxşar xəbərlər