Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:22 - 22.11.2019  
Ermənistan rəhbərliyinin seçkiöncəsi Qarabağ təxribatı
Tarix: 6-11-2018, 11:14 | Bölmə: Xəbərlər » Siyasət

Yaxud Minsk Qrupu həmsədrlərinin səfərinə Nikol Paşinyanın "cavabı”; "Rus NATO”sundan istədiyini ala bilməyən işğalçı ölkənin güc strukturları Azərbaycan ərazilərində toplaşdılar; politoloq: "Ancaq bu da o demək deyil ki, Moskvanın münaqişənin həllində baxışı dəyişir”

Ermənistan rəhbərliyinin seçkiöncəsi Qarabağ təxribatıNoyabrın 8-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna yeni təyinat olacaq. Həmin gün KTMT ölkələrinin başçıları (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan) qurumun təhlükəsizlik şurasının sessiyasında iştirak edəcəklər və baş katibliklə bağlı qeyri-müəyyənliyə son qoyulacaq.

Bu arada Ermənistanın canfəşanlığının iflasa uğradığını da söyləmək olar. Belə ki, İrəvan çox cəhd göstərirdi ki, 1 mart 2008-ci il hadisələrinə görə barəsində cinayət işi qaldırılan, sonradan girov müqabilində həbsdən qurtulan və Rusiyanın himayəsi nəticəsində Moskvaya gedən Yuri Xaçaturovun əvəzinə başqa bir hərbçini baş katib postuna təyin etdirsin. Ancaq Rusiya buna birmənalı şəkildə imkan vermədi. Moskva ona yaxın generalın barəsində cinayət işi açan Ermənistanı öz yerində oturtmaq üçün onun 2020-ci ilədək KTMT-yə baş katiblik etmək səlahiyyətini də əlindən aldı.

Hazırda baş katibliyə Belarus Respublikasının dövlət təhlükəsizlik katibi Stanislav Zasın namizədliyi müzakirə olunur. Kommersant qəzetinin yazdığına görə, bununla bağlı son qərar alyansın liderlərinin 8 noyabr zirvəsində qəbul olunacaq. Məlumatda deyilir ki, Ermənistanın bu posta iddia etməsi mübahisəli vəziyyət yaradıb. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyan deyib ki, baş katib məsələsi Qazaxıstanda "mütləq müzakirə olunacaq”. Diplomatik qaynaqlara istinad edən Rusiya mediasının yazdığına görə, çox güman ki, KTMT-nin yeni baş katibi Belarus nümayəndəsi olacaq. Y.Xaçaturov geri çağırıldıqdan sonra, yəni 2 noyabrdan etibarən baş katib səlahiyyətlərini Rusiya nümayəndəsi Yuri Semernikov icra edir. Ancaq gözləntilərə görə, baş katibin təyinatı rotasiya prinsipi əsasında həllini tapacaq. Ermənistandan sonra isə qurumda əlifba sırası ilə növbəti ölkə olan Belarusdur. Qeyd edək ki Belarusun KTMT-dəki namizədi, 54 yaşlı general-mayor Stanislav Zas 4 noyabr 2015-ci ildən Belarus təhlükəsizlik şurasına rəhbərlik edir və öz fəaliyyəti ilə KTMT-də yaxşı tanınır. O, həm də qurumun təhlükəsizlik şurasının komitə sədridir.

S.Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Həmçinin 1996-cı ildə Belarus Hərbi Akademiyasını, 2005-ci ildə isə Rusiya Federasiyası Baş Qərargahının hərbi akademiyasında təhsil alıb. Silahlı qüvvələrdə müxtəlif vəzifələrdə xidmət keçən Zas 2008-ci ilin avqustunda Belarus dövlət təhlükəsizlik şurasının katibinin müavini təyin edilib.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri vaxtilə Xaçaturovu geri qaytarıb həbs etmək təşəbbüsü göstərməklə Moskvanın gözündə qırmızı cizgiləri aşmış oldu:"İndi İrəvan Xaçaturovun yerinə bir başqa erməni zabiti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katib seçdirmək istəyir. Ancaq təşkilata üzv olan dövlətlər, o cümlədən Rusiya fərqli qərar da verə bilər. Əgər bir başqa ölkənin namizədi baş katib seçilsə, bu, Paşinyanın mövqelərinə zərbə kimi qiymətləndiriləcək. Ancaq Paşinyan erməni xislətini işə salaraq erməni zabitin baş katib seçilməsini də Rusiyadan yalvara bilər. Rusiyanın buna necə reaksiya verəcəyini bir neçə gündən sonra biləcəyik”.

E.Şahinoğlunun sözlərinə görə, erməni baş katibin KTMT-yə seçilməməsi Dağlıq Qarabağ danışıqlarında bizə heç bir üstünlük qazandırmır: "Bu, onların daxili işidir. KTMT-də baş katib uzun illər Rusiya təmsilçiləri olublar, ancaq bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə zərrə qədər də təsir etməyib. Paşinyan isə Qarabağa gəlişləri ilə təxribatlarını davam etdirir”. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamalarına gəldikdə, politoloq dedi ki, bunu Paşinyana bir mesaj kimi də dəyənlədirmək olar: "Nikol Paşinyan çox istəyir ki, danışıqlarda Dağlıq Qarabağ təmsilçiləri tərəf kimi iştirak etsinlər. Lavrov isə deyib ki, bu, ancaq tərəflərin razılığı şərti ilə baş tuta bilər. Tərəflərdən biri - Azərbaycan bunun əleyhinədir. Demək, Lavrovun da məntiqindən çıxır ki, Paşinyanın istəyi baş tutmayacaq. Ancaq bu da o demək deyil ki, Moskvanın münaqişənin həllində baxışı dəyişir. Kremlin münaqişənin həllinə baxışı o zaman dəyişəcək ki, ”münaqişənin həlli üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır" ifadəsini dilə gətirsinlər. Bu ifadəni isə amerikalı diplomatlardan başqa kimsə səsləndirmir".

Ermənişünas alim Qafar Çaxmaqlı isə hesab edir ki, KTMT-nin baş katibi məsələsi müzakirə mövzusu olmamalıdır:"Orada prinsip əlifba sırasıdırsa, Belarusun nümayəndəsi baş katib olacaq. Ermənilər müddətin başa çatmadığını bəhanə edirlər, amma bunun faydası olmayacaq. İkinci tərəfdən də korrupsiyaya uğramış və bir çox cinayətlərdə əli olan Xaçaturova görə Ermənistan cavab verməlidir, ondan soruşulmalıdır ki, belə bir təşkilata cinayət işləmiş bir adamın namizədliyini niyə verib. Azərbaycan bu qurumda yoxdur və işğalçı ölkə ilə bir sırada olmaq mümkün deyil. Əlbəttə, KTMT hərbi təşkilatdır və bu təşkilatın nizamnaməsinə görə işğala məruz qalan hər hansı ölkəyə üzv dövlətlər hərbi yardımda bulunmalıdırlar. Amma dəfələrlə bu məsələ ortaya çıxarkən bəzi ölkələr Azərbaycana qarşı müdaxilədə iştirak etməyəcəklərini söyləyiblər. Onlardan biri Qazaxıstandır. Mən ehtimal etmirəm ki, hətta bu qurumun rəhbəri erməni olsa belə, Azərbaycan - Ermənistan münaqişəsinə müdaxilə edilsin”. Q.Çaxmaqlı qeyd etdi ki, bu qurumun başını Rusiya çəkir və bu qurum faktiki olaraq Rusiyanın iradəsinə tabedir: "Hər hansı savaş halında Rusiyanın iradəsi rol oynayacaq. Rusiyanın Qarabağ məsələsində oynadığı rol isə bəllidir, bunu müzakirə etməyə ehtiyac yoxdur. Yəni burada kimin baş katib olmasının ciddi məqamda kim olması az əhəmiyyətli məsələdir”.

Ekspert erməni baş nazirin ərazilərimizə qanunsuz səfərinə də münasibət bildirdi: "Paşinyanın KTMT sammiti ərəfəsində Qarabağa gəlməsi inanmıram ki, hansısa ciddi gözləntilərdən xəbər verir. Rusiya bu qurumu NATO-ya alternativ qələmə vermək üçün şişirdilmiş üsullardan istifadə edir. KTMT NATO-ya bərabər təşkilat deyil, dünyada gedən proseslərə təsir imkanı da çox məhduddur. Paşinyan hakimiyyəti zəbt edəndən sonra bir neçə dəfə Azərbaycan torpaqlarına girib. Bu da növbəti bir səfəridir, ehtimal ki, Ermənistandakı seçki prosesi ilə bağlıdır”.

Qeyd edək ki, Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Dağlıq Qarabağda qondarma rejimin rəhbəri Bako Saakyanla görüşü zamanı təmas xəttində atəşkəsin pozulması hallarının minimuma endiyini bildirib. Eyni zamanda əlavə edib ki, Düşənbədə əldə edilmiş razılaşmaya tam əməl edilmir. "İstənilən halda biz hadisələrin istənilən inkişaf ssenarisinə hazır olmalıyıq” - Paşinyan belə deyib. (Virtualaz.org) Ermənistan hökumətinin mətbuat xidməti bildirir ki, Paşinyan Saakyanla birlikdə əsgərlərlə də söhbətləşib, onları əmin etməyə çalışıb ki, orduda xidmət şəraiti xeyli yaxşılaşdırılacaq. Belə görünür ki, bu vədlər Qarabağdakı erməni işğalçı qüvvələrinin sıralarında son aylar dalbadal baş verən intiharlar, əsgərlərin döyülüb öldürülməsi kimi insidentlərlə bağlıdır. "Biz yemək təminatı barədə məsələləri fəal müzakirə edirik. Ümid edirik ki, qurulan mexanizmlərin nə dərəcədə effektli olduğunu görə biləcəyik. Aydındır ki, indiki sistem heç kimi qane etmir-nə komandir heyətini, nə hərbçiləri, nə valideyinləri” - Paşinyan bildirib. Ermənistan rəhbəri deyib ki, komandir heyətini məişət qayğılarının həllindən azad etmək lazımdır. "Bizim vəzifəmiz odur ki, hərbçilər ancaq hərbi işlərlə məşğul olsunlar, məişət işlərinə enerji sərf etməsinlər” - o deyib.

"Yeni Müsavat” erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyanın Qarabağda keçirdiyi "müşavirədə” separatçı rejimin rəhbərliyi ilə yanaşı, Ermənistan hakimiyyətinin təmsilçiləri də iştirak edib. Belə ki, iclasda Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan, David Tonoyan, xarici işlər naziri vəzifəsinin icraçısı Zoqrab Mnatsakanyan, milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan, baş qərargah rəisi Artak Davtyan iştirak edib.

Qarabağa qəfil səfərindən sonra qısamüddətli məzuniyyətə çıxdığını elan edən N.Paşinyanın tez-tələsik işğal zonasındakı erməni generalları və Ermənistanın güc strukturları rəhbərlərini bir araya yığması şübhəsiz ki, təxribatçı hərəkətdir. Xüsusən də ATƏT-in Minsk Qrupu həmsədrlərinin son səfərinin ardınca Paşinyanın belə bir davranış sərgiləməsi səbəbsiz deyil. N.Paşinyanı qarşıda parlament seçkiləri kimi ağır sınaq gözləyir. Rusiyanın Ermənistan hakimiyyətinə münasibətinin necəliyini XİN rəhbəri S.Lavrovun son açıqlamalarından da görmək olar. Lavrov Qarabağdan bəhs edərkən Ermənistandakı gərginliyin başa çatmadığına işarə vurmuşdu. Bu isə ondan xəbər verir ki, Paşinyanı ağır sınaqlar, sürprizlər gözləyir.

Üstəlik, Ermənistan üçün KTMT də "arzulunmaz ünvan”a çevrilib. Belə ki, Yuri Xaçaturovun geri çağırılmasından sonra İrəvanın yeni namizəd irəli sürməsinə qurum rəhbərliyinin saymazyana münasibəti əslində N.Paşinyana münasibətin göstəricisi sayıla bilər. Məlum olduğu kimi, 8 noyabrda Belarus təmsilçisinin namizədliyi irəli sürüləcək. Bütün bunların fonunda seçkiyə gedib qalib gəlməyin nə qədər çətin olduğunu Paşinyan da anlamamış deyil. Odur ki, Qarabağda təxribatlar törətməklə, Qarabağ kartından istifadə etməklə seçicilərin səsini qazanmaq istəyir. Əks təqdirdə, Qarabağ klanı növbəti dəfə hərəkətə keçib "inqilab lideri”ni küçəyə qaytara bilər.

Elşad PAŞASOY

Xəbər 1412 dəfə oxunub






Oxşar xəbərlər

Əfv Komissiyasında yeni sədr - Ramiz Mehdiyevi kim əvəzləyəcək?
Əziz Əzizov “Korrupsiyaya qarşı mübarizə” qanununu pozub - Açıqlama
Bələdiyyə sədri qandallandı
Ata Abdullayevin Milan şousuna sərt reaksiyalar
Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan
Türkiyənin məşhur aktrisaları Bakıya gəlir
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.35746] initstartout [0.00017] initstartin [0.00069] calstart [0.00914] calend [0.00052] topnewsend [0.00455] rsssend [0.00000] ehgend [0.04835] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29336]