Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:59 - 22.01.2019  
Fazil Məmmədovu Bakıya çağırırlar - İttihamlara cavab verəcək
Tarix: 6-11-2018, 10:07 | Bölmə: Xəbərlər » Siyasət

İşdən çıxarılandan 11 ay sonra sabiq vergilər nazirinin Gəncədəki xəstəxanasında yoxlamalar başlaması təsadüfi deyil və bu, digər obyektlərdə də təftişlər olacağının siqnalıdır; 7 aydır müalicə olunan F.Məmmədovu Bakıda nə gözləyə bilər?

Fazil Məmmədovu Bakıya çağırırlar - İttihamlara cavab verəcək1 ay sonra - dekabrın 5-də sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasının bir ili tamam olur.  F.Məmmədov işini itirən digər keçmiş nazir həmkarları kimi jurnalistlərdən uzaq qaçır. Amma o, məsələn, Səlim Müslümov və ya Heydər Əsədovdan fərqli olaraq ortaya çıxmır, üstəlik, bir neçə aydır ki, Azərbaycandan da uzaqdadır.

17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov işdən çıxarılan nazirlərdən ən gənci olsa da (1964-cü il), vəzifəsini itirən kimi "ətraf mühitlə də bağlantılarını kəsərək” nədənsə, barəsində yalnız "ağır xəstə” xəbərlərinin tirajlanmasında maraqlı oldu. F.Məmmədov ondan sonra hakimiyyətdəki irili-xırdalı məmurların, eləcə də yaxın qohumlarının işdən çıxarılmasına da reaksiya vermədi.

Son yeddi ayda isə sabiq nazir haqda yalnız xəstəxana palatalarında olduğu haqda məlumatlar var. F.Məmmədovun xəstələnməsi barədə ilk xəbər işdən çıxarılandan 5 ay sonra - bu ilin aprelində yayılmışdı.  F.Məmmədovun ürəyinin tutması onun barəsində mediada ciddi ittihamların ortaya çıxdığı dövrlərə təsadüf edirdi. İttihamlar da həqiqətən ürək ağrıdan idi. Məsələn, elə yeni vergilər naziri Mikayıl Cabbarovun dediklərini xatırlamaq yerinə düşər. Nazir F.Məmədovun dövründə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq vəsaitlərin alındığını, həmin pulların şəxsi ciblərə axdığını bildirmişdi. Sabiq nazirin ürəyini gücə sala biləcək daha bir iddia vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə idi.

Beləliklə, sabiq nazirin infarkt diaqnozu ilə özünə məxsus Gəncə Beynəlxalq Hospitalına yerləşdirildiyi xəbərindən bir müddət sonra müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verildiyi açıqlandı. İyun ayında F.Məmmədov Türkiyədə "American Hastanesi”nə yerləşdirildi. Avqust ayında sabiq nazirin Türkiyədə "Çırağan Palace”da istirahət etməsi xəbərinin ardınca sabiq nazirin səhhətinin kəskin ağırlaşdığı və reanimasiyaya yerləşdirildiyi bildirildi. Son olaraq oktyabrın əvvəlində F.Məmmədovla bağlı yayılmış məlumatda isə bildirilirdi ki, onun səhhəti tam olaraq, normallaşmadığından Azərbaycana qayıda bilmir. "Belə ki, eks-nazir uzun müddət müalicə almasına baxmayaraq, tez-tez hərarəti qalxır. Həkimlər isə onun daha bir kurs müalicə almasını tövsiyə edirlər” deyə, xəbərlərdə bildirilirdi.

F.Məmmədovun müalicəsinin niyə uzanması barədə bu günlərdə sensasion bir iddia yayılmışdı. Azpolitika.az saytı məlumatlı mənbəyə istinadən yazırdı ki, sabiq nazirin səhhətində heç bir ciddi problem yoxdur. Durumunun ağır olması barədə məlumatlar isə özünün istəyi ilə yaxınları tərəfindən məqsədli şəkildə, qəsdən yayılır. F.Məmmədovun yaxın çevrəsi ilə ünsiyyətdə olan şəxslərdən birinin sözlərinə görə, F.Məmmədovun vəzifədən çıxdıqdan sonra həm Bakıda rəsmi orqanlarda qarşılaşacağı bir çox sualları cavablandırmaqdan qaçmaq, həm də vergi adı ilə əvvəlcədən külli miqdarda pul ödətdirdiyi iş adamlarının tələblərindən yayınmaq üçün "xəstəliyi sağalmır”.

Fazil Məmmədovu Bakıya çağırırlar - İttihamlara cavab verəcək

Sitat: "Düzdür, hələ nazir olduğu dövrdə də həddən artıq spirtli içkilər qəbul etdiyi, xroniki alkoqolizmdən əziyyət çəkdiyinə dair söyləntilər vardı. Ancaq bunun Fazil Məmmədovun səhhətində ciddi problemlər yaratdığına inanmıram. Çünki o, vaxtaşırı müayinədən keçən, səhhətini qoruyan biri olub. Spirtli içkilər səhhətində hər hansı bir ciddi problemlərə səbəb olsaydı, vaxtında qarşısı alınardı. Sadəcə, ictimaiyyəti inandırmaq üçün haqqında yayılan məlumatlardan məharətlə istifadə ediblər. Bəlkə də həkim dostları bunu məsləhət görüb. Hamı spirtli içkilərə meylli olduğunu bildiyi üçün onun belə bir xəstəliyə (mədəaltı vəzin iltihabı olan pankreatit xəstəliyi əsasən spirtli içkilərdən yaranır - red.) tutulmasına müəyyən dairələri və ictimaiyyəti inandırmaq çətin olmadı. Ancaq yadınıza salım ki, əvvəlcə onun infarkt keçirdiyi xəbəri yayılmışdı. Məhz infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Ancaq sonra bir gecədə diaqnozu dəyişib, Türkiyəyə apardılar. Bəlkə də gördülər ki, infarkt adı ilə uzun müddət xəstəxanada qala bilməyəcək və ya xaricə apara bilməyəcəklər, ona görə diaqnozu dəyişdilər”.  Mənbə onu da əlavə etmişdi ki, F.Məmmədov "Bakıda özü ilə bağlı ”suların durulmasını", hamının yadından çıxmasını gözləyir".

Noyabrın 4-də isə bu iddiaları təsdiqləyəcək daha bir məlumat yayılıb. Bildirilir ki, sabiq nazirin obyektlərində yoxlamalar başlayıb. "Bir vaxtlar sahibkarlara göz verib, işıq verməyən eks-vergilər naziri Fazil Məmmədov özü yoxlamalara məruz qalıb. Sabiq nazirin Gəncədəki obyektlərində 4 gündür təftiş aparılır. Xüsusilə F.Məmmədova məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir. Güman olunur ki, F.Məmmədov özü rəhbər vəzifədə olarkən, xəstəxanasının külli miqdarda vergidən yayınmasına yol verib” deyə, modern.az-ın xəbərində bildirilir.

Qeyd edək ki, uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olmuş F.Məmmədovun böyük biznes imperiyası var. Yəni yoxlamalar onun hələ əyalətdəki "xırda” hesab olunan obyektlərindən başlayıb. Belə güman etmək olar ki, F.Məmmədovun obyektlərində işdən çıxarılandan 11 ay sonra yoxlamalar başlaması təsadüfi sayılmır və bu, təkcə Gəncədəki deyil, digər obyektlərdə də təftişlər başlayacağının (əgər başlamayıbsa) siqnalıdır. Belə olacağı təqdirdə isə F.Məmmədov müalicəsini ya Bakıda davam etdirə və ya suallara cavab vermək üçün zorla gətirilə bilər.

"Yeni Müsavat”

Xəbər 469 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Rusiya və Çin kanalına müsahibə verib
BMT: Dünyada sərmayələrin həcmi 19 faiz azalıb
3 vəkilin fəaliyyətinə "son", 1-nə töhmət
Milli Şuranın mitinqinə niyə icazə verildi - deputatın şərhi
Yəhudi baş nazir təcavüzkarlara "meydan oxudu"
Tanınmış futbolçu karyerasını başa vurub
“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK
Gəncədə "Unutmuruq!" aksiyası keçirilib
Prezident Mehman Hüseynovla bağlı TAPŞIRIQ VERDİ
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
Şuşanın icra başçısı Trampın avtomobilində gəzir - FOTO
Arif Hacılı Bakıya qayıdıb - FOTO
Mehman Hüseynov Prezidentə müraciət ünvanlayıb - "Azadlığa çıxmaq istəyirəm"
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – Bakıda və Yerevanda sorğu (VİDEO)
"Atamın qollarını qanlı gördüm" - Röya
La Liqa: 20-ci turun görüşləri keçirilib
Deputat:"Nazirlər Kabineti ləğv edilməlidir"
“BAŞINIZ QARIŞIB SÜRÜCÜLƏRİ PUSMAĞA…” – ittiham
Somalidə 50-dən çox terrorçu məhv edilib
Bakıda güclü külək mərasim evini uçurub – VİDEO
“Vətəndaş bilməlidir ki, onu idarə edənlər nə qədər qazanırlar” - ŞƏRH
"20 Yanvar faciəmiz - milli birlik və vətənpərvərlik simvolumuzdur" - Gənc fəal
Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət - RƏSMİ
Moskvada soydaşlarımız təhqir olundu: "Vı, pustoy narod" - VİDEO
İlham və Fərizənin həyatlarının son anları
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - saxlanılanlar var
Şəhidlər Xiyabanına axın - FOTOSESSİYA
Qalmaqallı xəbər: - "Suriyadakı partlayışı Necati Şaşmaz törədib"
"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Mübariz Qurbanlı
ABŞ eskadra mina gəmisini Qara dənizə göndərib
20 Yanvar şəhidlərimizin xatirəsi ehtiramla yad edilir
Prezident Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
"Vaşinqton Post": "Tramp istefa verib, Krıma qaçdı"
20 Yanvar günü bu yollar bağlı olacaq
Türkiyə 54 minə yaxın suriyalıya vətəndaşlıq verib
Bakı səmasında qeyri-adi hadisə (FOTOLAR)
Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13113] initstartout [0.00015] initstartin [0.00065] calstart [0.00752] calend [0.00043] topnewsend [0.00325] rsssend [0.00000] ehgend [0.02280] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09581]