Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:43 - 18.11.2018  
Qərb “düymə”yə basır - Ermənistan üçün tələ
Tarix: 1-11-2018, 09:24 | Bölmə: Xəbərlər » Siyasət

Paşinyan Kremlin hədəfinə itələnir; Rusiya narahat və qəzəblidir; erməni KİV-lərindən SOS siqnalı: "Biz gec-tez dilemma və ya dalanla üzləşəcəyik”; rusiyalı hərbi analitik: "Ermənistan çox çətin vəziyyətə düşüb...”

Qərb “düymə”yə basır - Ermənistan üçün tələRusiyada tarixi boyu demokratik idarəçilik olmadığından, həmsərhəd ölkələrdəki demokratik dəyişikliklərə onun normal münasibətini gözləməyə dəyməz. Gürcüstan, Ukrayna, Baltikyanı ölkələrdə gedən proseslərə Kremlin məlum reaksiyası bunun barizi sübutudur. Rusiya belə dəyişiklikləri ən əvvəl ona görə istəmir ki, günün birində demokratiya presedenti onun öz daxilində də yaşana və Rusiya imperiya quruluşlu dövlət olaraq, "tikişlər üzrə” sökülə bilər.

Ermənistandakı son proseslərə şimal qonşumuzun neqativ münasibətinin kökünü ilk növbədə burada axtarmaq lazım gəlir. Şübhə yox ki, qonşu Gürcüstana, Ukraynaya, Baltik ölkələrinə əli çatmayan Moskva satellit və vassal Ermənistanda demokratiya tamaşasına dözüm göstərməyəcək. Daha bir səbəbdən: bu tamaşanın "quruluşçu rejissoru” məhz Rusiyanın əsas geosiyasi rəqibi, regionda möhkəmlənib onu sıxışdırmaq istəyən ABŞ-dır. Ermənistanda "məxməri inqilab”ın memarı da oradakı Amerika səfiri Riçard Millz hesab olunur.

Son zamanlar bölgəyə, o cümlədən işğalçı ölkəyə amerikalı yüksək çinli emissarların (Corc Kent, Con Bolton) artan səfərləri də Kremlin qayğılarını ciddi şəkildə artırıb. Rusiyanın ekspert çevrələrində hətta ehtimallar yaranıb ki, Vaşinqton Cənubi Qafqazı bütünlüklə Moskvanın nəzarətindən çıxarmaq üçün hansısa plana malikdir və bu plana Qarabağ probleminin tezliklə həlli də daxildir.

Xüsusən də Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Amerika xarici siyasətinin "qırğılarından” olan Con Boltonun regiona təzəcə başa çatan səfəri, onun Bakı, İrəvan və Tiflisdə verdiyi mühüm bəyanatlar, belə görünür, Moskvanı xeyli rahatsız və qəzəbli edib. Bu da özünü ən çox inqilabsonrası müttəfiq Ermənistana münasibətdə göstərməkdədir.           

***** 

"Con Boltonun bölgəyə səfərindən sonra Moskvada antierməni və anti-Paşinyan isteriyası formalaşır”. Bunu Azadlıq Radiosuna müsahibəsində rusiyalı hərbi analitik Pavel Felgenhauer deyib (axar.az). Onun fikrincə, Moskvanın öz stilini dəyişərək Ermənistanda yaranan çətin situasiyanı başa düşməyə cəhd edəcəyini düşünməyə dəyməz. "İrəvan çox çətin situasiyaya düşüb. Onun atacağı hər bir səhv addım düşdüyü situasiyanı daha da çətinləşdirəcək. Cənubi Qafqaz respublikaları içərisində İranla münasibətlərdə açar ölkə Ermənistan sayılır. Buna görə də Amerika tərəfi Ermənistandan İranla sıx əlaqələri kəsməyi tələb edir. Moskvaya gəlincə, Nikol Paşinyanın ABŞ silahlarını ala biləcəkləri haqqında bəyanatı Rusiyada isteriya yaradıb. Moskva indidən deyir ki, amerikalılar indi də Ermənistanı bizdən alırlar. Amma Rusiya öz sərt davranışlarını dəyişməyəcək”, - deyə o qeyd edib.

Analitikin sözlərinə görə, indiki zamanda həqiqətən Ermənistanın ABŞ silahlarına ehtiyacı var: "Ermənistan Azərbaycana bu məsələdə uduzur. Bakı bu cür silahları İsraildən almaqla kompensasiya edir, amma Rusiyada bu cür silahlar yoxdur. Məntiqlə Moskva belə situasiyada Ermənistanın öz təsirində saxlanılması üçün ona daha çox rus silahı almağa imkan verəcək yeni sərfəli kreditlər təklif edə bilər. Rusiya Paşinyana bundan öncə də güvənmirdi. Boltonun bəyanatından sonra isə Moskvanın Ermənistanda hakimiyyətə qərbyönlü adamların gəldiyini  deməyə əsasları yaranır”.

*****

Ermənistan uğrunda Qərb (ABŞ)-Rusiya rəqabətinin sərtləşdiyi vaxtda Avropa Birliyi (AB) rəsmisi seçki ərəfəsində İrəvanın ünvanına Moskvanı daha da qəzəbləndirən və Paşinyanı şirnikləndirən bəyanat səsləndirib. Belə ki, "Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi məlumata görə, AB-nin Ermənistandakı səfiri Pyotr Svitalski jurnalistlərlə görüşündə açıq-aşkar inqilabçı qüvvələrə simpatiya və dəstək ifadə edərək deyib: "Biz Ermənistanın yeni hökuməti ilə işimizi davam etdiririk və mən əminəm ki, siz tezliklə yeni anlaşmaların nəticəsini - yeni maliyyə müqavilələrini, yeni anlaşmaları görəcəksiniz”.

Yəni AB artıq Ermənistanda erkən seçkilərin Paşinyan tərəfdarlarının qələbəsi ilə bitəcəyinə əmindir və ondan sonrakı dönəmə köklənib. Yeri gəlmişkən, Con Bolton seçkilərdən sonra N. Paşinyanın Qarabağ məsələsinin həllində inamlı addım atacağına ümid ifadə eləmişdi. Onu da demişdi ki, Dağlıq Qarabağ konflikti həll edilmədən nə Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşacaq, nə də Ermənistan Rusiya təsirindən uzaqlaşa biləcək.

Bu qəbildən bəyanatlar təbii ki, Kremldə dərhal fiksə edilir. Artıq onlara Rusiya XİN səviyyəsində sərt reaksiyalar da var. Belə qənaət hasil olur ki, Qərb şüurlu şəkildə Paşinyan və komandasını Moskvanın hədəfinə gətirir ki, İrəvan seçim eləmək zorunda qalsın. Bunu müəyyən mənada işğalçı ölkə üçün tələ də adlandırmaq olar. 

*****

 

"ABŞ və Avropa Birliyi rəsmi bəyanatlar səviyyəsində Ermənistanın inqilabçı hökumətini müdafiə edir - prinsipial təşəbbüskarlıq məsələsində ona kart-blanş verməklə. Onlar erməni inqilabı timsalında təkcə Ermənistanı yox, bütövlükdə bölgəni dəyişə biləcək müstəsna fürsət görürlər. Məhz burada biz erməni inqilabının paradoksu ilə üzləşirik - hansı ki, gec-tez Ermənistanı dilemma və ya dalan qarşısında qoyacaq”.

"Yeni Müsavat” xəbər verir ki, bu haqda 1 in.am erməni portalında getmiş dünənki yazıda deyilir.

"Daha dərin səbəbləri olan və siyasi sistemin bütün komplekslərinə dəxli olan erməni inqilabının paradoksu hətta inqilabdan sonra da aradan qaldırılmayıb. Ölkənin siyasi rəhbərliyi Qərbin siyasi mesajlarından Rusiya-erməni əlaqələrini vassal rejimindən tərəfdaşlıq müstəvisinə keçirmək üçün istifadə etmək istəmir və ya bacarmır”, - deyə müəllif təəssüflə əlavə edib.

*****

Bu arada Ermənistanda inqilab sonrası təlaş artmaqdadır. Bir sıra yerli analitiklərə görə, Nikol Paşinyan keçən 6 ayda köhnə sistemi xeyli dərəcədə sökə bilsə də, hələ ki təzəsini qura bilməyib, bunu bacarmayıb. Nümunə kimi ölkənin köhnə seçki məcəlləsi ilə yeni seçkilərə getmək zorunda qalması bildirilir. Erməni ekspertlər hesab edirlər ki, köhnə seçki məcəlləsi sırf korrupsioner-oliqarxik sistemin maraqları əsasında hazırlanıb və bu məcəllə ilə seçkilərə getmək olmaz.

Məlumdur ki, Paşinyan bu günlərdə parlamentdəki müxalif çoxluğa təzyiq eləsə də, təzə məcəlləni qəbul etdirə bilməyib. Bu isə analitiklərə görə, dekabr seçkilərində inqilabçı qüvvələr qalib gəlsə belə, ölkədə köklü islahatlar aparmağa imkan verməyəcək, nəticə etibarilə inqilab başlıca hədəfinə çatmayacaq.

Bir yandan da öz adamları ilə, Qarabağ klanı ilə revanş üçün pusquda duran Moskva. Odur ki, il sonu Ermənistanda ən qəliz dönəmin başlayacağını ehtimal eləmək olar. Bir şey dəqiqdir ki, Kreml "düymə”yə basmağı çox ləngitməyəcək. Zatən Qərb artıq "düymə”yə basıb...   

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 270 dəfə oxunub






Oxşar xəbərlər

Kosovo - Azərbaycan qarşılaşması final olacaq"
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək
DÜNYAYA TƏHLÜKƏ! ABŞ və Rusiyanın “kimyəvi hücum” mübahisəsi dərinləşir
Fazil Məmmədov Gəncə Beynəlxalq Hospitalına yatırılıb - Reabilitasiya
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Qırğızıstanda vilayət prokuroru öldürüldü
Deputat: "Niyə vəzifədə olana yaltaqlanırıq, gedənə isə “balta çalırıq?
Azərbaycan yığması Farer adalarını məğlub edib
"305 erməni millətçisi barəsində cinayət işi açılıb "
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
Afinada qarşıdırma: 22 nəfər saxlanılıb
Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək
YÜKSƏK VƏZİFƏ TUTAN "ABEL MƏHƏRRƏMOV KLANI"
Azərbaycan Fransaya etiraz notası verib
DGK -nın kollegiyasının yeni tərkibini təsdiq edilib
Sabiq baş nazirin təhlili - MEYDAN VƏ QARABAĞ
Merkeldən etiraf: "Səhv elədim..."
Separatçı lider bu dəfə ABŞ-a getdi
"Yubiley medalı" haqqında əsasnamə təsdiqləndi - Foto
Cenifer Qətərdə 20 dəqiqəyə 2 milyon aldı - Foto
Prezident 1 fərman, 1 sərəncam imzaladı
Atasına şəfa diləyən iki uşaqdan Mehriban xanım Əliyevaya ürəkparçalayan MƏKTUB
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
Novruz Məmmədovdan yeni qərar - Elmi mərkəz yaradılır
1988-ci ilin BU GÜNÜ VƏ 5 dekabr – müəmma dolu gün
CƏBHƏDƏN XƏBƏR: Atəşkəs 30 dəfə pozulub
Mübariz Mənsimovdan sərt sözlər: - "Bədbəxtlər, səviyyəsizlər"
Abel Məhərrəmovun səfir oğlu geri çağırılacaq
XİN-dən Norveç səfirliyi ilə bağlı sərt MÖVQE
Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı
ULDUZ FALI - 17 NOYABR
Azərbaycanlı kriminal avtoritetin ad gününə basqın edilib
17 NOYABR - Azərbaycanda Milli Dirçəliş Günüdür
Əxlaqsız FETÖ-çü əli qandallı Türkiyəyə gətirildi
Qurban Qurbanov: "Rəqibin sürprizlərinə hazır olacağıq"
Abeli bihuş edən və bitirən şərab - "ABEL MENDOZA"
Prezident Sumqayıtdan Bakıya qatarla gəldi - FOTO
“Siyasi əcəbsəndəl”, yoxsa Paşinyanın seçki siyahısı?
Rəmişin fanatı ustadına dil uzadanlara meydan oxudu
Sahil Babayevin müavini Mikayıl Cabbarovun müavini oldu - TƏYİNAT
Sədərək bazarındakı yanğın söndürülüb
Faiq Ağayev sabiq rektoru belə ələ saldı – FOTO
GDU-da kafedra müdirinə yazılan "DƏVƏTNAMƏ" və papaqla alın tərindəki xəcalət
Putinə qarşı hörmətsizlik: Yoxlanıldı, sonra da…
Fazil Mustafa replika atdı: "Kitab daşıyıram, şərab haramdır"
Vergilər Nazirliyinin səlahiyyətləri artırılır
Ramiz Rzayev hakimlərin sayının azlığından danışıb
Yasamalın sabiq icra başçısı Türkiyədə ürəyindən əməliyyat olunub
“Sədərək” bazarında yanğın - SON DƏQİQ
Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? -AÇIQLAMA
Məhərrəmovların Madriddəki şərab biznesi və son nitqi / VİDEO
Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşıb
Göyçayda mənşəyi məlum olmayan 500 kiloqram ət aşkarlanıb
"Piter Elçin" Rusiyaya qayıtdı - Xəlilov qardaşları Sankt-Peterburqdan qaçdı
Yevlaxda 17 yaşlı qız oğurlandı
"MEDERA HOSPİTAL" 1 milyon cərimə edildi (Özəl)
Abel Məhərrəmovu ispan şərabı, şeyxlə "razborka" və dikbaşlıq bitirib / SENSASİON
Abel Məhərrəmov vəzifəsindən AZAD EDİLDİ
QHT Şurası 2019-cu il birinci qrant müsabiqəsini elan etdi
Milli Məclisdə deputatlar arasında mübahisə düşdü
Eldar Əzizov rəsmən Bakı meri oldu – SƏRƏNCAM
Milli Məclisə ayrılan pulun məbləği ARTIRILIR

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14858] initstartout [0.00012] initstartin [0.00057] calstart [0.00771] calend [0.00045] topnewsend [0.00369] rsssend [0.00000] ehgend [0.03632] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09895]