Köçəryan Ermənistanda baş verənləri tamaşa adlandırdı

  • 29 okt 2018, 14:25

"Mən Ermənistanda növbədənkənar seçkilərin təyin olunması kimi bir məzhəkənin oynanılacağına şübhə etmirdim”.

Bu sözlər Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Rusiyanın lenta.ru saytına verdiyi müsahibədə səsləndirilib.

Köçəryanın fikrincə, bütün bunlar Paşinyanın təzyiqi və digər siyasi qüvvələrin ona qarşı dirənməkdə iradə nümayiş etdirməməsi nəticəsində baş verib.

Keçmiş prezident bundan sonra Ermənistanda bir adamın hökm edəcəyi birparityalı parlamentin bərqərar olacağını söyləyib: "Bu uzunmüddətli perspektivdə sabitliyi təmin edə bilməz. Parlamentdəki partiyalar hələ bu ssenariyə hazır olmadıqlarını bəyan edirlər. Lakin bütün bunlar Paşinyanın əlindəki mobil resurslar vasitəsilə baş verir. Siyasi partiyalar seçkiyə hazır olmadıqları üçün onun nəticələrini indidən proqnozlaşdırmaq mümkündür”.

"Bu gün Ermənistandakı elektorat eyforiya vəziyyətindədir və heç bir predmet diskussiyasına hazır deyil. Bu isə doğru olmayan qərarların qəbul eilməsi riskini artırır”, - Köçəryan bildirib.

Köçəryan bu sözləri ilə Paşinyanın arxasında kütləvi dəstəyin olunduğunu etiraf edib: "Bu kütlə situasiyanın inkişafı nəticəsində tamamilə başqa bir məfhuma dönüşüb. İndi həmin kütlə yeni hakimiyyətin güclü müdafiəçisinə çevrilib, çünki bu iqtidarı özünün məshulu hesab edir. Bu obyektiv reallıqdır və bununla hesablaşmaq lazım gələcək”.

Köçəryan Paşinyanın təmsil edtiyi siyasi qüvvənin nə daxili, nə də xarici siyasətdə hansısa ideologiyaya söykənmədiyini qeyd edərək bunun əvvəl-axır siyasi inhisara gətirib çıxaracağını qeyd edib: "Seçkilərin gedişində çətin ki, ölkə idarəçiliyinin prinsipləri və mexanizmləri, iqtisadi siyasət, xarici və daxili inkişaf vektorları müzakirə edilsin. Burada yalnız inqilabi düşüncənin dərəcəsi dominantlıq edəcək. Həqiqətin ağ və qara səviyyəsində qəbulu yalnız cəmiyyətin dərin emosional gərginliyi sayəsində mümkündür. Belə bir şəraitdə siyasi monopoliyanın yaranması qaçılmazdır”.

Köçəryan buna nümunə olaraq bu yaxınlarda keçirilən mer seçkilərini gətirib. Onun fikrincə, hazırda bələdiyyələrdə heç bir idarəçilik təcrübəsi olmayan və yalnız baş nazir dəstəklədiyi üçün seçilən adamlar əyləşib.

Keçmiş prezident bütün bunların onu siyasətə geri dönməyə vadar etdiyini söyləyib. O Ermənistanın gələcəyi ilə bağlı güclü narahatlıq hissi keçirdiyini bildirib.

"Bütün bunlar məni proseslərə hansısa şəkildə qaşrımağa məcbur edir. "Siyasi keçmişim və təcrübəm onu göstərir ki, mən hələ erməni siyasətində önəmli rol oynaya bilərəm”, - eks-prezident sonda qeyd edib.

Demokratik.Az

Oxşar xəbərlər