Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:06 - 24.03.2019  
“Sivil müxalifətin güclənməsi hakimiyyətin də marağında olmalıdır" - fikirlər
Tarix: 23-10-2018, 08:44 | Bölmə: Xəbərlər » Siyasət

Ölkədə demokratik siyasi müxalifətin zəifləməsi, proseslərə təsir imkanını itirməsi artıq reallıqdır. Bir sıra ekspertlər, siyasətçilər belə bir vəziyyətin əslində ölkə üçün yaxşı olmadığını, yaranan boşluğu radikal qüvvələrin doldurmasının isə xüsusilə təhlükəli olduğunu vaxtaşırı bəyan edirlər. Məsələyə bu prizmadan yanaşanda sivil demokratik siyasi müxalifətin dirçəlməsi əslində hakimiyyətin daha çox marağında olmalı deyilmi?

“Sivil müxalifətin güclənməsi hakimiyyətin də marağında olmalıdır"AMİP katibi Əli Orucov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, demokratik institutların vacib elementlərindən biri də siyasi partiyalaşma və çoxpartiyalılıqdır. Mərhum prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyevin prezidentliyi dövründə bu prinsiplərə əməl edilirdi, pis-yaxşı siyasi mübarizə və rəqabət üçün mühit vardı, partiyalar güclü və cəmiyyətdə də güclü mövqeyə, təsirə sahib idi: "Bu həm də ondan irəli gəlirdi ki, hər iki prezident partiyalaşmanın və partiyaların siyasi proseslərdə, siyasətdə, cəmiyyətdə, dövlət quruculuğunda və möhkəmləndirilməsində, təhlükəsizliyin qorunmasında, eləcə də daxili  sabitliyin qorunmasında önəm daşıdığının fərqində idilər. Lakin təəssüflər ki, indi siyasi partiyaların, xüsusən də müxalifətin durumu fərqlidir. Bu gün, məsələn, hər hansı bir nazirin, hansısa  maliyyə-oliqarxın gücü, ictimai-siyasi proseslərə təsir gücü ölkədə qeydiyyatdan keçən 54 partiyanın birgə gücündən qat-qat artıqdır. Bu cür mühitdə radikalizm, fanatizm və nifrət özünə meydan qazanır, demokratik mübarizə ilə öz istək və arzularını həyata keçirə, haqq və hüquqlarını qoruya bilməyəcəyini görən cəmiyyətin fəal təbəqələri siyasi fəaliyyətdən və siyasi proseslərdən çəkilir, alternativ variantlar axtarır. Bu variantlar isə dövlətin təhlükəsizliyinə və stabilliyinə nəinki təminat vermir, əksinə, müəyyən problemlər yaradır.

Ona görə də hakimiyyətlər siyasi partiyalaşmaların inkişafina, demokratik müxalifətin inkişafına, sağlam rəqabətə şərait yaratmalıdırlar. Cəmiyyətə təsir edə bilən müxalifət partiyalarının olması həm ölkənin, həm xalın, həm də hakimiyyətin özünün maraqları üçün vacibdir. Dünya təcrübəsindəki acı hadisələrin Azərbaycanda yaşanmaması üçün hakimiyyət müxalif siyasi partiyaların inkişafına, siyasi sosiallaşmaya şərait yaratmalıdır. Türkiyə praktikasına nəzər salın, ölkə təhlükəli mərhələyə qədəm qoyanda müxalifətli-iqtidarlı bütün siyasi təşkilatlar dövlətin və bu dövləti idarə edən qanuni hakimiyyətin yanında oldular. Yaxud  müxalifət partiyası olmasına rəğmən dövlət və xalqın  maraqları naminə iqtidar partiyası olan AKP ilə müxalifət partiyası ittifaqa girdi. Bu ittifaqın, birliyin böyük nəticələri oldu. Bax, partiyaların güclü olması, təsir imkanlarına sahib olması bunun üçün lazımdır, dövlətin və xalqın var olması üçün gərəkdir”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, sivil demokratik müxalifət zəifləyib, siyasi sferaya və cəmiyyətə təsir imkanlarını itirib, elektoral bazası yox olmaq dərəcəsinə enib. Bir sözlə, demokratik cəmiyyətlərin bir hissəsi olmalı olan müxalifət demək olar ki, yox səviyyəsindədir: "Bu vəziyyət hökumətin bugünkü siyasi maraqlarına uyğun olsa da uzun prespektivdə çox mənfi və təhlükəli tendensiyaların əsasını qoya bilər. Belə ki, sivil qaydalarla siyasi mübarizə aparmalı olan partiyalar sıradan çıxdıqdan sonra bu yeri daha radikal və idarə olunmaz qüvvələr alacaq. Protest elektoratına ya sivil siyasi partiyalar yön verməlidir, ya da hansısa kənar qüvvələrin maliyyə, dəstək və təsiri ilə formalaşacaq nəzarətsiz, radikal qüvvələr bunu edəcək. Nəzərə alsaq ki. Azərbaycan ona heç də hər mənada dost olmayan bəzi dövlətlərin əhatəsində yerləşir, o zaman bu təhlükənin hansı həddə çata biləcəyini təsəvvür etmək o qədər də çətin olmamalıdır. Deməli, ilk növbədə hakimiyyət maraqlı olmalıdır ki, demokratik sivil müxalifət güclü olsun. Dövlətin xarici təhlükələrə qarşı müqavimətini artırmağın yollarından biri də sağlam, sivil müxalifət partiyalarının güclü olmasıdır. Buna nail olmaq üçün də ilk növbədə siyasi islahatlara başlanılmalı, siyasətdə düşmənçilik prinsiplərini aradan qaldırıb, sağlam rəqabət mühiti yaradılmalıdır. Partiyaların güclənməsi və siyasi sistemin güclü bir həlqəsi olması nəinki bugünkü iqtidarın, hətta Azərbaycanın təhlükəsizlik maraqlarına xidmət edən amillərdəndir”. /Y.M/

Xəbər 999 dəfə oxunub






Oxşar xəbərlər

“Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - Əli Məsimli
Zakir Həsənov ABŞ-a işgüzar səfərə gedəcək
Paşinyan bunu da etdi! - Küçə süpürdü – VİDEO
Spikerin Moskvada yeni əmlakları aşkarlandı - (FOTOFAKT)
Xəzər Universitetinin "milyonları" hara xərclənir?
Tanınmış meyxanaçının ölüm səbəbi bilindi
Eden Azar "Real Madrid"ə keçməyə razılıq verib
ADY Gəncə-Bakı reysində dəyişiklik edib
ƏLİ İNSANOVUN “BORCU”… – Sabiq nazir həbs olunmasaydı, indi kim idi?
Bu da Zeynəb Xanlarovanın dəbdəbəli villası… – FOTO
Kasprşik Paşinyanla Qarabağ münaqişəsindən danışıb
NEFTİMİZ UCUZLAŞDI
Gəncənin yeni polis rəisinin oğlu “Porsche” ilə radara düşdü (FOTO)
PUA Frankfurt hava limanının işini dayandırdı
Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir
Bu deputatlar həm də QRANT alırmış - “7 min və..."
"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI
Makron Breksit məsələsində nöqtəni qoydu
Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib
Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...
Goranboyda satıcılar icra başçısına etiraz etdilər- VIDEO
"Əli İnsanovun ağsaqqallıq etməsindən məmnun olarıq" - İsgəndər Həmidov
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
Putin general Şoyqunu Əsədin yanına yolladı
“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert
“Müharibə başlaya bilər” - Lavrovdan şok xəbərdarlıq
Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"
AÇ-2020-nin seçmə mərhələsi başlayır
Elmar Məmmədyarov şərt qoydu
Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı
"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
Prezident Novruz təbrikində də islahatların anonsunu verdi - VİDEO MÜRACİƏT
Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal
Deputat Aydın Mirzəzadə də Əli İnsanovu qınadı
Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
ŞOK! - NAZARBAYEV İSTEFA VERDİ!
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj
2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər -
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12751] initstartout [0.00046] initstartin [0.00091] calstart [0.00804] calend [0.00049] topnewsend [0.00354] rsssend [0.00000] ehgend [0.00776] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10562]