Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:11 - 16.11.2018  
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Tarix: 20-10-2018, 11:55 | Bölmə: Xəbərlər » Siyasət

Çox təəssüf ki, Qərb diplomatları yalnız missiyalarını başa vurnadan sonra həqiqətləri dilə gətirməyə başlayırlar. Bu isə nə qədər acı olsa da, onların təmsil etdikləri dövlətin münasibəti yox, problemi çox yaxından bilən bir diplomatın mövqeyi olur. Ona görə də ABŞ səfiri R.Millzin də açıqlamalarına bu səpkidən yanaşmaq lazım gəlir.

Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..Əlbəttə, bir diplomatın da mövqeyi bəzən önəmli olur, xüsusən də bu diplomat iki münaqişə ölkəsində diplomatik missiya yerinə yetiribsə, - o səbəbdən ki, müvafiq strukturlar bu məsələlərlə bağlı siyasət yürüdürkən onların da rəyini öyrənmiş olurlar.

Amma bu məsələdə ən maraqlı detal Rusiya XİN-nin sözçüsü M.Zaxarovanın "iradı” oldu. Bəli, mətbuata növbəti açıqalama verən xanım Zaxarova ABŞ diplomatını "Ermənistanın daxili işlərinə qarışmaq”da ittiham etdi.

Zaxarovanın "irad”ını yalnız belə yozmaq olardı ki, Dağlıq Qarabağ haqqında açıqlamalar və bəyanatlar vermək yalnız və yalnız Kremlin müstəsna hüququdur, çünki xanım Zaxarova ən azı xatırlamalı idi ki, Millzin təmsil etdiyi ölkə də -ABŞ da Minsk Qrupunun həmsədrlərindən biridir, özü də bərabərhüquqlu həmsədrlərindən biridir, belə ki, hələ heç bir həmsədrə əlahiddə hüquqlar verilməyib və onlar nizamlanma prosesində bərabər tərəflər kimi iştirak edirlər.

Bu, məsələnin bir tərəfidir. Digər tərfdən, görəsən, ABŞ diplomatı nə deyibdir ki, bu, Rusiya XİN sözçüsü M.Zaxarovanı bu qədər qeyzləndiribdir? Məgər bu vaxta qədər rusiyalı politoloqlar, xüsusən də Kremlin "siyasi mətbəx”inə yaxın olan insanlar, məsələn, elə A.Duqin də eyni bəyanatla çıxış etmirdilərmi? Məgər onlar demirdilər ki, İrəvan danışıqlar prosesinin nəhayət ki, start götürməsi üçün ilk növbədə ətraf rayonları qaytarmalıdır?..

Bəli, deyirdilər. Sadəcə, xanım Zaxarova Qarabağ mövzusunda daim xüsusi canfəşanlığı ilə seçilib, sanki bu qadın ermənipərəst mövqeyi ilə erməni əsilli nazirin – S.Lavrovun xoşuna gələməyə çalışır. Amma heç sözsüz ki, bu məsələ adi məişət çərçivələrindən daha geniş bir çərçivədə yozulmalı məqamdır və bunu da əvvəldə qeyd etdik: Kreml düşünür ki, Qarabağla bağlı mühüm açıqlamalar yalnız bir ünvandan - Moskvadan daxil ola bilər...

O ki qaldı ABŞ-ın özünün problemlə bağlı mövqeyindəki yeni məqamlara, az müddət bundan əvvəl prezident D.Tramp da yaxın ayların Dağlıq Qarabağ problemi üçün əlamətdar ola biləcəyini qeyd etmişdi.

Ən əsası isə budur ki, elə bu günlərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi C.Boltonun regiona səfəri başlayır və diplomat, qrafikində hər hansı bir dəyişiklik olmasa, ən yaxın müddətdə Bakıda və İrəvanda olacaq. 
Səfir Millzin bəyanatının məhz bu ərəfədəcə səslənməsinin mühüm əhəmiyyəti var: ola bilsin ki, onun mövqeyi ABŞ prezidentinin köməkçisinin mövqeyi üçün bir fundament olacaq, ona görə ki, Bolton da problemə yanaşmasında ilk növbədəcə səfirin mövqeyini nəzərə alıb, ona istinad edəcək. Hər bir halda, dövlətçilik mövqeyi bunu deməyə əsas verir. Əlbəttə, müəyyən kənaraçıxmalar da mümkündür, amma qətiyyən düşünmürük bunlar çox böyük ola bilər...

O ki qaldı bir daha Rusiyaya, Kreml hələ də Ermənistanın adından danışır, amma məlum deyil ki, bu, hansı Ermənistandır? Əsl Ermənistan bu gün daha çox seçkilə məşğuldur və seçkinin nəticələri də böyük ehtimalla Rusiyanın istədiyi kimi olmayacaq. Rusiya isə danışmaqda və başqalarının bəyanatlarına korrektələr verməkdə davam edir. Amma bir detalı yaddan çıxarırlar ki, onlar hələ də S.Sarqsyan Ermənistanı adından danışmaqda davam edirlər, o Ermənistan isə yoxdur, əvəzində iki aydan sonra "Sorosun uşaqları” və "Ağ Evin uşaqları” ayyamalarının gerçək olması ehtimalı vardır. Bəs onda nə olacaq? Bu sual isə M.Zaxarovalıq olmasa da, hər halda, Rusiya XİN-nin analitik xidmətinin təhqiqat və ya araşdırma predmeti olmalıdır.

Düşünürük ki, N.Paşinyanın xanımının möhkəm "sülhpərvərlik” missiyasına başlaması da təsadüfi deyil, bu, ilk növbədə onun göstəricisidir ki, İrəvan Moskva sarıdan arxayın deyil. Bəli, ermənilər də tamamilə küt deyillər, bilirlər ki, Moksvadan məsafə götürməyə başlasalar, onda Kreml də boş durmayacaq, onları cəzalandırmaq fikrinə düşəcəkdir. Bunun isə indiki şəraitdə ən optimal yolu Dağlıq Qarabağdan keçir.

Ona görə də bərk "sülhpərvərlik” edir, indidən dünyanı (daha dəqiq desək: dünyadakı ermənipərəst qüvvələri!) ayıq-sayıq salmağa çalışırlar, çünki Moskva - İrəvan müstəvisində mütləq problemlər yaranacaq, çünki "iki stul”da və yaxud da "iki qucaq”da, xüsusən də biri-birinə rəqib olan iki tərəfin qucağında əyləşmək heç də asan məsələ deyil, hətta deyərdik ki, görünməmiş "şücaət”dir...

Xəbər 654 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşıb
Göyçayda mənşəyi məlum olmayan 500 kiloqram ət aşkarlanıb
"Piter Elçin" Rusiyaya qayıtdı - Xəlilov qardaşları Sankt-Peterburqdan qaçdı
Yevlaxda 17 yaşlı qız oğurlandı
"MEDERA HOSPİTAL" 1 milyon cərimə edildi (Özəl)
Abel Məhərrəmovu ispan şərabı, şeyxlə "razborka" və dikbaşlıq bitirib / SENSASİON
Abel Məhərrəmov vəzifəsindən AZAD EDİLDİ
QHT Şurası 2019-cu il birinci qrant müsabiqəsini elan etdi
Milli Məclisdə deputatlar arasında mübahisə düşdü
Eldar Əzizov rəsmən Bakı meri oldu – SƏRƏNCAM
Milli Məclisə ayrılan pulun məbləği ARTIRILIR
Sarkisyan Qarabağdan danışdı
Ağdərədə ermənilərə BÖYÜK ŞOK - ÖLƏNLƏR VAR
ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetindədir
Zahid Oruc şəhid ailələrinin müdafiəsinə qalxdı: - "Bu yaxşı hal deyil!
Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində olub
Ötən ay Ukraynadan Azərbaycana 13 min tona yaxın şəkər ixrac edilib
Yasamalda qadın kirayə qaldığı evdə qətlə yetirilib
ADP sədri müxalifətin uğursuzluqlarından yazdı
Milli Məclisdə gərgin büdcə müzakirələri
“İran Suriyada Türkiyə üçün təhlükədir” – ABŞ
Dollar bugünə məzənnəsi
“Qəbələ”nin məşqçisi qəzada həlak oldu - Foto
Filmə 1,5 milyon ayıran nazirə möhtəşəm – Müraciət
Libermanın şok istefa QƏRARI
Prezident ilk dəfə KTMT-də baş verənlərdən danışdı
Terrrorçu PKK-YPG əlaqələrini ifşa etdi
İlham Əliyev Fələstin liderini təbrik edib
“Bu millət hər şeyə hazırdır, təki nəsə qopara bilsin” - Deputatdan aşağılayıcı çıxış
Bakı meri DYP rəisinin qanunsuz tikilisini dayandırdı
QUBADA AVTOXULİQAN GƏNCLƏR SAXLANILDI
Əli Məsimli: “Azərbaycanda milli gəlir ədalətlə bölünmür”
"Dağlıq Qarabağ Azərbaycan torpağıdır" - Ukraynalı araşdırmaçı ilə MÜSAHİBƏ
Bakıda çörək almağa gedən uşaq itkin düşüb - FOTO
Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi
Bakılı İsraildə seçkilərdə qalib gəldi və mer oldu
Fərəc Quliyev təltif olundu - Zakir Həsənova TƏŞƏKKÜR yazdı
Sabahın hava proqnozu açıqlanıb
Daşkəsəndə yanğın zamanı ölən uşaqlar...- FOTOLAR
Arif Rəhimzadə hökumətdən pul istəmədi
Evində narkotik gizlədən Göyçay sakini saxlanılıb
Azərbaycan və Ermənistan XİN nazirlərinin görüşünün təşkili BARƏDƏ
"Lopeteqiyə haqsızlıq edildi" - "Real"ın futbolçusu
Sərxoş aktrisa oteldən qovuldu - FOTO
Bakıda 10 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Samuxda elektrik yarımstansiyasında PARTLAYIŞ
Kəmaləddin Heydərovun "Ağ ev"i boşaldılır — FOTOLAR
Mübariz Mənsimov yazdı, şəhid anasına hörmətsizlik edən cəzalandırıldı
“Medianın iqtisadi durumu problemsiz deyil” - Əflatun Amaşovdan təklif
"Hansısa qüvvə onların media ilə bağlı təklifinin Prezidentə çatmasını istəmir" - DEPUTAT
Nazir dedi: "Pensiyalar artırılacaq"
Ermənistan XİN: “KTMT daxilində problemlər var”
Sabaha – yağış gözlənilir
Rusiyanın Ermənistandakı hərbi bazasında dava olub
Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı – Məhkəmə işi
Maşını xarab oldu, cərimələndi
Azərbaycanda bu məhsullar bahalaşıb – SİYAHI
Bakıda məcburi köçkünlərin binasında yanğın – Fotolar
Röya Ayxan hamiləlik FOTOSUNU YAYDI
Həbsdə olan iş adamının bəraət tələbi rədd edildi
Azərbaycanda 1,3 milyard manat məhv edilib
Azərbaycanlı xanım Ukraynada polis rəisidir - FOTO
GÜNDƏM: - Milli Məclis büdcə müzakirələrinə başladı
Yeni qaz sayğacları gətirilib: fərqli
Poroşenkoya yersiz sual verən jurnalist işdən çıxarıldı
Trampdan dünyaya pis nümunə
Qriplə bağlı rəsmi AÇIQLAMA
FTX azərbaycanlı jurnalisti casusluqda ittiham edir - KİV
Erməni təxribatı davam edir
MÜJDƏ: Büdcəmiz 3 milyard böyüdü: maaşlar artır, tibbi sığorta gəlir...

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15071] initstartout [0.00018] initstartin [0.00093] calstart [0.01095] calend [0.00071] topnewsend [0.00446] rsssend [0.00000] ehgend [0.00802] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12473]