Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:41 - 19.06.2019  
Rafael Hüseynov AŞPA-nı tənqid etdi
Tarix: 9-10-2018, 21:28 | Bölmə: Xəbərlər » Siyasət

Rafael Hüseynov AŞPA-nı tənqid etdiPrinsipiallıq və qətiyyət istənilən beynəlxalq təşkilata əlavə güc verən başlıca keyfiyyətlərdir. Son dövrlərdə Avropa Şurası Parlament Assambleyasında aparılan bir sıra açıq müzakirələr, hazırlanan məruzələr belə prinsipiallığın, nöqsanlara qarşı barışmazlığın, qətiyyətin nəticəsidir. Bəzən təşkilatın nüfuzuna zərər toxunar deyə bəzi neqativ hadisələri ictimailəşdirməkdən çəkinilir. Lakin bu, çox təqdirəlayiq göstəricidir ki, Parlament Assambleyası özündə qətiyyət taparaq, təşkilatın daxilindəki korrupsiya hallarını bağlı qapılar arxasında deyil, açıq müzakirələrə çıxarır.

Oxu.Az xəbər verir ki, bu fikirləri AŞPA-nın payız sessiyası çərçivəsində qurumun səlahiyyətlər və səsverməyə dair qərarqəbuletmə prosesinin möhkəmləndirilməsi ilə bağlı aparılan müzakirələrdə çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bildirib.

Deputat qeyd edib ki, assambleyanın ayrı-ayrı qərarların qəbul edilməsi və səsvermələrin keçirilməsində obyektivlikdən yayınma hallarını problem olaraq qaldırması və diskussiyaların gedişində səslənə biləcək sərt ittihamlardan qorxmaması alqışalayiqdir:

"Əlbəttə, xəstəliklər varsa, onları sağaltmaq üçün ağrılara dözməyi bacarmalısan. Lazım gələndə acı dərman da içməlisən, ehtiyac hiss edilsə, bütöv orqanizmə ziyan vuracaq hissəni bədəndən kəsib atan cərrah bıçağından da çəkinməməlisən. Belə etiraf cəsarəti təşkilatla münasibətdə hörmət oyadır, eyni zamanda, nigaran düşüncələr yaradır. Axı əslində, burada belə müzakirələrə yer olmamalıdır.

Avropa Şurası Parlament Assambleyası elə məkandır ki, belə fəsadlar buralara, əslində, yol tapmamalıdır. Axı buraya 47 ölkənin parlamentlərindən ən seçmə insanlar toplanıb. Parlamentlər belə acınacaqlı vəziyyətlə üzləşirsə, belə nəticəyə qarşı mübarizə aparmaqdansa, əsl səbəblər tapılmalı və onların kökü kəsilməlidir.

Əks təqdirdə, burada yenə qruplaşmalar əmələ gələcək, sifariş yerinə yetirmələr olacaq, bunların tərkib hissəsi kimi səsvermələrdə əyintilər davam edəcək, ədalətsiz qərarların qəbulu tükənməyəcək”.

R.Hüseynov diqqətə çatdırıb ki, Parlament Assambleyasında bütün digər xəstəliklərə rəvac verən əsas virus ayrı-seçkilik, oxşar hadisələrə müxtəlif ölkələrə müvafiq olaraq fərqli yanaşmadır:

"Belə münasibət qanunları pozan, təşkilatın nizamnamə tələblərinə zidd gedəndir. İşğalda günahkar bilinən üzv dövlətdən birinə ağır cəza verilir, digəri isə heç nə olmamış kimi kənarda qalırsa, artıq məğlub vəziyyətdəyik. Çünki belə yanaşma ilə hansısa başqa qüsurları aradan qaldırmağa çalışmağımız heç vaxt səmimi təsir bağışlamayacaq.

Nə qədər məruzə hazırlansa da, nə qədər sərt tələblər qoyulsa da, istədiyimiz yüksək nəticə əldə edilməyəcək. Adlar çəkib pərtlik yaratmaq istəmirəm, amma konkret adlar çəkmək mümkündür.

Stenoqramları qaldırın, baxın və görəcəksiniz ki, bir dəstə deputat var ki, hər sessiyada mütləq Azərbaycan əleyhinə nəsə deyir, hansısa ittiham irəli sürür. Əgər onlarda ədalət varsa, əvvəla, düz danışsınlar, ikincisi, həqiqətən, göstərmək istədikləri kimi, guya demokratdırlarsa, bir dəfə də Azərbaycanın digər üzv ölkə tərəfindən məruz qaldığı işğaldan, terrordan bəhs etsinlər, bir milyon qaçqın və köçkünə necə kömək etmək barədə bircə cümlə səsləndirsinlər.

Həmin məlum şəxslərin müxtəlif vaxtlardakı çıxışlarını toplayıb sistemləşdirəndə hiss edirsən ki, bunun ardında qara əllər, konkret sifariş dayanır, pərdə dalında fitnəkarlıq, hansısa siyasi, ya digər çirkin maraqlar var. Bu sözlərimə illüstrasiya istəyirsinizsə, qaldırın, baxın Maykl Astrup Yensen (Danimarka), Rene Ruke (Fransa), Fransua Roşeblan (Fransa), Frank Şvabe (Almaniya), Ənn Brasör (Lüksemburq), Tini Koks (Hollandiya), Piter Omziq (Hollandiya) və digərlərinin Azərbaycan əleyhinə sıra-sıra qərəzkar, qeyri-obyektiv çıxışlarına.

Onların bəziləri assambleyadan gedib, bəziləri hələ buradadır. Kimin gedib, kimin qalması əsas deyil. Əsas odur ki, bu cür münasibət, bu cür yanaşma, bu düşüncə tərzi, bu kənardan idarəedilmə üslubu assambleyadan getsin”.

Xəbər 732 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18139] initstartout [0.00018] initstartin [0.00094] calstart [0.01113] calend [0.00045] topnewsend [0.00393] rsssend [0.00000] ehgend [0.01327] tagsstart [0.00057] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15088]