Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:24 - 18.10.2018  
Rusiyadan Tiflisə hədə, Bakıya vəd, İrəvana isə...
Tarix: 9-10-2018, 09:06 | Bölmə: Xəbərlər » Siyasət

Moskva Azərbaycana və Gürcüstana fərqli "gözlə” baxsa da, Qarabağ, Abxaziya və Cənubi Osetiya məsələlərində hələ ki eyni taktika yürüdür – tək səbəb...   

Rusiyadan Tiflisə hədə, Bakıya vəd, İrəvana isə...Cənubi Qafqazın etnik-ərazi münaqişələrindən nə vaxt qurtulacağı hələ ki bəlli deyil. Daha doğrusu, bu, xeyli dərəcədə Rusiyanın regiona yönəlik siyasətində edəcəyi ciddi korrektlərdən asılıdır. Çünki Moskva hələ də Güney Qafqazı özünün həyati maraqlar zonası, "arxa bağçası” hesab edir. Demək, Dağlıq Qarabağ və bölgədəki digər münaqişə ocaqları ona kimi yalnız bir hədəfə - burada möhkəmlənməyə xidmət edəcək. Yerdə qalanlar quru bəyanatlar və təfərrüatlardır.

"Yalnız bir real perspektiv var - münaqişənin danışıqlar vasitəsilə sülh yolu ilə həlli. Azərbaycan və Ermənistan xalqının təhlükəsizliyə, sabitliyə və inkişafa olan həyati maraqları Rusiyanın hərtərəfli şəkildə dəstəklədiyi danışıqlar prosesinin əsası və siyasi hərəkətverici qüvvəsidir”. Dünən bu sözləri "İzvestiya” qəzetinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Dağlıq Qarabağ münaqişəsinin həll perspektivindən danışarkən deyib (Report).

Rusiyalı diplomat xatırladıb ki, Moskva Qarabağ ixtilafının sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri - Fransa və ABŞ ilə sıx əməkdaşlığa davam edir. Onun sözlərinə görə, Rusiya "Minsk Qrupunun həmsədrləri tərəfindən müəyyən edilmiş vektor istiqamətində sülh razılaşmalarının hazırlanmasında münaqişə tərəflərinə yardım etmək üçün əlindən gələni etməyə çalışır”.

Rusiyadan Tiflisə hədə, Bakıya vəd, İrəvana isə...

"Bu mövqeyimiz dəyişməz olaraq qalır və bu, Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyasında əksini tapıb, Vladimir Putinin hər iki ölkənin liderləri ilə son görüşlərində bir daha təsdiqlənib”, - deyə o əlavə edib.

*****

"Yeni Müsavat”ın məlumatına görə, Rusiya XİN-in rəsmisi müsahibədə Gürcüstanla münasibətlərin mövcud durumuna da toxunub və... faktiki, Tiflisi hədələyib.

Sitat: "Rusiya gürcü tərəfdaşları Tiflisin beynəlxalq meydançalarda qeyri-dost hərəkətləri barədə xəbərdar edir - hansı hərəkətlər ki, 2012-ci ildə başlayan normallaşma prosesini təhlükə altına qoyur. Tiflis hələ də diplomatik əlaqələrin bərpası üçün çalışmır, beynəlxalq səviyyədə bizə qarşı düşmənçilik hərəkətlərini davam etdirir, NATO-nun Rusiyanı cilovlamaq strategiyasında həvəslə iştirak edir. Gürcü tərəfdaşları birbaşa xəbərdar edirik: belə davranış 2012-c ildə başlayam prosesə təhdiddir – hansı prosesin meyvələrindən ki, hər iki ölkənin vətəndaşları istifadə edirlər”.

Karasin onu da deyib ki, iki ölkə arasında xarici-ticari tərəfdaşlıq və nəqliyyat sferalarında inkişaf açıq-aşkardır: "İkitərəfli dövriyyə artmaqda davam edir. Düşünürəm ki, bu il Rusiya ilə Gürcüstan arasında qarşılıqlı ticarətin dövriyyəsi ötən ilki göstəricini də keçərək 1 milyard dollara çatacaq”, - deyə o əlavə edib.

*****

Lakin iki ölkə arasında hələ də diplomatik münasibətlər yoxdur. Üstəgəl, qarşılıqlı viza rejimi mövcuddur. Bu da 2008-ci ildəki "5 günlük müharibə”dən və ondan dərhal sonra Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıması, həmin ərazilərdə özünün böyük hərbi kontingentini yerləşdirməsi ilə birbaşa bağlıdır.

Aydındır ki, belə vəziyyətdə Tiflislə Moskva arasında diplomatik əlaqələrin qurulması və viza rejiminin ləğvindən söhbət gedə bilməz. Bununla belə, gürcü tərəfi nə vaxtsa Kremlin separatçı bölgələrlə bağlı öz mövqeyini dəyişəcəyinə ümid edir. Ona kimi isə iki ölkə arasında yalnız iqtisadi-ticari sferada əməkdaşlıq mümkün ola bilər.

Son illər bu yöndə doğrudan da, müəyyən canlanma var. Hətta bir ara işğalçı Ermənistanı Rusiya ilə birləşdirən Abxaziya dəmiryolunun açılması barədə də ilkin razılaşma əldə olunmuşdu. Ancaq Gürcüstanla Rusiya arasında real siyasi-diplomatik münasibətlərin yoxluğu buna xeyli dərəcədə əngəl oldu.

Qriqori Karasinin yuxarıdakı sitatından da görünür ki, tərəflər arasında siyasi etimad xeyli zəifdir. Əsas səbəb də odur ki, Krımın ilhaqı kimi, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq məsələsində də Kreml geri addım atmağa hazırlaşmır. Rusiyaya qarşı Qərbin sanksiyaları da hələ ki effektli deyil.

*****

Ancaq iş ondadır ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan Moskva Qarabağ məsələsində də real addımlar atmağa tələsmir – baxmayaraq ki, Dağlıq Qarabağdakı separatçı rejimi tanımır və formal da olsa, Azərbaycanın ərazi bütövlüyünün tərəfindədir. Üstəlik, Bakı ilə Moskva arasında normal diplomatik əlaqələr, strateji tərəfdaşlıq münasibətləri, o cümlədən hərbi-texniki sahədə geniş əlaqələr mövcuddur; iki ölkənin liderləri tez-tez ya Rusiyada, ya da Azərbaycanda görüşürlər. Putin Ermənistandan çox Azərbaycanda səfərdə olub.

Di gəl, şimal qonşumuz əlində bunca rıçaqlar ola-ola, 30 ildir uzanan Qarabağ konfliktinin dinc həlli üçün qollarını çirməyib hərəkətə keçmək istəmir. Yalnız vəd verməklə məşğuldur. Sual yaranır: Rusiya problemin həllinə real töhfə verməyəcəksə, bunu istəmirsə, o zaman Karasinin dediyi kimi, problem danışıqlar yolu ilə necə həllini tapa bilər?

Sual əslində ritorikdir. Çünki Moskvanı Güney Qafqazdakı münaqişələr yox, bu münaqişələr hesabına regionda öz siyasi-hərbi dayaqlarını möhkəmlətmək maraqlandırır. Kremlin Ermənistandakı son hadisələrə məlum sərt münasibətinin, Paşinyan hökumətinə gözağartmalarının arxasında da eyni hədəf dayanır. Rusiya yalnız özünə oynayır. Bunu Bakıda və Tiflisdə yaxşı başa düşürlər. Artıq Ermənistanda da anlaşmağa başlayıblar ki, Rusiya Qarabağ ixtilafını həll edən deyil. Odur ki, Qərbə sarı getməyə səy edirlər.

Yeri gəlmişkən, Düşənbədə prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında əldə edilən ilkin anlaşma həm də bunun kövrək təzahürü sayıla bilər. Konflikti vasitəçilərsiz, xüsusən də Rusiyasız çözmək istəyini nəzərdə tuturuq. Çünki Rusiya böyük sülh anlaşmasına kömək etməmək bir yana, bu anlaşmaya əsas əngəl olaraq qalır. Başqa sözlə, Rusiya Gürcüstana münasibətdə nə qədər sərt ritorika sərgiləsə də, Azərbaycan əsas problemi ilə bağlı da fərqli və pozitiv taktika sərgiləmir. Bu mənada biz Gürcüstanla eyni "qayıqdayıq”...          

Xəbər 204 dəfə oxunub






Oxşar xəbərlər

Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy
Deputat: "Rus dilinin süni təbliğatı yığışdırılmalıdır”
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir
Qaşıqçı Qətər-Səudiyyə qarşıdurmasının qurbanı olub? - iddia
Müəmmalı "Ciddi xəbərdarlıq" - MŞ-nin katibi "Demokratik.Az"-a qarşı mərəzə yoluxub
Qida Təhlükəsizliyi Agentliyində KÜTLƏVİ HƏBS
Sabiq vergilər naziri Reanimasiyadadır
Böyük Britaniyada 10 nazir istefa verə bilər
Eldar Əzizova yazılan ŞİKAYƏT Qusara qayıtdı AMMA - "Şair Alxasov düşmən, ev yıxan, qəddar adamdır" - Şikayət
Ekologiya nazirliyinin səlahiyyətləri artırıldı
Türkiyə Bransonu verib, nə aldı? – Hərb başlayır
Ad günü şənliyində atışma: ölənlər var
ABŞ və Türkiyə yeni dönəmə başlayır - İsrail KİV
PKK-da qorxunc olaylar: qadın terrorçu silahı...
Gəncədə icra başçısının müavini vətəndaşları döydü – VİDEO
Fikrət Yusifov məmurlara nəzarət mexanizmi təklif etdi - "İctimai nəzarət gücləndirilsin!"
Sabiq nazir: “Elə xəyanətkar məmurlar var ki...”
BÜRCÜNÜZ – 14 oktyabr
Fransa polisi onlarla çeçeni reketliyə görə saxlayıb
Ağdamın Əfətli kəndindı mina aşkar edilib
Lüksemburqda parlament seçkiləri keçirilib
Təbrizin imam cüməsindən Qarabağ dəstəyi - Fotolar
Türkiyəli məşhur cütlük barışdı
Rövşən Lənkəranskinin mənəvi qardaşı həbs olundu
Səudiyyə kralı Trampdan zəng gözləyir

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.20550] initstartout [0.00018] initstartin [0.00089] calstart [0.01933] calend [0.00068] topnewsend [0.00597] rsssend [0.00000] ehgend [0.03514] tagsstart [0.00073] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14253]