Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:29 - 16.12.2019  
Türkiyədə sənədsiz yaşayan azərbaycanlılar - Diaspor Komitəsi işə başladı
Tarix: 4-10-2018, 07:51 | Bölmə: Xəbərlər » Siyasət

Türkiyədə sənədsiz yaşayan azərbaycanlılar - Diaspor Komitəsi işə başladıHazırda Türkiyədə işləmək, yaşamaq və digər müxtəlif səbəblərlə gələn milyonlarla xarici vətəndaş məskunlaşıb. Suriyalı qaçqınları və qanuni şəkildə qeydiyyata düşən xarici vətəndaşları nəzərə almasaq, Türkiyədə həm də qeyri-leqal yollarla, yəni qaçaq olaraq ölkədə yaşayan əcnəbilər də çoxdur. Onların arasında azərbaycanlılar da var və çoxluq təşkil edir.

Jurnalist olaraq Türkiyədə qeyri-qanuni məskunlaşmış  azərbaycanlıların bir neçəsi ilə biz də görüşdük. Onlarla bağlı reportajdan öncə, qısa olaraq xatırladaq ki, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi  Türkiyədə müvafiq sənədləri olmadan, qeydiyyata düşmədən yaşayan  Azərbaycan vətəndaşlarına kömək etmək üçün işə başlayıb. 

1990-cı illərin əvvəllərində Türkiyəyə köç etmiş bu insanların sənədlərinin etibarlılıq müddəti bitdiyi üçün onlar yaşadıqları yerdə bir çox hüquqlardan məhrum olub. Azərbaycan vətəndaşlığını itirən və Türkiyə vətəndaşlığı da ala bilməyən bu şəxslər etibarsız kimlik sənədləriylə gəzirlər. Onların uşaqları isə tamamilə sənədsiz yaşadığı üçün təhsil almaqdan məhrumdurlar. Bu şəxslər, eyni zamanda nikah qeydi, iş müqaviləsi və bank əməliyyatlarını edə bilmir, tibbi və hüquqi yardım almaq imkanları yoxdu. Onlar həmçinin pensiya haqlarından faydalana bilmir, hər hansı təsirə məruz qalanda da polis bölməsinə şikayət etməkdən çəkinir və qorxduqları üçün zamanla problemləri daha da artır.

Türkiyədə yaşayan azərbaycanlıların uşaqları şəxsiyyətlərini təsdiq edən sənədinə sahib olmadıqları üçün onlar da valideynləri kimi ən təbii haqq və azadlıqlardan məhrum olublar.

Vətəndaşlıqlarını itirmiş və Türkiyə vətəndaşlığı ala bilməyənlər vətənlərinə də geri dönə bilmirlər. Bu səbədən də, Türkiyə Respublikasının dövlət orqanlarının onlara şəxsiyyəti təsdiq edən sənədlər təqdim etməsi qeyri-mümkün hala gəlib.

Qeyd edək ki, Türkiyəyə gələn xarici vətəndaşların giriş-çıxışı arasında böyük fərq olur. Son iki ilin statistikasına görə, ölkəyə 271  milyon 232 min 722 nəfər əcnəbi gəlib. Amma ölkədən çıxan xaricilərin ümumi sayı 266 milyon 702 min 209 nəfər olub. 4,5  milyona yaxın xarici vətəndaş Türkiyədə "yoxa çıxıb”. 

Türkiyədə qanunsuz çalışan işcilər ölkələrə  görə belə bölünür: Gürcüstan, Suriya, Ermənistan, Azərbaycan, Rusiya, Banqladeş.

İlk "üçlük”dəki ölkələrin vətəndaşlarını tapmaq çətin olmasa da, danışmaq istəyənlər azdı.

Türkiyədə uzun illərdir yaşayan soydaşımız Sədai Nəcəfli də eyni problemlərlə qarşılaşıb. Vətəni çox sevdiyini deyən Sədai ilk dəfə Türkiyədə yaşamağa 2001-ci ildə gəlib, 2009-cu ildə isə hərbi xidmət keçmək üçün vətənə - Azərbaycana qayıdıb. Vətənə xidməti başa vurduqdan sonra – 2011-ci ildə Türkiyədə yaşayan anasının yanına dönüb. O ildən sonra Sədai Türkiyədə qısa və uzunmüddətli yaşamaq icazəsi olmadan qalmağa başlayıb. Burda başqa bir Azərbaycan vətəndaşı ilə ailə həyatı qurub və iki övladı var.

- Biz burada dini kəbinlə ailə qurmuşuq. 2 övladım var, rəsmi nikaha girə bilmirilk. Azərbaycanın Diaspor Komitəsindən  gəlmişdilər, onlarla da danışdıq. Dedik ki, bizim həyatmız çətinləşib. Uşaqlarımızın şəxsiyyətini təsdiq edən sənədləri yoxdur. 

Uşaqlarımızı Azərbaycan vətəndaşı edə bilmirik. Mən dövlətimi, millətimi sevirəm. Niyə mənim övladım Azərbaycan vətəndaşı olmasın? Burda uşaqları xəstəxanaya apara bilmirik, məktəbə gedə bilmirlər. 

Sədai niyə bu illər ərzində rəsmi oturmaq üçün Türkiyə dövlətinin müvafiq qrumlarına baş vurmayıb? Həmyerlimiz deyir ki, əvvəllər oturma izni anlayışından xəbərsiz olub:

- Problemin yaranmasına səbəb məlumatsızlıq oldu. Yaşadığımız müddətdə də hər hansı problem yaranmadı. Belə davam edirdik və bir gün pasportumun müddəti bitdi. O vaxt xəstələnmişdim və əməliyyat olundum. İlk çətinliyi onda yaşadım. Oturmaq üçün icazə almaq lazım olduğunu öyrənəndə maddi gücüm çatmadı, xəstəlik və s. problemlərlə üzləşdim. Bir də gördüm ortadayam və mən hər iki ölkədən kənarda qalmışam. 

Hazırda Sədai Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bu işlərlə əlaqədar yaradılan işçi qrupuna ümid bəsləyir. Ümid edir ki, həm övladlarına, həm də özünə yenidən Azərbaycanın rəsmi kimlik sənədlərini ala biləcək. Nəticədə Türkiyə dövlətinin əfvinə düşəcək və qardaş ölkədə bundan sonra həyatına rəsmi sənədlərlə davam edəcək.

- Əvvəllər bizlə heç maraqlanan yox idi. İlk dəfədir ki, komitə və konsulluq belə bir təşəbbüs göstərib. Bu, bizləri çox sevindirdi. Komitə üzvləri bizlərlə görüşəndə hər şeylə dəqiq maraqlanblar və konsulluqda da onlara ətraflı məlumat verilib. İnanırıq ki, bu iş qardaş ölkədə yaşayan minlərlə vətəndaşımıza kömək olacaq. 

Pəri Kırıkçı isə Naxçıvanın Şərur rayonundandır. 1992 ci ildən sovet pasportu ilə ticarətə başlayıb, bir qədər pul topladıqdan sonra isə qızı ilə birgə Naxçıvandan İstanbula köçüb. Həmin vaxtlar  "Forma 9” deyilən sənədlə sərhəddi keçən azərbaycanlılar üçün ciddi çətinliklər mövcud deyildi. Yalnız bir problem vardı ki, öz uşaqlarını da özləri ilə aparan soydaşlarımız uzun yolçuluqda uşaqların əziyyət çəkməməsi üçün onları qohum və ya tanışların evində qoyurdu. Beləliklə, Pəri Kırıkçının qızı Xumar da tanış bir türk ailəsinin yanında qalmağa başlayıb.

- Tək qadın idim. Ailəmiz çox kasıb olduğu üçün  təhsil almaq imkanımız olmamışdı. Türkiyəyə getmək imkanı yarananda ilk gedənlərdən biri mən oldum. Ticarətlə məşğul olub yaxşı pul qazanırdım. Tək övladımın xoşbəxt gələcəyi üçün əlimdən gələni edirdim. Amma təəssüf ki, ona  təhsil verə bilmədim. Sonra evləndim, qızımla birgə həmişəlik İstanbulda qalası oldum. Həmin dövrdə Azərbaycana gediş-gəliş sənədləri bir neçə dəfə dəyişdi. Qızımın sənədlərini qaydasına qoya bilmədim və beləliklə, Xumar Türkiyədə sənədsiz, qeyri-qanuni yaşamağa başladı. Sonra evləndi, indi bir övladı da var. Amma övladının "doğum paporu”ndan başqa əlimizdə heç bir sənəd yoxdur. Uşağın doğulduğu xəstəxanadan verilən bu sənədin müddəti isə bir aydır. Bir ay sonra biz uşağın adı yazılmayan bu kağızla hər hansı sənədləşmə apara bilmirik. İndi uşaq xəstə olduğu üçün təcili əməliyyat olunmalıdır, amma sənədsiz olduğuna görə heç bir xəstəxana qəbul etmir.

Türkiyədə 2009-cu ildən məskunlaşan Samirə Əsədullayeva da qardaş ölkədə icazəsiz yaşayanlardandır. Samirə xanım Türkiyəyə gəldiyi ilk gündən bu ölkədə müvəqqəti yaşamaq üçün şəxsiyyətini təsdiq edən heç bir sənədə  sahib deyil.

- Mən Türkiyəyə iş üçün gəldim və burda ev işlərində çalışmağa başladım. Rəsmi iş yerim olmadığı üçün kimsə mənə müvəqqəti qeydiyyatla bağlı bir şey demədi. Bir neçə il sonra bu barədə məlumatım oldu. O zaman da artıq maddi durumum olmadı ki, sənəd üçün müraciət edəm. Sonra Türkiyəyə suriyalı qaçqınlar gəlməyə başladı. Sənədlər üçün bir neçə dəfə internet üzərindən müraciətim alınmadı. Yenə belə yaşamağa davam etdim. Düzü 8 il eyni evdə yaşadım deyə, bu problemi tam anlaya bilmədim.

-  Sizdə pasport müddəti keçib?

- Sənədlərimdə heç bir problemim yoxdur. Pasport müddətimin bitməsinə 1 il qalıb. Sadəcə,  cərimə kəsilib və bu, böyük məbləğdir. Onu ödəməyə gücüm yoxdur. İstəyirəm Diaspor Komitəsi, konsulluğumuz mənə yardım etsin və bu cəzam bağışlansın. Mən də ölkəmə gedim,  sonra geri dönüb rəsmi qaydayla yaşamağa başlayım.

Burda həyatımızı qurmuşuq və illərdir yaşayırıq. Vətənimizdən və vətəndaşlığımızdan imtina etmirik. Mən şəxsən çörəkpulumu qazanıram və bu günə kimi nə Türkiyə, nə Azərbaycanı üzəcək heç bir mənfi davranışa yol vermişəm. Ümid edirəm ki, Diaspor Komitəsi bizə yardım edəcək. Bu məsələ ilə baglı ilk dəfədir komitə işə başlayıb, ona görə artıq biz də ümidlənmişik və hesab edirik ki, problemlərimiz tezliklə həll olunacaq. 

Qeyd edək ki, şəxsiyyəti təsdiq edən sənədləri olmayan həmvətənlərimiz daha çox İstanbul şəhərinin Qaziosmanpaşa bölgəsi, Rami, Eyyubsultan, Bağlarbaşı,Yıldıztabya, Barbaros, Hayreddinpaşa, Hürriyyət, Fevzi Çakmak məhəllələri, Bayrampaşa rayonunun Yıldırım, Altıntepe, Orta məhəllə, Kartaltepe, Vatan məhəllələrində yaşayırlar. 

Amma adı çəkilən bölgələrdə kompakt məskunlaşma yoxdur. Diasporla İş üzrə Dövlət Komitəsinin işçi qrupu tərəfindən hazırlanmış anketlər sənədi olmayan və müəyyən qaydalardan xəbərsiz vətəndaşlarmıza paylanıb.

Məhsəti Şərif,
İstanbul (Türkiyə)

Xəbər 1297 dəfə oxunub






Oxşar xəbərlər

Toqquşan dairələrdə müxalifət necə anlaşacaq?
Tanınmış hüquqşünas Konstitusiya Məhkəməsinin qərarını YAĞMALADI - “Konstitusiya Məhkəməsi də özünü tam buraxdı?”
Oqtay Gülalıyevin son durumu necədir?
Şotlandiyada müstəqillik referendumu keçiriləcək
Dünyanın ən gözəl qızı seçildi (FOTOLAR)
General Qabil Məmmədov da deputatlığa namizədliyini irəli sürdü (FOTO)
Gələn il Bakı nefti neçəyə satılacaq?
Gəncə SOS Uşaq Kəndində RƏZALƏT: İHB dəhşətli cinayətləri niyə gizlədir?
Marneuli rayonunun Qaçağan kəndində yeni İcma mərkəzi açılıb
Azərbaycan bayrağını Lələtəpəyə sancan polkovnik həbs olundu
Xaçmaz polisi oğru yaxaladı
Magistral yolda sürət həddi dəyişib
Gədəbəy sakini meşə talanına "DUR" deyir - VİDEOŞİKAYƏT
Elvin İsayev Azərbaycana deportasiya edildi
Deputatın hər gün aldığı 5 min manat… – QALMAQAL
YAP-ın xanım deputatları yenidən namizəd olacaqmı?
4 il susan deputatlar mandatsız qalacaqlar
Azərbaycanda pilotsuz taksilər olacaq
“EuroHome”da malları yanan sahibkarlara şad XƏBƏR
İsa Qəmbərin oğlu da deputat olmaq istəyir
Daha bir “TENDER KRALI” - “Azərtranss”...
Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi? - TƏHLİL
İlham Rəhimov hüquq ictimaiyyətini Moskvaya yığdı - yeni dövlət modeli axtarılır
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
İsfəndiyar Axundovdan Mehriban Əliyevaya şikayət: Dövlətin torpağı və pulu ərəblərə satıldı – VİDEO
AzTV-nin keçmiş sədrinin qızı bir ayda 5 şirkət yaratdı
Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb
Paşinyan “Qarabağ klanı” ilə haqq-hesab çəkir
Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?
Ermənistanda saxta hərbi sənəd aşkarlandı
Sərdar Cəlaloğludan “Eurohome” yanğını ilə bağlı şok açıqlama - VİDEO
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
PKK-da parçalanmalar davam edir
USAID-in Azərbaycandakı nümayəndəsi ADAU-da olub
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıb - SİYAHI
Refat Çubarov hava limanında saxlanıldı
Berlin rus diplomatlarını qovdu – Kremldən cavab
“Həzi Aslanov”un bir çıxışı bağlana bilər (RƏSMİ)
Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
"Vətəndaşımız səsini verdikcə dövlətimiz güclənir"
Siyavuş Novruzov parlamentə getmir? - Açıqlama
Leyla Əliyeva babasını belə andı – Video
Gülalıyev niyə sağalmır? – şok detallar
"Netflix" 4 milyona yaxın abunəçisini itirə bilər
Prezident Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.39114] initstartout [0.00029] initstartin [0.00147] calstart [0.02515] calend [0.00075] topnewsend [0.00609] rsssend [0.00000] ehgend [0.06180] tagsstart [0.00089] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29465]