Rəsul Quliyev AXCP və Müsavat liderlərini "agent" adlandırdı

  • 02 okt 2018, 09:37

"Qarabağın azad edilməsinə həsr edilmiş mitinq, sözsüz, daha izdihamlı və möhtəşəm olmalı idi”.

Demokratik.Az-ın "AzPolitika.info”-ya istinadən məlumatına görə, sentyabrın 29-da "Qarabağ komitəsi”nin təşkil etdiyi mitinqin yekunlarını dəyərləndirən eks-spikerRəsul Quliyev "Facebook”da belə yazıb.

R.Quliyev iddia edib ki, hökumət və onun "agenti olan” müxalifət liderləri bu mitinqin qarşısını almağa cəhd ediblər. "Çox sevindirici haldır ki, hökumət və xüsusilə də 1998-ci ildən hökumətin agentlərinə çevrilmiş ”müxalifət” liderlərinin canfəşanlığı kütləviliyin qarşısını ala bilmədi! Sözsüz ki, Milli Şura, AXCP və Müsavat adlanan partiyaların keçirdiyi mitinqlərlə müqayisədə əzəmətli görsənən Qarabağ mitinqi davamlı olmalıdır. Hökumət qətiyyətli addımlar atmağa məcbur edilməlidir!”

Eks-spiker fikirlərinin davamında AXCP və Müsavat liderlərini "hökumətin agentləri” adlandırıb.

"AXCP və Müsavat partiyalarının fədakar sıravi üzvlərinin mitinqdə iştirak etmələri liderlərinin bir agent kimi iflasının dərinləşdiyinin və daha heç nəyə yaramadıqlarının göstəricisidir. Bu vətənsevər sıravi üzvlər bugünkü addımları ilə bir daha vətən ideyasına sadiqliklərini göstərmiş oldular…

Təşkilatçılara bu mübarək haqq yolunda uğurlar arzulayır və millətimiz, ərazi bütövlüyümüz uğrunda apardıqları mübarizədə daha qətiyyətli olmalarını tövsiyə edirəm. Yaşasın Azərbaycan!”


Oxşar xəbərlər