Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:23 - 20.11.2019  
AZƏRBAYCAN RUSİYAYA 5 MİLYARD DOLLAR NİYƏ VERİB? - TASS açıqladı
Tarix: 27-09-2018, 07:20 | Bölmə: Xəbərlər » Siyasət

Ötən ay  prezident İlham Əliyev Rusiyaya rəsmi səfəri zamanı prezident Vladimir Putinlə Soçidə keçirilmiş danışıqlardan sonra iki ölkə arasında hərbi-texniki əməkdaşlıq barədə danışarkən bildirmişdi ki, Azərbaycan son illərdə Rusiyadan cəmi 5 miyard dollara yaxın dəyərində silah və hərbi texnika alıb. Prezident bildirib ki, bu rəqəm daha da artacaq.

AZƏRBAYCAN RUSİYAYA 5 MİLYARD DOLLAR NİYƏ VERİB?Bu bəyanatdan sonra 5 milyard  rəqəmi ekspert çevrələrində xeyli müzakirə olundu. Belə ki, Azərbaycan Rusiyadan aldığı 5 milyard dollarlıq silahlarla yanaşı İsrail, Belarus, Türkiyə və digər ölkələrdən də son illərdə milyardlarla dollarlıq müasir silah, hərbi texnika alıb. Bu da ölkəmizin hərbi potensialının hansı səviyyədə artdığı barədə aydın təsəvvürlər yaradır.

Virtualaz.org xəbər verir ki, Rusiyanın TASS rəsmi xəbər agentliyi prezident Putinin Bakıya bu günkü səfəri ərəfəsində, habelə Azərbaycan paytaxtında ADEX 2018 müdafiə sərgisinin işə başladığı (həmin sərgidə Rusiya şirkətləri də iştirak edir) ölkəmizin son illərdə Rusiyadan aldığı silahların siyahısını dərc edib.

Agentlik qeyd edir ki, Azərbaycan Rusiya silahlarının ən iri idxalçılarından biridir. Stokholmdakı sülh problemləri institutu SIRRI 2006-2016-cı illərdə Rusiyanın silah ixracının 22 faizinin Azərbaycanın payına düşdüyünü bildirir.

SSRİ-nin dağılmasından, yəni 1991-ci ildən 2005-ci ilə qədər Azərbaycana Rusiya silahları ixrac edilməmişdi. Və 2005-ci ildən Rusiya silahlarının və hərbi texnikasının Azərbaycana sözün əsl mənasında axını başlayıb.

255532_src

TASS bildirir ki, 2005-2010-cu illərdə Azərbaycanın güc strukturları üçün yeni vertolyotlar alınıb: Gömrük Komitəsi üçün bir Mi-172 vertolyotu, FHN üçün üç Mi-171B vertolyotu, daha üç belə vertolyot isə DİN üçün sifariş verilib. 2008-ci ildə FHN Rusiyadan Be-200ÇS amfibiya-təyyarəsi alıb, 2010-cu ildə isə iki Ka-32A əldə edilib.

2007-ci ildə Azərbaycan Rusiya Müdafiə Nazirliyinin balansından 62 T-72B tankı, 4 zirehli remont-təxliyyə maşını BREM-1, habelə 6 "Msta-B” (152 mm) yedəklənən qaubitsasını alıb. 2008-2010-cu illərdə Rusiyadan 70 BTR-82A yeni zirehli transportyorları əldə olunub, habelə çoxsaylı "KamAZ” avtomobilləri alınıb. 2010-cu ildə bağlanmış müqavilə əsasında Rusiya Azərbaycana 100 "Kornet-E” tank əleyhinə raket kompleksləri satıb.

2009-cu ildə Azərbaycan Rusiyadan iki diviziyon S-300 PMU "Favorit” zenit-raket kompleksləri almaq üçün müqavilə bağlayıb. Bu komplekslər 2010-2011-ci illərdə çatdırılıb.

Bunlardan əlavə Azərbaycan tərəfi 2013-2018-ci illərdə Rusiyadan quru qoşunları üçün xeyli miqdarda yeni hərbi texnika alıb. Bunlar aşağıdakılardır:

-100 T-90S əsas döyüş tankı;

-118 BMP-3 piyada döyüş maşını;

-230 ədəd BTR-82A;

-166 artilleriya sistemi, o cümlədən 152 millimetrlik 18 "Msta-S” özüyeriyən qaubitsaları, 18 özüyeriyən "Vena” (120 mm) qaubitsaları, 18 "Smerç” reaktiv yaylım atəşi sistemi, 24 TOS-1A "Solntspyok” ağır odsaçan sistemləri .

255533_src

Mütəxəssislr bu müqavilələr portfelinin ümumi həcminin 1 milyard dollar olduğunu qeyd ediblər. Həmin paketə habelə iki diviziyon "Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksi, 152 millimetrlik yedəklənən "Msta-B” qaubitsaları, 120 millimetrlik, daşınan "Sani” minaatanları, avtomobil nəqliyyatı, mühəndis avadanlıqları, zirehli təmir-təxliyyə maşını BREM-1M və BREM-L, döyüş sursatları da daxil olub.

Ayrıca müqavilə üzrə 2010-cu ildə Azərbaycan Rusiyadan Dövlət Sərhəd Xidməti üçün 24 Mi-35M döyüş vertolyotu, (2011-2013-cü illərdə çatdırılıb, ümumi dəyəri 360 milyon dollar), 71 çoxməqsədli Mi-17-1B vertolyotu (40 ədədi Hərbi Hava Qüvvələri, 20-i sərhəd qoşunları, 6-ı Dövlət Mühafizə Xidməti, 5-i Daxili İşlər Nazirliyi üçün) alıb.

Bundan əlavə həmin il Azərbaycan Rusiyadan hava hücumundan müdafiə sistemləri sifariş edib. Həmin sifariş əsasında 2011-2012-ci illərdə Azərbaycan Rusiyadan 300 daşınan zenit-raket kompleksi "İqla-S” və onlara aid 1500 raket alıb. KİV-lər 2014-cü ildə Azərbaycana kiçik mənzilli "Tor-M2E” zenit-raket komplekslərinin iki batareyasının göndərildiyini yazıblar, amma digər məlumata görə bu müqavilə reallaşmayıb.

255535_src2010-cu ildə tərəflər Azərbaycanda lisenziya əsasında birgə silah istehsalı haqda razılığa gəliblər. Bu razılığa əsasən 2011-2021-ci illərdə Azərbaycanda 120 min AK-74M avtomatı istehsal olunmalıdır.

2011-ci ildə Azərbaycan ordusunun BMP-1 və BMP-2 zirehli döyüş maşınları parkının modernləşdirilməsinə dair müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən maşınlar "Berejok” döyüş modulu və "Kornet-E” tank əleyhinə raketləri ilə təchiz edilməlidir.

2014-cü ildə Azərbaycan hərbi-texniki əməkdaşlıq üzrə Rusiya federal xidmətinə bir divizyon sahil mənzilli "Bal-E” raket kompleksini almaq üçün sorğu verib. KİV-lərin məlumatlarına əsasən həmin müqavilə hələ reallaşmayıb, amma müzakirələr gedir. Habelə Rusiyadan daha 100 ədəd T-90S tankının və 12 Mi-35M vertolyotunun alınması barədə müqavilələr də hələ icra edilməyib.

Xəbər 1568 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.39819] initstartout [0.00029] initstartin [0.00145] calstart [0.01712] calend [0.00105] topnewsend [0.00875] rsssend [0.00000] ehgend [0.01304] tagsstart [0.00120] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.35521]