Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:38 - 21.04.2019  
Kəlbəcərli girovların məsələsi ATƏT-in Konfransında - VİDEO
Tarix: 14-09-2018, 08:48 | Bölmə: Xəbərlər » Siyasət

Əhməd Şahidov ATƏT-in Varşava Sammitində Ermənistan rəsmisinə müraciət edib...

Demokratik.Az xatırladır ki, sentyabrın 10-dan Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işinə başlayıb. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri-səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

Sentyabrın 13-də "Qanunun aliliyi: qanunsuz həbs və işgənclərə qarşı mübarizə, antiterror fəaliyyəti” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi barədə çıxışında məlumat verib, münaqişə dövründə əsir və girov götürülmüş vətəndaşlarla bağlı statistik məlumatları bölüşüb və hazırda yüzlərlə azərbaycanlının qanunsuz olaraq, Ermənistanda və işğal olunmuş Dağlıq Qarabağ ərazisində girov saxlanıldığını, onların bəziləri barədə heç bir məlumatın olmadığını bildirib: "Bu gün 3875 nəfər azərbaycanlı Ermənistan tərəfində girov saxlanılır. Onlardan 3168 nəfəri hərbçi, 707 nəfəri isə mülki şəxslərdir. Bu şəxslər 1991-1994-cü illərdə girov götürülmüş şəxslərdir. Həmin şəxslər qeyri-qanuni istismara və işgəncələrə məruz qalır, insan alverinin qurbanına çevrilirlər. Zaman-zaman bizə bu haqda dəqiqləşdirilməmiş məlumatlar daxil olmaqdadır. Rəsmi Yerevan isə bu məlumatları bugün də təkzib edir və müstəqil müşahidəçilərin azərbaycanlı girovlarla görüşməsinə icazə vermir”.

Kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması məsələsinə toxunan hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistanın beynəlxalq qanunlara əməl etmədiyini və BMT-nin Cenevrə Konvensiyasının tələblərini kobud surətdə pozduğunu bildirib.

Kəlbəcərli girovların məsələsi ATƏT-in Konfransında - VİDEO
Ermənistanın bu siyasətə son qoymasını tələb edən ADİHİ rəhbəri azərbaycanlı mülki girovların erməni hərbi diversantlarla dəyişdirilməsinin tərəflər arasında etimad mühiti yarada biləcəyini də xüsusi vurğulayıb:
 "Azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq 4 ildir ki, qeyri-qanuni olaraq həbsdədirlər, Ermənistan tərəfi onları faktiki olaraq, girov saxlayır. Bu müddət ərzində biz dəfələrlə beynəlxalq platformalarda bu barədə məsələ qaldırmışıq, Ermənistan tərəfinə müraciətlər etmişik. Əfsuslar olsun ki, Ermənistan hökuməti beynəlxalq qanunvericiliyin tələblərinə məhəl qoymur. Bugün Azərbaycanda 2 erməni hərbi diversant həbsdədir. Arsen Baqdasaryan və Karen Kazaryan müxtəlif vaxtlarda təmas xəttini keçərək, Azərbaycan tərəfində müxtəlif xarakterli təxribatlar törətməyə cəhd göstəriblər və Azərbaycan əsgərləri tərəfindən saxlanılıblar. Düşünürəm ki, Ermənistanın yeni hökuməti məsələyə daha praqmadik yanaşacaq və girovların dəyişdirilməsinə müsbət cavab verəcək. Çünki, bu, ilk növbədə münaqişə tərəfləri arasında etimad mühitinin yaranmasına gətirib çıxara bilər”.

Qeyd edək ki, Ə.Şahidov çıxışında bu fikirlərini Ermənistanın tədbirdə iştirak edən ATƏT-dəki səfirinə üzünü tutaraq səsləndirib.

ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

Demokratik.Az

Xəbər 1033 dəfə oxunub






Oxşar xəbərlər

"Bacısına dovşan şəkli göndərib"- qanlı hesablaşma
"Yuventus" ardıcıl 8-ci dəfə İtaliya çempionu olub
Xameneyini təhqir edən alimə 13 il həbs cəzası verildi
Əhmədzadələri və quda Rüstəmovu "erməni izi" də vurdu...
2-ci dünya savaşında jurnalist kimi çalışan agent qadın – Fotolar
Bakıda dəhşət – Dayı azyaşlı bacısı qızını zorladı
Nazir müavini Qubada vətəndaşları qəbul edib
Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR
AXH Qarabağ forumu keçirir
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Deputat
Ucqar rayonlara sulu qar və qar yağıb
ADAU-da 4 xarici dildə konfrans keçirilib
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir
Gürcüstan PA-nın rəhbəri istefa verib
Qadın sürücünü təhqir edən Zakir Fərəcovun əmisi oğludur (VİDEO)
Makron PKK/PYD terrorçularını Yelisey sarayında qəbul etdi
Vəhşi it körpəni beşikdən oğurladı - VİDEO
İmamoğlu Ərdoğanı hava limanında qarşıladı- VİDEO
Sənay Qəhrəmanlıya hücum edənə 15 sutka verildi
MKİ direktoru: “İran və Rusiyaya qarşı daha çox pul və vaxt ayırmışıq”
İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur…”
Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16062] initstartout [0.00014] initstartin [0.00062] calstart [0.00840] calend [0.00045] topnewsend [0.00343] rsssend [0.00000] ehgend [0.00535] tagsstart [0.00056] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.14165]