Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:00 - 13.11.2018  
Putinin səfəri öncəsi “5 rayon” iddiası
Tarix: 14-09-2018, 08:26 | Bölmə: Xəbərlər » Siyasət

Danışıqlar masasında Ermənistanın işğalı altındakı ətraf rayonların azad olunması ilə bağlı təklifin olacağı deyilir; politoloq: "Rusiya öz ordusunu Azərbaycana qaytarmaq istəyir, Azərbaycan isə...”

Putinin səfəri öncəsi “5 rayon” iddiasıSentyabrın 25-də Azərbaycana səfər edəcək Rusiya prezidenti Vladimir Putinin prezident İlham Əliyevlə konkret hansı məsələləri müzakirə edəcəyi hələ tam açıqlanmayıb. Qeyd edək ki, bu, cari il ərzində iki qonşu ölkənin birinci şəxsləri arasındakı sayca dördüncü görüş olacaq.

Yüksək səviyyədə baş tutan Soçi görüşündə də qeyd olunduğu kimi, Bakı və Moskva arasında əlaqələr inkişaf edir və dövlət başçılarının şəxsi münasibətləri bu əlaqələrin perspektivinə müsbət təsir göstərməkdədir. Ancaq Putinin Bakı səfərinin hansı zərurətdən irəli gəldiyi də haqlı olaraq sual edilir. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov bir neçə gün əvvəl demişdi ki, sentyabrın 25-də liderlər Bakıda sentyabrın 1-də Soçidə razılığa gəldikləri və ya razılaşmadıqları məsələləri müzakirə edəcəklər. Hər halda maraqlıdır, hansı məsələlərdə razılaşma əldə olunmayıb?

Xatırladaq ki, son ayda daha çox müzakirə olunan məsələ Azərbaycanın KTMT-yə üzv olub-olmaması məsələsidir. Bəzi müşahidəçi və təhlilçilər hesab edir ki, Rusiya prezidenti Azərbaycanın bu quruma müşahidəçi, yaxud üzv olması halında işğal altındakı 5 rayonun geri qaytarılması məsələsini Bakıda müzakirə edə bilər.

Bu ərəfədə Qarabağ məsələsi yenidən Ermənistan parlamentində mübahisəyə səbəb olub. Axar.az xəbər verir ki, Paşinyan "danışıqlar masasında heç vaxt Qarabağın statusunu zəmanət altına alacaq və dəqiq göstərəcək variant olmayıb” deyib. Sitat: "Siz bunu bilirsiniz. Son illər isə Qarabağın statusu daha çox kənara atılmağa başlanılıb. Mən vərəsəliklə Qarabağın statusu haqqında heç bir şeyin olmadığı variantı əldə etmişəm. Bu variantda yalnız Azərbaycanın ərazilərini geri qaytarmaq yer alır. Bunu rəsmi şəkildə sizə deyirəm. Mən demirəm ki, bu sənəd imzalanıb. Deyirəm ki, bu danışıqlar masasındakı son variantdır. Demişəm və deyirəm ki, Qarabağın iştirakı olmadan məsələnin həlli mümkün deyil”.

Qeyd edək ki, bundan əvvəl də Rusiyanın 5 rayonu azad etmək istəyi barədə müzakirələr səslənərkən hətta Putinə yaxın siyasi xadimlərdən biri bunu "tələ” adlandırmışdı.

Politoloq Elçin Mirzəbəyli "Yeni Müsavat”a dedi ki, Putinin Azərbaycana səfəri çərçivəsində hansı məsələlərin müzakirə oluna biləcəyi ilə bağlı fikir söyləmək hələ tezdir: "Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesi kompleks yanaşma tələb edir. Bununla bağlı rəsmi Bakının mövqeyi aydındır. Səfərin önəmli olacağı qənaətindəyəm. Lakin bununla yanaşı konkret fikir səsləndirməyi doğru hesab etmirəm”.

Politoloq Hikmət Hacızadə isə şübhə etmir ki, rayonların işğaldan azad edilməsi ilə bağlı danışıqlar mütləq olacaq:"Bunu Putin istəməsə belə, İlham Əliyev bu barədə məsələ qaldıracaq. Ancaq Rusiya yenə də öz şərtlərini ortaya qoyacaq, deyəcək ki, ermənilər qorxur, onlar "etibarlılıq qarantiyaları" istəyir. Belə qarantiyanı isə ancaq Rusiya sülhməramlı qüvvələri verə bilər. Belə ki, rus ordusu Azərbaycana qaytarılmalıdır və cəbhədə, təmas xəttində yerləşdirilməlidir". Ekspert dedi ki, hələlik bütün danışıqlar bu problemə ilişib qalir: "Rusiya öz ordusunu Azərbaycana qaytarmaq istəyir, Azərbaycan isə bunu qəti şəkildə istəmir. Vəziyyət belədir”.

Politoloq Arzu Nağıyev danışıqlarda 5 rayon müzakirəsinin olacağına şübhə etmir: "Təhlillər göstərir ki, Soçi görüşündən sonra Ermənistan rəhbərliyi çox böyük təlaş keçirir və narahatdır. Bunun səbəbi Azərbaycanın KTMT-yə müşahidəçi qismində qəbulu müqabilində işğal olunmuş beş rayonun qaytarılması məsələsi haqqında yayılan məlumatlardır. Paşinyanın təcili surətdə Rusiyaya səfəri də bu səbəblərdən biri ola bilər. Buna görə də Paşinyan Moskvada erməni biznesmenlərlə görüşündə işğal olunan rayonları da ”DQR"-in tərkib hissəsi olduğunu iddia etdir. Bu haqda təbii ki, Azərbaycan rəhbərliyi ATƏT-in Baş katibi Qremingerə mövqeyini bildirdi. Məlumdur ki, Paşinyan danışıqlara getmək istəmir. Yəni beş rayon məsələsi həll edilsə və bunun "səbəbkar”ı Paşinyan olsa, ermənilər onu hətta fiziki məhv edərlər. Buna görə o, separatçıları tərəf kimi göstərməyə çalışır. Yəni o, bu gün özünü çox çətin bir duruma salıb. Putinin səfəri də Paşinyanı qorxuya salan məqamdır və problemin həllini ona zərbə kimi görür".

"YM"

Xəbər 391 dəfə oxunub






Oxşar xəbərlər

Qarabağ əlili banka borcuna görə böyrəyini satmaq istəyir - PREZİDENTƏ ŞİKAYƏT
İstanbulda əməliyyat: 29 nəfər saxlanıldı
Prezident İlham Əliyev Belarusa səfər edəcək
Nazim Süleymanov: "Dözə bilmədiyim üçün.."
Serj Sərkisyan sabiq naziri qabağa verdi
Nazir özünə 4 müşavir və 213 işçi axtarır (SİYAHI)
Elnarə Xəlilova: “İndi Damlalar, Şəbnəmlər dəbdədir...”
Məşhur aktyorun evi külə döndü
Cehun Bayramova MÜRACİƏTLƏR Cəlilabad TŞ-də aranı qarışdırdı - direktorlar toplandı - ÖZƏL
Qənirə Paşayeva məruzə ilə çıxış edib - İstanbulda
Avtobus yük maşını ilə toqquşdu - 35 yaralı
"Sportinq" klubunun sabiq prezidenti həbs olunub
“Veteks-2017” MMC yoxlanılır – Beyləqanda
I Dünya müharibəsi – 100
“Milan” Çindən hücumçu gətirir
NONSENS - Ay səthində zavod tikilə bilər
Yaşar İsakovun DTX-dakı vəzifəsi dəqiqləşdi
Bakı sakini binanın girişində güllələnib
Həbsdə olan Fədayə Laçın xəstədirmi? - İDDİA
Azərbaycanlı iş adamının villasında meyit tapıldı
“AG Bank” hesabatını gizlədir – FOTO
Əli Həsənov Ərəb mediasında Azərbaycanla bağlı önəmli mesajlar verdi
Bu Universitet “Makers’ Day 2018”-ə dəvət edir
Kimlər öldürülməli idi? - Qaşıqçı sui-qəsdinin ŞOK DETALLARI
Makrondan dollarla bağlı çağırış - "hücum olanda"
Qoroskop - 12 noyabr
Düşmən atəşkəsi yenə pozdu
Norveç Bakı səfirliyini niyə bağlayır? - PA
Bugün Bakıda və Abşeronda yağış yağacaq
Abşeronda 23 yaşlı qadın dərmandan zəhərlənərək ölüb
Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib
Ceyhun Bayramov idarə rəisini işdən çıxardı – Təyinat
Azərbaycanda Konstitusiya Günüdür
TÜRKMƏN NAĞILININ SONU – Neft ölkələrinin ortaq bəlası…
Mətbuat Camal Xaşuqcinin son sözlərini dərc edib
Fazil Məmmədovun “topdağıtmaz” biznes İMPERİYASI
Mingəçevirdə velosipedçini maşın vurub
Ərdoğan Rusiyaya gedir - Putinlə görüşəcək
Azərbaycanın “Rus NATO-su”na yolu açıldı
Düşmənə seçki sürprizi, Astana fiaskosu, Bakının gizli “əli”
Samirənin yeni seksual - Fotoları
OPEK üzərində “qara buludlar” - bizi nə gözləyir?
“Vaqif Diplomat”ın adamları qeyri-leqal pulları necə “əridirlər”...
Braziliyada torpaq sürüşməsi - 10 nəfər ölüb
Zakir Həsənov Türkiyəyə başsağlığı göndərib
Zamirə Hacıyeva London küçələrində: “Məni tək buraxın” –VİDEO, FOTO
Bakıda jurnalist saxlanılıb
SAZ, SÖZ BİR DƏ QILINC - Mərhum baş redaktorun hikməti ilə... /XATIRLATMA/
GÖMRÜKDƏ RÜŞVƏTİ BELƏ YIĞIRLAR – “50 manat bas rəisin cibinə / VİDEO
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq
Mədət Quliyev veloyürüşdə iştirak etdi - FOTOLAR
Saxta pulla alış-veriş edənlər saxlanılıblar
FED-in qərarı ABŞ-ın dövlət istiqrazlarını ucuzlaşdırıb
Amaliya Pənahova ilə vida mərasimi keçirilib - Fotolar
"Yeni Müsavat" qəzeti ilə 29 ilin bitməyən hekayəsi - videomüsahibə
100 YAŞLI BAYRAĞIMIZ - ƏBƏDİ DALĞALANSIN!
Bürcünüz – 9 noyabr
DTX-ya yeni təyinat - Yaşar İsakova vəzifə verildi
Məmurların general və polkovnik övladları - MÜXTƏLİF VƏZİFƏLƏR
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
Xalq artisti Amaliya Pənahovanı İTİRDİK
Gürcüstanda Azərbaycana məxsus avtomobil yanıb
Əfqanıstanda 16 silahlı məhv edilib
"Ömrümü metropolitenə sərf etməyim boş imiş" - Tağı Əhmədov təəssüfləndi
Səhiyyə sahəsinə 1,8 milyon manat ayrıldı
Orqanizmi şəkəri az həzm edənlər daha sağlamdır
İngiltərədə zaminə buraxılan Zamirəni nə gözləyir?
Misir məhkəməsi İŞİD-in 40 üzvü barədə hökm çıxarıb
HEYDƏR ƏLİYEVİ ilk işə alan DTK polkovnikinə yubiley keçirilsin! - Vətəndaş təklifi / ÖZƏL
Alışanovun "ELMİ İŞİNİN" ŞOK PAXIRLARI - DETALLAR

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12451] initstartout [0.00018] initstartin [0.00079] calstart [0.01052] calend [0.00061] topnewsend [0.00382] rsssend [0.00000] ehgend [0.00799] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09980]