Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:36 - 20.11.2018  
Prezidentin çevik, sürətli, çoxvektorlu taktikası... - Açıqlama
Tarix: 9-09-2018, 10:08 | Bölmə: Xəbərlər » Siyasət

Azərbaycan Prezidenti İlham Əliyevin son günlər ərzində həm Rusiyaya, həm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirak üçün Qırğızıstana, həm də Xorvatiyaya səfəri bir daha göstərdi ki, Azərbaycanın xarici siyasəti kifayət qədər fəaldır və ölkəmiz üçün konkret iqtisadi və siyasi dividentlər gətirir.

Prezidentin çevik, sürətli, çoxvektorlu taktikası... - AçıqlamaBu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, bu nöqteyi-nəzərdən Rusiyaya səfər heç şübhəsiz ki, bütün dünyanın diqqətində idi:

"Bu səfər bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövlətinin xarici siyasəti balanslı, çoxvektorlu, tarazlaşdırılmış siyasətdir. Azərbaycan Prezidenti İlham Əliyev bu siyasətə daha bir hücum taktikası da əlavə edib. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. Dövlətimizin başçısı həmin siyasəti çox sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq, davam etdirməkdədir. Rusiyaya səfər də bu baxımdan diqqəti cəlb edir. Səfər çərçivəsində 15-dən çox mühüm sənəd imzalandı. Bu sənədlərdən mütləq əksəriyyəti iqtisadi əlaqələrin inkişafını özündə ehtiva edirdi. İki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə inkişafı ilə bağlı yol xəritəsi müəyyənləşdi. Nəzərə alsaq ki, bugünkü dünyamızda dövlətlərin gücü heç də onun diviziyalarının sayı ilə ölçülmür. İlk növbədə onun iqtisadi və texnoloji gücü ilə ölçülür. Bu baxımdan Azərbaycan və Rusiya ilə iqtisadi əlaqələrin çox sürətlə inkişaf etdiyi həqiqəti ortaya çıxdı. Məlum oldu ki, 2,5 milyard dollarlıq ticarət dövriyyəsini 10 milyard dollar həcminə qaldırmaq əsas hədəflərdən biridir. Bu istiqamətdə bu gün geniş imkan və potensialımız var. Bu səfər göstərdi ki, həm siyasi dialoq, həm iqtisadi əməkdaşlıq, humanitar sahədə əlaqələrin inkişafı, enerji sektorunda münasibətlərin dinamizmi, eyni zamanda, hərbi-texniki əməkdaşlıq sahəsində də imkan və potensialın böyüklüyü diqqətdən yayınmır. Təsadüfi deyildir ki, hərbi texniki sahədə ölkələrimiz arasında olan əməkdaşlığın inkişafı Ermənistanda çox böyük təşviş və vahimə ilə qarşılandı. Hesab edirəm ki, bu səfər çərçivəsində səsləndirilən bəyanatlardan dərhal sonra Ermənistan Baş naziri Nikol Paşinyan tələsik Rusiya paytaxtına yollanması təsadüfi sayılmamalıdır”.

Millət vəkili qeyd edib ki, bundan başqa, ölkə prezidentinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında iştirakı da türkdilli dövlətlər arasında əlaqələrin inkişafının vacib məsələlərdən biri olduğunu nümayiş etdirdi:

"Bu istiqamətdə Azərbaycanın atdığı addımlar əslində nümunə sayıla bilər. Azərbaycan türkdilli dövlətlərlə əlaqələrin inkişafına konkret töhfələr verib və Azərbaycan prezidenti öz çıxışlarında dəfələrlə qeyd edib ki, biz ilk növbədə qarşılıqlı investisiya qoyuluşu məsələlərinə önəm verməliyik. Türkdilli dövlətlər arasında bu sahədə əməkdaşlıq daha geniş olmalıdır. Cənab prezident bu baxımdan Rusiya və Türkiyə arasındakı əlaqələri bir nümunə, model kimi qeyd edib. Digər dövlətlər arasında da bu əməkdaşlığın olması çox vacibdir. Türkiyə təxminən dünyanın müxtəlif ölkələrinə 430 milyard dollarlıq investisiya qoyub. Təəssüf ki, bunun cəmi 1%-ə qədəri türkdilli ölkələrin payına düşür. Yəni burada bir pis balans var və bu səviyyəni artırmaq əsas hədəflərdən biridir. Bunu Türkiyənin iqtisadiyyat naziri hələ iki il bundan öncə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat nazirlərinin Bakıda keçirilən toplantısında səsləndirmişdi. Bu baxımdan türkdilli dövlətlər arasında onlayn (online) ticarətin olduqca böyük əhəmiyyəti var. Nəzərə alsaq ki, təkcə Çinin onlayn ticarətdə tanınmış şirkətlərindən biri bir gün ərzində 18 milyard dollar qazanc əldə edib. Bunu türkdilli dövlətlər də öz aralarında daha da genişləndirməlidir. Eyni zamanda, hər dəfə keçirilən sammitlərdə müxtəlif məsələlər diqqət mərkəzində saxlanılır. Almaatıda, Bişkekdə, Qəbələdə, Astanada keçirilən sammitlərdə iqtisadiyyat, elm, təhsil, mədəniyyət, nəqliyyat, turizm, humanitar sahələrin inkişafı məsələləri gündəmdə saxlanılır. Budəfəki sammitdə isə idman sahəsində əməkdaşlıq xüsusi prioritet məsələ kimi nəzərdən keçirildi. Azərbaycan bu sahədə də kifayət qədər uğurlara malikdir. Cənab prezident çıxışında vurğuladı ki, idmana yalnız idman hadisəsi kimi yanaşmaq düzgün olmazdı. Çünki bu sahə həm də siyasi çəkisi olan bir məsələdir. İdman insanları yaxınlaşdırır, birləşdirir. Türkdilli dövlətlər arasında bu sahədə əməkdaşlığın inkişafı xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasını şərtləndirən amildir”.

Millət vəkili vurğulayıb ki, dövlət başçımızın Xorvatiya səfəri dünyanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzində idi:

"Bu da səbəbsiz deyil. Çünki Xorvatiya 2009-cu ildən NATO, 2013-cü ildən Avropa İttifaqı ölkəsidir. Bu ölkə ilə Azərbaycanın əlaqələri həm də ona dəlalət edir ki, ölkəmizin xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq prioritet məsələlərdən biridir. Təsadüfi deyildir ki, bu ilin 6 ayının yekunlarına görə, Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa ön sıradadır. Ticarət dövriyyəsi son 6 ay ərzində 5,2 milyard dollar səviyyəsinə gəlib çatıb. Bu da münasibətlərimizin səviyyəsini göstərən cəhətdir. Bu səfər çərçivəsində hər iki ölkənin prezidenti vurğuladı ki, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Fundamental məsələlərdə eyni mövqeyə malikik ki, bu da bizi əsl tərəfdaşa, dosta çevirir. Xorvatiya ilə siyasi dialoq sahəsində əlaqələrimiz yüksək səviyyədədir. 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri olmuşdu. Bu səfər çərçivəsində ikitərəfli münasibətlərimizə dair strateji tərəfdaşlıq haqqında bəyannamə, eyni zamanda, həmin səfər çərçivəsində müdafiə sahəsində əməkdaşlıq haqqında memorandum imzalanmışdı. Bundan sonra 2016-cı ilin oktyabr ayında Xorvatiyanın xanım prezidentinin Azərbaycana səfəri oldu. Bu səfər çərçivəsində də münasibətlərimizin inkişafı üçün yeni imkanlar açıldı. Azərbaycan prezidentinin budəfəki səfəri isə bir daha onu göstərdi ki, iqtisadi sahədə əlaqələrimizin inkişafı üçün çox böyük potensial var. Amma təəssüf ki, bundan hələ lazımi səviyyədə istifadə edilməyib. Xüsusilə qeyri-neft sektorunda əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Təbii ki, əsas hədəflərdən biri enerji sahəsində əməkdaşlıq məsələləridir. Nəzərə alaq ki, Xorvatiyanın enerjidən çox ciddi asılılığı var. Özünün nefti, qazı olsa da, bunların həcmi olduqca azdır. Ölkənin cəmi 11 SES, 8 İES-i var. Belə olan halda Xorvatiya dövləti maraqlıdır ki, müxtəlif enerji mənbələrindən istifadə etsin. Ona görə də Azərbaycana çox ciddi tərəfdaş kimi yanaşır. Xorvatiya prezidenti bu dəfə də qeyd etdi ki, onlar səbirsizliklə TANAP, TAP layihələrinin reallaşmasını, Cənub Qaz Dəhlizinin işə düşməsini gözləyirlər”.

Millət vəkilinin sözlərinə görə, Xorvatiya Cənub Qaz Dəhlizinin əsas iştirakçılarından birinə çevrilə bilər:

"Xorvatiya Cənub Qaz Dəhlizində iştirak edən 7 dövlətin sırasında hələ ki, deyil. Amma o, potensial iştirakçıdır”.

Millət vəkili bildirib ki, ən mühüm məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır:

"Xorvatiya münaqişənin beynəlxalq hüquq prinsipləri, ərazi bütövlüyü çərçivəsində həllini istəyir. Bu məsələdə Xorvatiya Azərbaycanın yanında olduğunu faktiki olaraq göstərdi. Bütün bunlar bu gün Xorvatiya və Azərbaycan arasında olan münasibətlərin strateji xarakter kəsb etdiyini göstərir”.

Demokratik.Az

Xəbər 841 dəfə oxunub






Oxşar xəbərlər

Kənan MM-in xanımı Azərbaycandan getdi – FOTO
Rəşad Məcid sədr müavini təyin olundu
Sabahın hava proqnozu – XƏBƏRDARLIQ
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
ƏRDOĞAN VƏ PUTİN GÖRÜŞDÜ
Yağış İspaniyanı iflic edib
Azərbaycan Belarusdan yenə hərbi texnika alacaq
Azərbaycan və Belarus Türkiyədə birgə zavod açacaq
Tərtərdə 34 yaşlı kişinin yaşadığı evdə meyiti tapılıb
Azərbaycan və Belarus prezidentləri görüşüb
"ABEL MENDOZA" Abellik deyilmiş, bəs o NƏYİN güdazına getdi? - FƏRQLİ FİKİRLƏR
Gəncədən Bakıya gələn gəlin yoxa çıxdı
Əli Kərimli sərbəst buraxıldı - 2500 manat cərimələndi
Amaliya Pənahovanın yerinə qızı gətirildi
Ziya Məmmədovun adı keçən müəmmalı ÖLÜMLƏR
Şair Ramaldanov: “Ordumuz hər zaman müharibəyə hazırdır”
"İki ton çaxır diplomatik yük ola bilməz" - Keçmiş nazir
Amerikalı alimlər "anasına bax, qızını al" qənaətinə gəldilər
İlham Əliyev Belarusda - FOTOLAR
Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı - VİDEO
Fransada qalmaqallı vergilər ləğv olunmayacaq
“Batka”dan Bakıya mükəmməl jest - İrəvan niyə xofdadır?
QOROSKOP - 19 noyabr
Xəzər TV-nin Abel Məhərrəmov haqda efirə getməyən süjeti - VİDEO
Əli Kərimlinin məhkəməsinin vaxtı dəyişdi - SABAHA
39 yaşlı kişini borca görə bıçaqladılar
BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?
Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirib
Qaşıqçının qatili kimdir? - ABŞ açıqlayacaq
QAÇQINKOMDA YOXLAMA - Əli Həsənov 2 milyard manat mənimsəyib
Prezidentin köməkçisi müxaliflərin saxlanmasına münasibət bildirdi
Kosovo - Azərbaycan qarşılaşması final olacaq"
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək
DÜNYAYA TƏHLÜKƏ! ABŞ və Rusiyanın “kimyəvi hücum” mübahisəsi dərinləşir
Fazil Məmmədov Gəncə Beynəlxalq Hospitalına yatırılıb - Reabilitasiya
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Qırğızıstanda vilayət prokuroru öldürüldü
Deputat: "Niyə vəzifədə olana yaltaqlanırıq, gedənə isə “balta çalırıq?
Azərbaycan yığması Farer adalarını məğlub edib
"305 erməni millətçisi barəsində cinayət işi açılıb "
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
Afinada qarşıdırma: 22 nəfər saxlanılıb
Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək
YÜKSƏK VƏZİFƏ TUTAN "ABEL MƏHƏRRƏMOV KLANI"
Azərbaycan Fransaya etiraz notası verib
DGK -nın kollegiyasının yeni tərkibini təsdiq edilib
Sabiq baş nazirin təhlili - MEYDAN VƏ QARABAĞ
Merkeldən etiraf: "Səhv elədim..."
Separatçı lider bu dəfə ABŞ-a getdi
"Yubiley medalı" haqqında əsasnamə təsdiqləndi - Foto
Cenifer Qətərdə 20 dəqiqəyə 2 milyon aldı - Foto
Prezident 1 fərman, 1 sərəncam imzaladı
Atasına şəfa diləyən iki uşaqdan Mehriban xanım Əliyevaya ürəkparçalayan MƏKTUB
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
Novruz Məmmədovdan yeni qərar - Elmi mərkəz yaradılır
1988-ci ilin BU GÜNÜ VƏ 5 dekabr – müəmma dolu gün
CƏBHƏDƏN XƏBƏR: Atəşkəs 30 dəfə pozulub
Mübariz Mənsimovdan sərt sözlər: - "Bədbəxtlər, səviyyəsizlər"
Abel Məhərrəmovun səfir oğlu geri çağırılacaq
XİN-dən Norveç səfirliyi ilə bağlı sərt MÖVQE
Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı
ULDUZ FALI - 17 NOYABR

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17840] initstartout [0.00016] initstartin [0.00063] calstart [0.01100] calend [0.00061] topnewsend [0.00395] rsssend [0.00000] ehgend [0.03955] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12196]